Məhkəmə qərarları › İş №e-2(001)-4469/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4469/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4469/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh «Azərbaycan Avtobil Yolları Dövlət Agentliyi» X3rşı «pul» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərbaycan Avtobil Yolları Dövlət Agentliyi» X3rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsdən vurulmuş zərərin əvəzi olaraq 1153 manat pul məbləğinin, həmçinin 35.05 manat ödənilmiş məhkəmə rüsumunun, eləcə də hüquqi yardım xidmətləri üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının, ümumilikdə 1504.53 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində saat 23:30 radələrində ona məxsus “Volkswagen Jetta” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 119-cu kilometrliyində Quba şəhəri istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində yaranmış çökəkliyə düşərək idarəetməni itirmiş, nəticədə avtomobilə maddi ziyan vurulmaqla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nın 1-ci taqımı tərəfindən araşdırma aparılmış, hadisənin xüsusatları təhlil edilmişdir, yol nəqliyyat hadisəsinin sxemi çəkilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Volkswagen Jetta” markalı avtomobil zədələnmişdir. Ümumilikdə avtomobilə dəyən ziyan və ziyanın aradan qaldırılması üçün çəkilən xərclər 1153 manat olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi barədə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqdan sonra cavabdehin rəsmi nümayəndəsi tərəfindən rəsmi məlumat verilərək bildirilmişdir ki, yol nəqliyyat hadisəsi baş verən ərazidə problem aradan qaldırılıb və yolun hərəkət hissəsinə asfalt vurulmuşdur (KİV-lərin məlumatları əlavə edilib). Belə çıxır ki, iddiaçıya zərər vurulmasaydı, o, bu barədə kütləvi informasiya vasitələri ilə məlumat verməsəydi, Bakı-Quba yolunun 119-cu kilometrliyində, yolun hərəkət hissəsində təhlükəli vəziyyət olduğu kimi qalacaqdı və daha ağır yol nəqliyyat hadisələri ilə nəticələnə bilərdi. Avtomobilin təmir edilməsinə xərclənən vəsaitin cavabdehdən tələb olunması üçün müraciət olunmuş, cavabdeh tərəfindən 16 aprel 2024ci il ərzində qeyri-müəyyən cavab verilərək iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsindən boyun qaçırılmışdır. Hesab edirlər ki, cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyİ" publik hüquqi şəxs mülki məsulliyyət daşıyır və 1153 manat məbləğində olan zərərin əvəzinin ödənilməsi tələbi məhz həmin publik hüquqi şəxsə qoyulmalıdır. Daha sonra iddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsdən vurulmuş maddi zərərin əvəzi olaraq 1153 manat və mənəvi zərər görə təzminatın əvəzi olaraq 5000 manat pul məbləğinin, həmçinin 35,05 manat ödənilmiş məhkəmə rüsumunun, eləcə də hüquqi yardım xidmətləri üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının, ümumilikdə 6504,53 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışınadək yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məxsus olan avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 1153 manat pul məbləğinin, həmçinin 35,5 manat ödənilmiş məhkəmə rüsumunun, eləcə də hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının, ümumilikdə 1504,53 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırır ki, 24 yanvar 2024-cü il tarixində təxminən saat 23:30 radələrində mülkiyyətində olan “Volkswagen-Jetta” markalı ** SB *** nömrə nişanlı avtomobil ilə Bakı-Quba yolunun 119-cu kilometrliyində Quba rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində idarəetməni itirmiş, nəticədə avtomobilə ziyan dəymişdir. Səbəb isə cavabdehin təqsiri ucbatından baş vermişdir. Hesab edirlər ki, iddia tələbi əsassızdır. İş materiallarından, eləcə də iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmur. İddia ərizəsində iddiaçı zərərin vurulmasına səbəb olmuş cavabdehin təqsirsizliyi kimi onun tərəfindən yolda təmir zamanı xəbərdarlıq nişanlarının olmamasına istinad etmişdir. İddiaçı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, daim dəyişən yol şəraitinə nəzarət etməli, fikrini yoldan yayındırmamalı, nəqliyyat vasitəsinin hərəkət hissəsi ilə təhlükəsiz hərəkətini təmin etməli, hərəkət üçün təhlükə şəraiti yaratmamalı, yol və meteoroloji şəraiti nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli kimi tədbirlər görməli olduğu halda bu tədbirlərə rayət etməmiş, diqqətsizliyindən avtomobilin idarəetməsini itirərək yoldan çıxıb yol zolağında düzülmüş beton konstruksiyalı olan bloklarla toqquşmuş və nəticədə ehtiyatsızlıqdan özü xəsarət almış, habelə avtomobilinə də zərər dəymişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etmiş, müvafiq araşdırma aparılmış, lakin araşdırmanın nəticəsi olmuş və araşdırma ancaq iddiaçının izahatına əsaslanmışdır. Beləliklə, yol nəqliyyat hadisəsinin baş vermə səbəbinin məhz cavabdehin təqsirli hərəkətsizliyinin olması öz təsdiqini tapmadığından, iddiaçının cavabdehdən zərərin əvəzinin tutulması tələbinin təmin edilməsi tələbi əsassızdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan X1rşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, bildirilmişdir ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin səbəbi və ya onun səbəblərindən birinin yolun texniki-istismar vəziyyəti ilə əlaqədar ehtimalı olduqda, DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iştirakı ilə yolun həmin hissəsində xidmət göstərən "xxxx" MMC-nin nümayəndələrinin birgə tərtib edilmiş aktı və avtomobilə dəymiş ziyanın məbləği barədə müvafiq lisenziyası olan ekspert rəyi təqdim olunduqdan sonra sözügedən avtomobilə dəymiş ziyanın ödənilməsi məsələsinə baxıla bilər. BB 456713 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Jetta” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. xx.xx.2024-cü il tarixli raportun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində xidməti qrafikə əsasən xidmətdə olarkən Bakı-Quba yolunun 119-cu kmdə İddiaçı idarə etdiyi Volkswagen Jetta markalı, ** SB *** qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Quba istiqamətində hərəkətdə olarkən, sürücünün verdiyi izahata istinadən yolun hərəkət hissəsində yaranmış çökəkliyə düşərək idarəetməni itirmiş, nəticədə maddi ziyanla nəticələnən YNH baş vermişdir. xx.xx.2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Volkswagen Jetta” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən 1003 manat müqabilində təmir olunaraq İddiaçı təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən *** ** ** BLACKHAWK STREET-H HH01 91V 2023 məhsul üçün (təkər) 150 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Volkswagen Jetta” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 750 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 650 manat; Təmir-bərpa işlərinin qiyməti – 100 manat. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 35,05 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki iş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə özünə məxsus “Volkswagen Jetta” minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı-Quba yolunun 119-cu kilometrliyində Quba şəhəri istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində yaranmış çökəkliyə düşərək idarəetməni itirmiş, nəticədə avtomobilə ziyan dəymişdir. Göründüyü kimi, cavabdehin hərəkətsizliyi nəticısində iddiaçıya maddi ziyan dəymişdir. Cavabdehə ziyanın ödənilməsi barədə rəsmi məlumatlar verilməsinə baxmayaraq, onun tərəfindən zərərin əvəzinin ödənilməsi təmin olunmamışdır. Belə olan halda da, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia maddi ziyanın ödənilməsi hissəsində qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən və ödəniş qəbzinin surətindən görünür ki, iddiaçıya dəymiş maddi ziyan 900 (750+150) manat məbləğində olması sübuta yetirilir. Həmçinin, məhkəmə iddianın mənəvi zərərlə bağlı hissəsində hesab edir ki, iddia bu hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı cavabdehə qarşı mənəvi zərərin vurulması ilə bağlı qətnamə çıxarılmasını xahiş etsə də, cavabdeh tərəfindən mənəvi zərər yetirilməsi faktının mövcudluğu öz təsdiqini tapmamış və iddiaçı tərəfindən sübut edilməmişdir. Məhkəmə iddianın vəkil xidməti üçün ödənilmiş 320 manat pulun cavabdehdən tutulması hissəsində hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən vəkil xidməti üçün ödənilmiş 320 manat pulun ödənilməsi barədə mülki iş materiallarına heç bir sübut (qəbz) əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «Azərbaycan Avtobil Yolları Dövlət Agentliyi» X4 maddi zərərin əvəzi olaraq 900 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 33 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh «Azərbaycan Avtobil Yolları Dövlət Agentliyi» X4 maddi zərərin əvəzi olaraq 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti və 33 (otuz üç) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait cavabdeh «Azərbaycan Avtobil Yolları Dövlət Agentliyi» X4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar