Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4623/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, ipoteka qoyulmuş əmlakın açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20 iyun 2024-cü il tarixə əsas borc üzrə 39.722,92 AZN, faiz borcu üzrə 2858,16 AZN cərimə qalıq 537,76 AZN, cəmi 43.118,84 AZN məbləğində kredit borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 219.36 AZN İddiaçı ASC-nin xeyrinə tutulması, 07 iyun 2022-ci il tarixli, № 104-S-2910 GM saylı Girov müqaviləsinə və xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixli 104-S-2910 GM saylı Girov müqaviləsinə əlavə 1” razılaşmasına əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 214 ünvanında yerləşən şadlıq sarayında olan 122.750 AZN məbləğində (Avadanlıq) olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyekti açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cü il tarixli, 104-S-2910 KM №-İi Kredit müqaviləsinə əsasən ona illik 16 faiz dərəcəsi ilə 50.000 AZN məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixli 104-S-2910 KM saylı Kredit Müqaviləsinə Əlavə 1” saylı razılaşmaya əsasən Kredit müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək kreditin müddəti 29 ay, kreditin məbləği 44.718,58 AZN olmaqla yeni ödəniş qrafiki tərtib edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 104-S-2910 KM №-li Kredit müqaviləsinin və xx.xx.2023cü il tarixli “xx.xx.2022-ci il tarixli 104-S-2910 KM saylı Kredit Müqaviləsinə Əlavə 1” saylı razılaşmanın şərtlərini icra etməyərək öhdəliklərindən yayınmışdır. 20 iyun 2024-cü il tarixə Cavabdeh Banka əsas borc üzrə 39.722,92 AZN, faiz borcu üzrə 2858,16 AZN cərimə qalıq 537,76 AZN cəmi 43.118,84 AZN məbləğində borcu yaranmışdır. Kreditin təminatı olaraq 07 iyun 2022-ci il tarixli, № 104-S-2910 GM saylı Girov müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 214 ünvanında yerləşən şadlıq sarayında olan 122.750 AZN məbləğində olan daşınar əmlaklar (Avadanlıq) yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixli 104-S-2910 KM saylı Kredit Müqaviləsinə Əlavə 1” saylı razılaşmaya əsasən “xx.xx.2022- ci il tarixli 104-S-2910 GM saylı Girov müqaviləsinə əlavə 1” razılaşması bağlanaraq əsas öhdəliyin əsas borc üzrə məbləği 44.718,58 AZN, müddəti isə 29 ay müəyyən edilmişdir. Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Məhkəmənin 31 iyul 2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20 iyun 2024-cü il tarixə əsas borc üzrə 39.722,92 AZN, faiz borcu üzrə 2858,16 AZN cərimə qalıq 537,76 AZN, cəmi 43.118,84 AZN məbləğində kredit borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 219.36 AZN İddiaçı ASC-nin xeyrinə tutulması və 07 iyun 2022-ci il tarixli, № 104-S-2910 GM saylı Girov müqaviləsinə və xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixli 104-S-2910 GM saylı Girov müqaviləsinə əlavə 1” razılaşmasına əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri,Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 214 ünvanında yerləşən şadlıq sarayında olan 122.750 AZN məbləğində (Avadanlıq) olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları əsasında araşdıraraq, eləcə də işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: xx.xx.2022-cü il tarixli, 104-S-2910 KM №-İi Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 16 faiz dərəcəsi ilə, 36 ay müddətinə 50.000 AZN məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixli 104-S-2910 KM saylı Kredit Müqaviləsinə Əlavə 1” saylı razılaşmadan görünür ki, kredit müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək kreditin müddəti 29 ay, kreditin məbləği 44.718,58 AZN olmaqla yeni ödəniş qrafiki tərtib edilmişdir. 07 iyun 2022-ci il tarixli 104-S-2910 KM sayil Kredit Mtiqaviləsinə həmin tarixli Aktdan görünür ki, kreditin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 214 ünvanında yerləşən şadlıq sarayında olan 122.750 manat məbləğində olan daşınar əmlaklar (Avadanlıq) yüklü edilmişdir. 20 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka əsas borcu 39.722,92 manat, faiz borcu 2858,16 manat, cərimə qalıq 537,76 manat olmaqla, ümumilikdə 43.118,84 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa,“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. 274.2-ci maddəsinə əsasən “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, girov qoyulmuş əşyanın mülkiyyətçisinin dəyişməsi girov hüququnu dəyişdirmir. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Daşınar Əmlakın Yüklülüyü Haqqında Azərbaycn Respublikası Qanunu: 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. 13.1 və 13.1.2-ci maddələrinə əsasən yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək yüklülük sahibi yüklülük predmetinə tutma yönəldə bilər. 15.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülüyün təmin etdiyi öhdəliyin pozulmasından əvvəl və ya sonra yüklülük verənlə yazılı formada bağlanmış razılaşma əsasında yüklülük predmetini sahibliyinə götürə bilər. Belə razılaşma yüklülük müqaviləsində də müəyyən edilə bilər. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, iddia əsas, faiz və cərimə borcuna münasibətdə tələbdə göstərilən məbləğlərə uyğun təmin edilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 07 iyun 2022-ci il tarixli, 104-S-2910 GM saylı Girov müqaviləsinə əsasən, əsas kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 214 ünvanında yerləşən şadlıq sarayında 122.750 manat məbləğində olan daşınar əmlaklar (Avadanlıq) yüklü edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İş üzrə müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 104-S-2910 KM №-li Kredit müqaviləsinin və xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixli 104-S-2910 KM saylı Kredit Müqaviləsinə Əlavə 1” saylı razılaşmanın şərtlərini icra etməyərək öhdəliklərindən yayınmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 07 iyun 2022-ci il tarixli, № 104-S-2910 GM saylı Girov müqaviləsinə və xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixli 104-S-2910 GM saylı Girov müqaviləsinə əlavə 1” razılaşmasına əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 214 ünvanında yerləşən şadlıq sarayında olan 122.750 AZN məbləğində (Avadanlıq) olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyekti açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcu ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, 20 iyun 2024-cü il tarixə olan əsas borc 39.722,92 manat, faiz borcu 2858,16 manat cərimə qalıq 537,76 manat olmaqla, ümumilikdə 43.118,84 manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməli, 07 iyun 2022-ci il tarixli, № 104-S-2910 GM saylı Girov müqaviləsinə və xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixli 104-S-2910 GM saylı Girov müqaviləsinə əlavə 1” razılaşmasına əsasən yüklülük predmeti İddiaçı ASC-nin sahibliyinə verilməli, girov müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 214 ünvanında yerləşən şadlıq sarayında olan 122.750 manat məbləğində (Avadanlıq) olan daşınar əmlaka tutma yönəldilməli, qeyd olunan girov obyekti açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə İddiaçı ASC tərəfindən iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 219,36 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 20 iyun 2024-cü il tarixə olan əsas borc 39.722,92 manat, faiz borcu 2858,16 manat cərimə qalıq 537,76 manat olmaqla, ümumilikdə 43.118,84 manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin. 07 iyun 2022-ci il tarixli, № 104-S-2910 GM saylı Girov müqaviləsinə və xx.xx.2023cü il tarixli “xx.xx.2022-ci il tarixli 104-S-2910 GM saylı Girov müqaviləsinə əlavə 1” razılaşmasına əsasən yüklülük predmeti İddiaçı ASC-nin sahibliyinə verilsin, girov müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 214 ünvanında yerləşən şadlıq sarayında olan 122.750 manat məbləğində (Avadanlıq) olan daşınar əmlaka tutma yönəldilsin, qeyd olunan girov obyekti açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına borc ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 219,36 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4623/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4623/2024
06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver