Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-442/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə, «PSG Finans” Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və borcun həmin satışdan əldə edilən pu vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı «PSG Finans” Bank olmayan Kredit Təşkilatı» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 17,248,94 manat, faiz borcu üzrə 13,402,46 manat və cərimə borcu üzrə 641,32 manat olmaqla, ümumilikdə 31,292,72 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 184 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə fərdi ev təmiri üçün 36 ay müddətinə ödəmək şərti ilə illik 24 faiz dərəcəsi ilə 18000 manat məbləğində kredit verilmişdir. 12 oktyabr 2021-ci il tarixli, 3272 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 12 oktyabr 2021-ci il tarixli, 3272 nömrəli girov müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən Cavabdeh ona məxsus 313,2 qram qızıl-xzinət əşyalarını Girov saxlayanın xeyrinə girov qoymuşdur. Cavabdeh kredit borcunu faizləri ilə birlikdə müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öhdəsində götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində 02 avqust 2024-cü il tarixə iddiaçıya 31292,72 manat borcu yaranmışdır. 17 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC adı dəyişdirilərək İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC ilə əvəz edilmişdir. Həmçinin nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi, faiz borcun həddən artıq məbləğdə olmasını və bu hissədə onun maddi vəziyyətinin nəzərə alınmasını, həmçinin gələcəkdə tələb girov qoyulmuş qızıllara yönəldiyi zaman hazırki qızılın artım qiymətinin nəzərə alınması ilə satışdan əldə edilən məbləğin tələbi ödəməyə kifayət etdiyi halda qalan məbləğin ona qaytarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh fərdi ev təmiri üçün 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 18000 manat məbləğində kredit verilmişdir. 12 oktyabr 2021-ci il tarixli, 3272 nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh ona məxsus 313,2 qram qızıl-zinət əşyalarını (20350 manat) Girov saxlayanın-iddiaçının xeyrinə girov qoymuşdur. 12 oktyabr 2021-ci il tarixli, 3272 nömrəli girov müqaviləsinin 2.6-cı maddəsinə əsasən, girov qoyulan qızıl-zinət əşyalarının ümumi dəyəri 20.350 (iyirmi min üç yüz əlli) AZN məbləğində müəyyən edilmişdir. 12 oktyabr 2021-ci il tarixli, 3272 nömrəli girov müqaviləsinin 2.3-cü maddəsinə əsasən, girovla təmin edilən tələbə verilmiş kredit, kreditə görə hesablanmış faizlər, cərimə faizi, dəbbə pulu, öhdəliyin icrasının gecikdirilməsi ilə əlaqədar vurulmuş zərər daxildir. xx.xx.2021-ci il tarixli, 3272 saylı kretid müqaviləsinə 1 saylı Əlavədən görünür ki, cavabdeh iddiaçıdan 18000 manat məbləğində 36 ay müddətinə 24 faizlə kretid götürərək, aylıq 706,19 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə «PSG Finans BOKT” MMC-yə ("xxxx" MMC) əsas borcu 17248,94 manat, faiz borcu 13402,46 manat, cərimə borcu 641,32 manat təşkil edir. xx.xx.2024-cü il tarixli cavabdehə ünvanlanmış pretenziya məktubuna əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə «PSG Finans BOKT” MMC-yə ("xxxx" MMC) əsas borcu 17248,94 manat, faiz borcu 12,460,23 manat, cəmi 29,709,17 manat öhdəliyi barədə məlumatlandırmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən, yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük sahibi yüklülük predmetinin satışını təşkil etməklə yüklülük predmetinə tutma yönəldə bilər. 15.2-ci maddəsinə əsasən,borclu yüklülüklə təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yüklülük sahibi öz sahibliyində olan yüklülük predmetini bu Qanunla müəyyən olunmuş qaydada sata bilər. 16.1-ci maddəsinə əsasən,yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Beləliklə işin faktiki halları ilə Cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı bank qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təsdiq olunduğundan iddia əsas və faiz borca münasibətdə cavabdehə iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubu həddində yəni, əsas borcu 17248,94 manat, faiz borcu 12,460,23 manat, cəmi 29,709,17 manat hissəsində təmin edilməlidir. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə əlaqədar isə bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin şərti kimi icranı lazimi qaydada yerinə yetirmədiyinə görə iddiaçı cavabdehdən dəbbə pulunu tələb etməyində haqlı olsa da, lakin məhkəmə qanunun ona verdiyi səlahiyyət əsasında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi) işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hazırki iş üzrə müqavilənin cavabdeh tərəfindən icra olunmama müddəti, əsas borcun-öhdəliyin də həcmini diqqətdən qaçırmır. Belə olan halda məhkəmə cavabdehdən 200 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 17248,94 manat, faiz borcu 12,460,23 manat, 200 manat cərimə borcu, ümumilikdə 29909,17 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi üzrə tutumanın kredit öhdəliyinin təminat üsulu kimi girov predmeti olan cavabdehə məxsus 313.2 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməli, həmin daşınar əşya açıq hərracda satılmalı və iddia tələbi üzrə borc satışdan əldə edilən pul vəsaiti hesabına ödənilməli, həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti kifayət etmədikdə borc ümumi qaydada cavabdehdən tutularaq iddiaçıya ödənilməli, girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etdiyi halda qalan məbləğ cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 179 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri də təmin olunan hissəyə mütənasib cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli, 3272 nömrəli kredit müqaviləsi üzrə kredit borcu-kredit üzrə əsas borcun məbləği 17248,94 manat, faiz borcu 12,460,23 manat, 200 manat cərimə borcu, ümumilikdə 29909,17 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 179 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. İddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli, 3272 nömrəli girov müqavilə üzrə girov predmeti olan 313,2 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilsin, girov predmeti olan həmin qızıl-zinət əşyalarını açıq hərracda satılsın və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabina iddiaçı - "xxxx" MMC-yə ödənilsin, girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etdiyi halda qalan məbləğ cavabdehə qaytarılsın. Qalan hissədə (faiz və cərimə borcuna münasibətdə) iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(001)-442/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-442/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver