Məhkəmə qərarları › İş №e-2(001)-4924/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4924/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4924/2022 26.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 11 aprel 2019-cu il tarixli, 116GTKR0229050AA saylı kredit müqaviləsinə əsasən 3.327,63 manat əsas, 695,28 manat faiz, cəmi 4.022,91 manat məbləğində borcun, 11 aprel 2019-cu il tarixli, **********01944116 saylı kredit müqaviləsinə əsasən 310,48 manat əsas, 73,25 manat faiz, cəmi 383,73 manat borcun və 64,06 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2019-cu il tarixli 116GTKR0229050AA saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 24,72 faiz dərəcəsi ilə 6.450 manat məbləğində kredit verilmişdir. Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2019-cu il tarixli **********01944116 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 08 iyul 2022-ci il tarixə İddiaçı ASC-yə 11 aprel 2019-cu il tarixli 116GTKR0229050AA saylı kredit müqaviləsinə əsasən 3.327,63 manat əsas, 695,28 manat faiz, cəmi 4.022,91 manat borcu, 11 aprel 2019-cu il tarixli **********01944116 saylı kredit müqaviləsinə əsasən 310,48 manat əsas, 73,25 manat faiz, cəmi 383,73 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh bildirişi rəsmi qaydada alsa da, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2019cu il tarixli, 116GTKR0229050AA saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor borcalana 48 ay müddətinə illik 24,72% faiz dərəcəsilə 6.450 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2019cu il tarixli, **********01944116 saylı kredit kartına dair müqavilədən və kredit xətti sifarişindən görünür ki, bank müştəriyə “Birkart” verir, təyinatı şəxsi istehlak olan bərpaolunan kredit xətti ayırır, müştəri isə kredit xətti üzrə borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu) ödəyir, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcəsinə əsasən ödəyir. Müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 1.000 manat müəyyən olunur. Kredit xəttindən son istifadə tarixi 31 mart 2022-cü il tarixidir. Müqavilənin 11.3-cü bəndinə əsasən kartın istifadə müddəti ərzində qeyri-taksit əməliyyatları üzrə əsas borcdan minimal aylıq ödəniş faizi 5%-dir. Müqavilənin 11.3.1-ci bəndinə əsasən kartın müddətinin bitmə tarixindən sonrakı ayın 20-ə olan qeyri-taksit əməliyyatlar üzrə qalıq borcun 5 %-i kredit müqaviləsinin sonunadək əsas borc üzrə aylıq minimal ödəniş məbləği kimi əsas götürülür və hər növbəti ayın 20-i tarixinə hesablanmış faiz məbləği ilə birlikdə müqavilənin 11.4-cü bəndinə əsasən aylıq olaraq ödənilməlidir. Müqavilənin 11.5-ci bəndunə əsasən qeyri-taksit əməliyyatları üzrə kredit xəttinin illik faiz dərəcəsi 25%, taksit əməliyyatları üzrə 0%-dir. Müqavilənin 11.11-ci bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin Müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır; 11 aprel 2029-cu il tarixli məxaric orderindən görünür ki, Cavabdeh PAN № **********014729 olan bir ədəd plastik kart təhvil almışdır; 25 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcu barədə məlumat verilməklə gecikdirilmiş məbləğin 5 (beş) təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks halda banka borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanununlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlərin görüləcəyi barədə xəbardar edilmişdir; 18 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 iyul 2022-ci il tarixə 11 aprel 2019-cu il tarixli, 116GTKR0229050AA saylı kredit müqaviləsi üzrə 3.327,63 manat əsas, 695,28 manat faiz, cəmi 4.022,91 manat borcu, 11 aprel 2019-cu il tarixli, **********01944116 saylı kredit müqaviləsi üzrə 310,48 manat əsas, 73,25 manat faiz, cəmi 383,73 manat borcu yaranmışdır; 14 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 64,06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da həmin müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməli, 11 aprel 2019-cu il tarixli, 116GTKR0229050AA saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas məbləğ üzrə 3.327,63 manat, faiz üzrə 695,28 manat, cəmi 4.022,91 manat məbləğində borc, 11 aprel 2019-cu il tarixli, **********01944116 saylı kredit kartına dair müqavilə üzrə Cavabdeh əsas məbləğ üzrə 310,48 manat, faiz üzrə 73,25 manat, cəmi 383,73 manat məbləğində borc və 64,06 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. 11 aprel 2019-cu il tarixli, 116GTKR0229050AA saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3.327,63 (üç min üç yüz iyirmi yeddi manat, altmış üç qəpik) manat məbləğində əsas və 695,28 (altı yüz doxsan beş manat, iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4.022,91 (dörd min iyirmi iki manat, doxsan bir qəpik) manat məbləğində borc tutulsun. 11 aprel 2019-cu il tarixli, **********01944116 saylı kredit kartına dair müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 310,48 (üç yüz on manat, qırx səkkiz qəpik) manat məbləğində əsas və 73,25 (yetmiş üç manat, iyirmi beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 383,73 (üç yüz səksən üç manat, yetmiş üç qəpik) manat məbləğində borc tutulsun. Cavabdeh iddiaçı Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 64,06 (altmış dörd manat, altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar