Məhkəmə qərarları › İş №e-2(001)-489/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-489/2024

02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-489/2024 02.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4245 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xdimət haqqı, 64 manat məbləğində dövlət rüsumu, ümumilikdə 4409 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-1888 saylı “X4” əsasında lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD745813 seriyalı, 2019-cu il buraxılışlı, Ban: №XWBTF69V9LA017801, ağ rəngli avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən 26 avqust 2022-ci il tarixdə, saat 17:45 radələrində Bakı şəhəri, Həsənbəy Zərdabi küçəsində ara məsafəsi və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP_5248793 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdehin hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 4245 manat tələb olunmuşdur. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də, o, həmin vaxt avtomobili “RS Avtoservis”-də 4245 manat ödəyərək öz hüsabına təmir etdirmişdir. Göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində avtomaşına 4245 manat zərər dəymişdir. Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina edir. Cavabdeh ilə onun arasında bağlanmış 22 iyun 2022-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Bu səbəbdən cavabdehdən 4245 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 64 manat məbləğində dövlət rüsumu, ümumilikdə 4409 manat pul vəsaiti tutulmalıdır. Həmçinin onunla cavabdeh arasında bağlanmış 22 iyun 2022-ci il tarixli icarə müqaviləsinin 20-ci bəndinə əsasən tərəflər onlar arasında gələcəkdı yarana biləcək hər hansı məhkəmə mübahisəsinə icarəyə verənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılması barədə razılığa gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, birinci “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncuya icarəyə vermişdir. Müqaviləyə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: Ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə; Nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə rəsmi servisdə təmin etməyə; Nəqliyyat vasitəsini istifadə və istismar qaydalarına riayət etməyə; Nəqliyyat vasitəsini kənar şəxslərin idarə edilməsinə yol verməməyə; Nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər,akkumlyator. və.s) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; Hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini İcarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə: Yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə; Nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə. "xxxx" MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli X4ndən və ona 1 saylı Əlavədən görünür ki, lizinq verən “Ravon R3” markalı avtomobil lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Həsənbəy Zərdabi küçəsində “Ravon R3” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozulmuş, nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. “RS” AvtoServis tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ravon Nexia R3 markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər cəmi 4245 manat təşkil edir. Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh avtomobilə dəymiş 4245 manat məbləğində zərəri xx.xx.2023-cü il tarixinədək müqavilə ödənilməsi, əks halda aralarında məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cuil buraxılışlı “Ravon R3” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3997,0 manat müəyyən edilir. 3.4. Qeyd olunan sualların cavablandırması məqsədilə tədqiqat obyekti olan Ravon R3 markalı, ** PG *** dövlət qeydiyyat nişalı avtomobilə baxış keçirilməsi barədə 20 dekabr 2023-cü il tarixdə Məhkəməyə vəsatət verilmişdir. Lakin vəsatətə cavab verilməmişdir. Bu səbəbdən qeyd olunan suallar üzrə tədqiqat aparılmır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, avtomobil icarəsinə görə 800 manat depozit qoymuşdur. Əgər avtomobili 3 ay ərzində geri qaytarsa, qoyduğu depoziti tələb etməyə heç bir hüququ yoxdur. Əgər avtomobili 3 aydan sonra geri qaytarsa 400 manat qaytarılmır. Qalıq 400 manata maşına dəymiş zərərlər çıxılır qalıq məbləğ qaytarılır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 14 saylı Vəkil bürosunun hesabına 100 manat məbləğində hüquqi xidmət haqqı ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsinə əsasən icarəyə götürən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Lakin cavabdeh nəqliyyat vasitəsini iddiaçıya nasaz halda verməsinə baxmayaraq, nasaz hala salınmış hissələrinin dəyərini iddiaçıya ödəməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Həsənbəy Zərdabi küçəsində hərəkət edərkən yol nəqliyyat hadisəsi törətmiş, “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Hazırda iddiaçı həmin zərərin və ödənilmiş rüsumların cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin hallarından, həmçinin Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3997 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 800 manat depozit məbləği nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Müqavilənin 5-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini 3 (üç) aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır. Müqavilənin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Göründüyü kimi, müqaviləyə əsasən cavabdeh 800 manat ödəniş etmişdir. İşin hallarından müəyyən edilir ki, cavabdeh X1 nəqliyyat vasitəsini iddiaçıdan xx.xx.2022-ci il tarixdə təhvil almış və xx.xx.2022-ci il tarixdə qəza törədəndən sonra iiddiaçıya qaytarmışdır. Yəni “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində iki ay dörd gün olmuşdur. Belə olan halda müqaviləyyə əsasən cavabdeh tərəfindən ödənilmiş depozit məbləği geri qaytarılmır. Lakin iddiaçıya vurduğu zərərə görə məhkəmə hesab edir ki, cavabdeh icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməli, iddiaçıya vurduğu zərəri, yəni 3997 manat məbləği iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3997 manat məbləğində maddi ziyan, 100 manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 64 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3997 (üç min doqquz yüz doxsan yeddi) manat məbləğində maddi ziyan, 100 (yüz) manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar