Məhkəmə qərarları › İş №e-2(001)-4779/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4779/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4779/2025 22.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: (kredit müqaviləsi üzrə yaranmış borcun zamindən və vərəsədən tutulması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Katib Məşədiyeva Fidan Eynur qızının katibliyi, Cavabdheh Cavabdeh3 iştirakı ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Əliyev Elman Yunus oğlu arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 028SBFFM nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 3.199,51 (üç min bir yüz doxsan doqquz manat 51 qəpik) manat əsas, 82,83 (səksən iki manat 83 qəpik) manat faiz, 0,20 (iyirmi qəpik) manat cərimə, 138,16 (bir yüz otuz səkkiz manat 16 qəpik) manat AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 (beş) faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3.420,70 (üç min dörd yüz iyirmi manat yetmiş qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 54,21 (əlli dörd manat iyirmi bir qəpik) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4779/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əliyev Elman Yunus oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 028SBFFM nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2015-ci il tarixli, 2631SBFFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4.037 (dörd min otuz yeddi) manat məbləğində kredit verilmişdir. İddia ərizəsinə əlavə etdiyimiz ödəniş cədvəlinin surətindən görünür ki, kredit alan Əliyev Elman Yunus oğlu 5 illik müddətin sonunda ümumilikdə banka 123,33 (bir yüz iyirmi üç manat 33 qəpik) manat faiz borcu ödəməlidir. İlkin ödəniş xx.xx.2019-cu il tarixə kimi, son ödəniş isə xx.xx.2024cü il tarixə kimi edilməlidir. Aylıq cəmi ödənilməli olan məbləğ 3,36 (üç manat 36 qəpik) manat, xx.xx.2020-ci il tarixdən sonra isə 85,83 (səksən beş manat 83 qəpik) manat təşkil edir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Kredit alan Əliyev Elman Yunus oğluna kredit verilərkən kredit üzrə bütün pul öhdəliklərinin tam və vaxtında icra olunmasına Cavabdeh3 zamin durmuş, bu məqsədlə onunla xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanılmışdır (zaminlik müqaviləsinin surəti əlavə olunur). Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddia ərizəsinə əlavə edilmiş 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 887 nömrəli cavab məktubunun surətindən görünür ki, kredit alan Əliyev Elman Yunus oğlu xx.xx.2023-cü il tarixdə ölmüş, onun adına həmin notariat ofisində xx.xx.2023-cü il tarixli vərəsəlik işi açılmışdır. Məktubdan həmçinin o da aydın olur ki, vəfat etmiş kredit alanın vərəsələri arvadı Cavabdeh3, oğlu Cavabdeh2 və qızı Cavabdeh1dır. Hər üç vərəsə xx.xx.2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X2 qəsəbəsi, Faiq Rüstəmov küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında mərhum Əliyev Elman Yunus oğluna məxsus olan 1/5 hissəsinə dair 1/3 hissədə pay almışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün ödənişlər edə bilməmişdir. Hazırda tələb edilən məbləği hissə-hissə ödəməyə razıdır.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, atası vəfat etməmişdən əvvəl kreditləri özü ödəmişdir. Atası vəfat etdikdən sonra bank onunla əlaqə saxlamış, banka yaxınlaşdıqda isə fəaliyyətinin dayandırıldığını öyrənmişdir. Həmin vaxtdan sonra ödəniş üçün bankın nümayəndəsi ilə əlaqə saxlaya bilməmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. İddiaçı ASC ilə Əliyev Elman Yunus oğlu arasında bağlanan xx.xx.2019-cu il tarixli, 028SBFFM nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 5 il müddətinə illik 1% ödəmək şərtilə (xx.xx.2015-ci il tarixli, 2631 SBFFK saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə istifadə olunması üçün) 4037 manat məbləğində kredit verməyi borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürür.

9. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli, 028SBFFM saylı kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

10. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2019-cu il tarixli, 028SBFFM nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 3199,51 manat əsas, 82,83 manat faiz, gecikdirilmiş vaxt üçün 138,16 manat olmaqla, ümumilikdə 3420,70 manat məbləğində borcu vardır.

11. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən ünvan 2 ünvanlanan xx.xx.2025-ci il tarixli, 887 saylı məktubda xx.xx.2025-ci il tarixdə daxil olmuş, "12" may 2025-ci il tarixdə verilmiş, 164/25 nömrəli sorğuya cavab olaraq bildirilir ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Əliyev Elman Yunus oğlunun adına xx.xx.2023-cü il tarixdə vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh3, ünvan 5 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2 və ünvan 6 ünvanında qeydiyyatda olan qızı Cavabdeh1 ərizəsi əsasında vərəsəlik işi açılmışdır və xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus 1/5 hissəyə dair onların hər birinə 1/3 hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

12. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borclulara ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, onlar banka olan 3420,70 manat əsas kredit borcunun 5 iş günü müddətində icra etməyəcəkləri təqdirdə barələrində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşlar.

13. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 54,21 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqını ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. İddiaçı ASC ilə Əliyev Elman Yunus oğlu arasında bağlanan xx.xx.2019-cu il tarixli, 028SBFFM nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalan 5 il müddətinə illik 1% ödəmək şərtilə (xx.xx.2015-ci il tarixli, 2631 SBFFK saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə istifadə olunması üçün) 4037 manat məbləğində kredit vermişdir.

15. Əliyev Elman Yunus oğlu xx.xx.2023-cü il tarixdə ölmüş, ölümündən sonra 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır.

16. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən ünvan 2 ünvanlanan xx.xx.2025-ci il tarixli, 887 saylı məktuba görə xx.xx.2023-cü il tarixdə vəfat etmiş Əliyev Elman Yunus oğlunun adına xx.xx.2023-cü il tarixdə vərəsələri arvadı Cavabdeh3, oğlu Cavabdeh2 və qızı Cavabdeh1 ərizəsi əsasında vərəsəlik işi açılmış və xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus 1/5 hissəyə dair onların hər birinə 1/3 hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

17. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etmədiyini, nəticədə borcluların banka xx.xx.2019-cu il tarixli, 028SBFFM nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 3199,51 manat əsas, 82,83 manat faiz, gecikdirilmiş vaxt üçün 138,16 manat olmaqla, ümumilikdə 3420,70 manat məbləğində borcu olduğunu iddia edir və həmin borc məbləğinin borclunun mirası qəbul etmiş vərəsələrindən tutulmasını tələb edir.

18. Bundan başqa Cavabdeh3 borclunun vərəsi olmaqla, həmçinin kredit müqaviləsi üzrə zamindir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.

21. 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

24. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

25. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

26. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;

27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

28. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

29. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

30. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

31. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

32. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

34. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

35. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

36. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

37. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.

38. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

39. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

40. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

41. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

42. 1306.4-cü maddəsinə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında müəyyən edilir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

44. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə X3 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur, borcalan ölümü ilə əlaqədar öhdəliyini icra edə bilməmişdir, borcalanın öldüyü vaxtadək maliyyə arayışında qeyd edilən məbləğdə borcu qalmışdır, cavabdehlər isə borcalandan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus 1/5 hissəyə dair hər birinə 1/3 hissədə payı miras əmlak kimi qəbul etmişlər.

45. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin qəbul etdikləri miras aktivi həcmində miras qoyanın passivini də qəbul etməli olduğundan və qəbul edilən miras aktivinin həcmi miras passivindən az olmadığından iddia təmin edilməlidir.

46. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehlərdən Cavabdeh3 kredit müqaviləsi üzrə borclu Cavabdeh2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün zamin kimi məsuliyyəti öz üzərinə götürdüyündən, borcalan ölsə belə, onun zaminliyinə xitam verilmir. Ona görə də vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, o zamin kimi kreditor qarşısında tam məsuliyyət daşıyır. Tətbiq edilən prosessual normalar:

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

48. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

49. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

50. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

51. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz;

52. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

53. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

54. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Əliyev Elman Yunus oğlu arasında bağlanan xx.xx.2019-cu il tarixli, 028SBFFM nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 3199,51 manat, faiz borcuna görə 82,83 manat, cərimə borcuna görə 0,20 manat, gecikdirilmiş faiz borcuna görə 138,16 manat olmaqla, ümumilikdə 3420,70 (üç min dörd yüz iyirmi manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti, 54,21 (əlli dörd manat, iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun vərəsədən tutulması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ASC ilə Əliyev Elman Yunus oğlu arasında bağlanan xx.xx.2019-cu il tarixli, 028SBFFM nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 3199,51 manat, faiz borcuna görə 82,83 manat, cərimə borcuna görə 0,20 manat, gecikdirilmiş faiz borcuna görə 138,16 manat olmaqla, ümumilikdə 3420,70 (üç min dörd yüz iyirmi manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti, 54,21 (əlli dörd manat, iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar