Məhkəmə qərarları › İş №e-2(001)-4598/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4598/2025

11.06.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4598/2025 11.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, Kreditor Tələbkar Borclu qarşı məhkəmə əmrinin çıxarılması ilə əlaqədar ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: Kreditor Tələbkar Borclu qarşı məhkəmə əmrinin çıxarılması ilə əlaqədar ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizənin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məzmununa riayət edilməmiş, belə ki, ərizəyə hazırki məzmunda məhkəmə əmri formasında baxıla bilməz. Məhkəmənin tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Məhkəmənin mövqeyi Ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, mahiyyəti üzrə iddiaçı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin yenidən icraya yönəldilməsini və yığlıb qalmış borcun ona ödənilməsini istəsə də, məhkəmə əmrinin çıxarılması qaydasında müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kreditor Tələbkar Borclu qarşı məhkəmə əmrinin çıxarılması ərizəsinin icraata götürülməsindən imtina edilməli, Tələbkar ayrıca iddia və ya əmr icraatı qaydasında deyil, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qətnamənin yenidən icraya yönəldilməsi ilə əlaqədar ərizə ilə məhkəməyə, yığılmış aliment borcunun ödənilməsi ilə əlaqədar isə müvafiq icra şöbəsinə müraciət etməsi tövsiyyə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: Kreditor Tələbkar Borclu qarşı məhkəmə əmrinin çıxarılması ilə əlaqədar ərizəsinin icraata götürülməsindən imtina edilsin. Tələbkar izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq qətnamənin yenidən icraya yönəldilməsi ilə əlaqədar ərizə ilə məhkəməyə, yığılmış aliment borcunun ödənilməsi ilə əlaqədar isə müvafiq icra şöbəsinə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar