Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4494/2022 11.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdehlər Cavabdeh2, yetkinlik yaşınaçatmayan Cavabdeh1, yetkinlik yaşınaçatmayan Cavabdeh3 və yetkinlik yaşınaçatmayan Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC cavabdehlər Cavabdeh2, yetkinlik yaşınaçatmayan Cavabdeh1, yetkinlik yaşınaçatmayan Cavabdeh3 və yetkinlik yaşınaçatmayan Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Abşeron filialı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********94 nömrəli kredit müqaviləsinə əsasən X3 48 ay müddətinə qaytarmaq illik 20% dərəcəsi ilə hesablanmaqla 5600 manat məbləğində kredit verilmişdir. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 miras qalmış əmlakı ünvan 1 ünvanındakı mənzilə dair vərəsələri arvadı Cavabdeh2, övladları yetkinlik yaşınaçatmayan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Borcalanın xx.xx.2019-cu il tarixli BPM**********94 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 3618,95 manat kredit borcu qalmışdır. Cavabdehlər tərəfindən miras qoyan X1 miras qalan mənzil qəbul edilməsinə baxmayaraq onlar miras payları həcmində miras qoyanın Azərbaycan Beynlxalq Bankı ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Ona görə də cavabdehlər Cavabdeh2, yetkinlik yaşınaçatmayan Cavabdeh1, yetkinlik yaşınaçatmayan Cavabdeh3 və yetkinlik yaşınaçatmayan Cavabdeh4 iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə əsas borca görə 3618,95 manat borcun və məhkəmə xərclərinə görə 57,40 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda yetkilik yaşınaçatmayan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun əri X4 xx.xx.2020-ci il tarixdə zəhərlənmədən vəfat etmişdir. P.Ş.Bünyətov vəfat etdikdən sonra o, ərinin Azərbaycan Beynəlxalq Bankı ASC-yə borcunun olması barədə məlumat almışdır. P.Ş.Bünyətov FHNdə işləmiş, vəfat etdikdən sonra onun əmək haqqının qalan hissəsi və övladlarına yardım üçün ödənilən məbləğə bank tutma yönəltmişdir. O, P.Ş.Bünyətovun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Mirmahmud Kazımovski küçəsi 16 saylı evin 26 saylı mənzilinə dair şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmiş, lakin, qaynatası ona adına çıxarış almamasını bildirmişdir. Belə ki, P.Ş.Bünyətovun bir çox adamlara borcu qalmışdır. O, P.Ş.Bünyətovun bankdan pulu alıb kimə verdiyini bilmir. Bunu müəyyənləşdirmək üçün banka müraciət etsə də, bank tərəfindən pul verilərkən P.Ş.Bünyətovun yanında olan şəxsin müəyyən edilməsi üçün videogörüntülər ona verilməmişdir. Hal-hazırda onların Kapital Bank ASC-yə 1600-1700 manat, Rabitəbank ASC-yə 2500 manat ödənilməmiş borcları vardır. Digər cavabdehlər onun yetkinlik yaşına çatmayan uşaqlarıdır. Hal-hazırda o, işləmir, himayəsində olan 3 uşağı ilə birlikdə P.Ş.Bünyətovun mülkiyyətində olan mənzildə yaşayır. Borcu qaytarmaq imkanı yoxdur. Övladlarını təyin olunan pensiya ilə saxlayır. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********94 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank istehlak məqsədləri üçün 48 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək qaytarmaq, illik 20 % ödəmək şərti ilə 5600 manat məbləğində krediti borcalana verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.1.2-ci bəndinə əsasən, kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini müvafiq məbləğdə pul faizlərinin borcalanın borcverəndəki bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək borcverənin hüququdur. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2019-cu il tarixli məxaric orderindən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən ayrılmış kreditə görə X3 5544 manat verilmişdir. xx.xx.2019-cu il tarixli BPM**********94 saylı kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək əsas borca görə 5600 manat, faiz borcuna görə 2577,48 manat olmaqla cəmi 8177,48 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2022-ci il tarixli 11484 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan X2 xx.xx.2019-cu il tarixli BPM**********94 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 3618,95 manat əsas borcu vardır. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 073654 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 213 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Bakı şəhər 27 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 231 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 adına miras qalmış ünvan 1 ünvanındakı mənzilə dair arvadı Cavabdeh2, övladları Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsələrdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin X2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xx.xx.2022-ci il tarixli 22-5149/2022 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalan X2 qanun üzrə vərəsələrinə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirmişdir. Kürdəmir rayon Qarabucaq qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İV № 194108 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2006-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 12 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası Cavabdeh2dır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İİİ № 180822 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh4 xx.xx.2013-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2662 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası Cavabdeh2dır. Kürdəmir rayon Qarabucaq qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ № 366960 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2009-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 02 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası Cavabdeh2dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, mərhum X2 xx.xx.2019-cu il tarixli BPM**********94 saylı kredit müqaviləsi üzrə iddiaçıya əsas borca görə 3618,95 manat borcu ödənilməmiş qalmış, iddiaçı mərhumun miras əmlakı qəbul edən vərəsələrinə öhdəliyin icrası ilə bağlı müraciət etsə də, cavabdehlər bu tələbi icra etməmişlər. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, miras qoyan borcalanın mirası qəbul edən vərəsələrindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 yetkinlik yaşınaçatmamış, onların qanuni nümayəndələri anaları Cavabdeh2dır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borclu olduqlarından, mirası hələ 14 yaşı tamam olmayan şəxslər qəbul etdikdə onların adından qanuni nümayəndələri çıxış etdiyindən, yetkinlik yaşına çatmayan vərəsələrin maraqlarını onların valideynləri və ya qəyyumları təmsil etdiyindən, yetkinlik yaşına çatmayan vərəsənin nümayəndələri kreditlərin ödənilməsi üzrə borc öhdəliklərinin yerinə yetirilməsinə cavabdeh olduqlarından iddia ərizəsi qismən təmin edilərək Cavabdeh2 əsas borca görə 3618,95 manat iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli BPM**********94 saylı kredit müqaviləsinə əsasən, əsas borca görə 3618,95 manat, məhkəmə xərclərinə görə 57,40 manat olmaqla cəmi 3676,35 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-4494/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4494/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver