Məhkəmə qərarları › İş №e-2(001)-4666/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4666/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4666/2024 11.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə İddiaçı ləğv prosesində olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 08 iyul 2019-cu il tarixli, MBNP ***- *******9FİMSA080719-01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 757,98 manat əsas, 13,44 manat faiz borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2019-cu il tarixli, MBNP ***- *******9FİMSA080719-01 nömrəli “güzəştli şərtlərlə kreditin verilməsinə dair” müqavilədən görünür ki, bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 1 faizlə geri ödəmək şərti ilə 760,58 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş 16 fevral 2022-ci il tarixli, **********657 nömrəli maliyyə arayışında göstərilmişdir ki, cavabdehin 11 fevral 2022-ci il tarixə iddiaçıya olan əsas borcu 757,98 manat, faiz borcu isə 13,44 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş 09 iyul 2024-cü il tarixli, **********735 nömrəli maliyyə arayışında isə göstərilmişdir ki, cavabdehin 03 iyul 2024-cü il tarixə 757,98 manat əsas, 31,36 manat faiz borcu vardır. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən tələbində göstərdiyi borc məbləğinə dair 11 fevral 2022-ci il tarixli maliyyə arayışını əlavə etmiş, sözügedən sənədlə isə cavabdehin məhkəməyə müraciət edilən zamanda mövcud real borcunu müəyyən etmək mümkün olmamışdır. Sonradan isə iddiaçı elektron məhkəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixli maliyyə arayışını təqdim etmiş, lakin göstərilən sənəd irəli sürülmüş tələblə ziddiyyət təşkil etdiyindən və bu ziddiyyətin hazırda tələbə baxılan sadələşdirilmiş icraat çərçivəsində həll edilməsinə, işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməsinə maneəçilik törətdiyindən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya isə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 284-4.1.3-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. 259.0.12-ci maddəsinin tələbinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ödənilmiş 30 manat dövlət rüsumu (qəbz **********) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar