Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4630/2024 02.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli öhdəliyin icrası barədə Saziş üzrə yaranmış 7305,19 manat borcun və iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasıda xx.xx.2021-ci il tarixində Öhdəliyin icrası barədə Saziş imzalanmışdır. Sazişin 1.1-ci maddəsinə əsasən, Borclu cinayət əməli nəticəsində kreditora vurduğu 10.875,19 manat ziyandan ödənilməmiş 7955.19 manat hissəsini Kreditora hissə-hissə hər ayın 5-nə kimi hər ay minimum 300 manat olmaqla ödəməlidir. Lakin Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh tərəfindən 7305,19 manat əsas borc məbləği hələ də ödənilməmişdir. Cavabdeh tərəfindən ödənilməmiş borc öhdəliyinin icra edilməsi barədə ona dəfələrlə şifahi xəbərdarlıq və xx.xx.2022-ci il tarixində №APC-125/2022 nömrəli bildirişlə isə yazılı müraciət edilmişdir. Dəfələrlə edilmiş şifahi müraciətlərə və yazılı bildirişə baxmayaraq, o borcu ödəməkdən boyun qaçırmışdır xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, şirkətə 3.500 manat borcu var, qalan hissədə isə iddianı qəbul etmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(007)-57/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 1 il müddətinə dövlət və yerliözünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. Həmçinin, iş üzrə zərərçəkmiş şəxs İddiaçı MMC-nin Cavabdeh qarşı 8.625,19 manat məbləğində verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMCdə satış nümayəndəsi vəzifəsində çalışarkən cinayət əməli nəticəsində şirkətə 10.875,19 manat ziyan vurmuş və ziyandan 2.000 manat məbləğində ödəniş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış öhdəliyin icrası barədə Sazişdən görünür ki, borclu cinayət əməli nəticəsində kreditora vurduğu 10.875,19 manat ziyandan ödənilməmiş 7.955,19 manat hissəsini kreditora hissə-hissə hər ayın 5-nə kimi hər ay minimum 300 manat olmaqla ödəyəcəkdir. Tərəflər hər il dekabrın sonuncu iş həftəsi qalıq borcun üzləşməsini həyata keçirəcəklər. Borclu tərəfindən aylıq ödəniş 3 gün gecikdirilməsi bu saziş üzrə öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və bu halda kreditor ona olan ödənilməmiş borcu və pul öhdəliyinin vaxtında icra edilməməsinə görə faizlərin tam şəkildə icbari qaydada ödənilməsini tələb etmək hüququna malik olacaqdır. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya bildirişindən görünür ki, sonuncudan xx.xx.2021-ci il tarixli öhdəliyin icrası barədə Sazişin icra edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın verilməsi üçün iddiaçı tərəfindən məhkəmənin hesabına 94 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(007)-57/2021 saylı hökmü xx.xx.2021-ci ildə qanuni qüvvəyə minmiş və müvafiq qaydada icraya yönəldilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç) bəndinə əsaəsən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir; 194-cü maddəsinin birinci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; 202-ci maddəsinin birinci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 204.3-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında əmək münasibətləri olmuş, cavabdeh iddiaçı şirkətdə satış nümayəndəsi vəzifəsində çalışmışdır. Cavabdeh həmin vəzifədə çalışarkən öz qulluq mövqeyindən istifadə etməklə iddiaçı şirkətin əmlakını mənimsəməsi nəticəsində iddiaçıya cəmi 10.875,19 manat məbləğində zərər vurmuşdur. Nəticədə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Bundan sonra tərəflər arasında Saziş bağlanmış və vurulmuş ziyanın hissə-hissə hər ayın 5-nə kimi hər ay minimum 300 manat olmaqla ödənilməsi barədə razılıq əldə etmişlər. Lakin cavabdeh həmin razılaşmayada əməl etməmiş, vurduğu ziyanı ödəməmişdir. Hazırda cavabdehin vurduğu ziyana görə 7305,19 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda haqlıdır. Belə ki, cavabdehin iddiaçıya maddi ziyan vurması halı iş materialları ilə tam şəkildə təsdiq olunur. Ona görə də, cavabdehdən iddiaçının xeyrinə 7.305,19 manat məbləğində vəsait tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7305.19 (yeddi min üç yüz beş manat, on doqquz qəpik) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94 (doxsan dörd) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4630/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4630/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver