Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4861/2025 16.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 756.14 manat əsas, 1323 manat faiz, 41.98 manat cərimə borcu, cəmi 2121,12 manat və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, BAL0418810/12 saylı, müqaviləyə əsasən 1400 manat, kredit verilmişdir. X2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. 26 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən X1 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Hazırda mərhum X1 2121.12 manat borcu vardır. Lakin borclunun vərəsələri qalıq borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi il məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Həsənova iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, ərinin vəfat etməsindən bankın xəbəri olub. Belə ki, bi barədə banka məlumat vermişdilər. Bundan başqa cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçının kredit müqaviləsindən 13 il sonra, onun tərəfindən vərəsəliyin qəbul edilməsindən isə 10 il sonra məhkəməyə müraciət etdiyini qeyd edərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi.
Mülki işin materialları:
5. İddiaçı ASC ilə X2 arasında xx.xx.2012-ci il tarixdə kredit kartı üzrə bank hesabı müqaviləsi bağlanmışdır.
6. 12.06.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2012-ci il tarixli müqavilə üzrə 756.14 manat əsas, 1323 manat faiz, 41.98 manat cərimə borcu vardır.
7. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi – arvadı Cavabdehdır və bu hüquq ona xx.xx.2015-ci il tarixdə verilmişdir.
8. 11.09.2025-ci il tarixli ərizədən görünür ki, cavabdeh iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
9. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
10. 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
11. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
12. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
13. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
14. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
16. 554.4-cü maddəsinə görə müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər.
17. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
20. Belə ki, mülki işin materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə X2 arasında xx.xx.2012-ci il tarixdə “kredit kartı üzrə bank hesabı” müqaviləsi bağlanmışdır. E.Sultanov xx.xx.2015-ci il tarixdə vəfat etmiş və hazırkı iş üzrə Cavabdeh xx.xx.2015-ci il tarixdə vərəsəliyi qəbul etmişdir.
21. Mülki Məcəllənin 554.4-cü maddəsinə görə müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
23. Müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixində, yəni müqavilənin icra müddəti bitdiyi xx.xx.2015-ci il tarixindən və vərəsəliyin qəbul edilməsi – xx.xx.2015-ci il tarixdən 10 il keçdikdən sonra müraciət etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Qeyd olunanlardan aydın olur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddətinin kəsilməsinə səbəb olan hər hansı hal isə müəyyən edilmir.
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia müddətinin ötürüldüyünü bildirib, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmiş, habelə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir.
25. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfındən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə iddia müddəti keçdikdən sonra verildiyi və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin olduğu nəzərə alınaraq hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onlan öz hüquqlarını müdafıə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamını nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırlmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
27. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “L.İ.Binnətovanın şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə xx.xx.2000-ci il tarixli qərarda Avropa Məhkəməsi qeyd edir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
29. Beləliklə, göstərilən hüquqi mövqelərə əsaslanaraq və qeyd olunan qanunvericilik normaların tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi bağlanılmış və bunun əsasında tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Müqavilənin icra müddəti xx.xx.2015-ci il tarixinədək müəyyən olunmuşdur. Lakin müqavilə tərəfi E.Sultanov xx.xx.2015-ci il tarixdə vəfat etmiş və hazırkı iş üzrə Cavabdeh xx.xx.2015-ci ildə vərəsəliyi rəsmi olaraq qəbul etmişdir. Bununla belə müqavilənin icra müddəti bitdiyi vaxtdan 3 ildən artıq müddət keçmiş, bu müddət ərzində iddiaçı tələb üzrə məcburiyyət tədbirlərini iddia müddəti həddində həyata keçirməmişdir. İddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət edən zaman qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddətinin kəsilməsinə səbəb olan hər hansı hal isə müəyyən edilməmişdir. Bu səbəblə məhkəmə hesab edir ki, cavabdehin iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsi əsaslıdır və ona görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
33. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Beləliklə, iddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman qanunla nəzərdə tutulmuş iddia müddətini ötürdüyündən iddia təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova