Məhkəmə qərarları › İş №e-2(001)-4949/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4949/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4949/2022 13.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı borclu Cavabdeh 2168,23 manat məbləğində borcun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(001)- 11433/2018 saylı məhkəmə əmri ilə borclu Cavabdeh 2168,23 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, barəsində qəbul edilmiş məhkəmə əmrinin ona təqdim edilməsini xahiş etmiş, xx.xx.2022ci il tarixdə məhkəmə əmrini qəbzə imza etməklə qəbul etmiş, xx.xx.2022-ci il tarixdə isə etirazını məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 4949/2022 saylı qərardadı ilə etiraz təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(001)-11433/2018 saylı məhkəmə əmri ləğv edilmiş və iş üzrə icraat iddia icraatına keçirilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizəni məhkəməyə tədim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqqqında müqaviləyə və həmin müqaviləyə dair əlavələrə əsasən, cavabdeh iddiaçıdan mobil rabitə xidmətləri almışdır. Lakin cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini yerinə yetirməmiş və cari tarixə cavabdehin iddiaçıya müqavilə üzrə 2115,51 manat məbləğində borcu vardır. Borc məbləğinə dair sübutlar iş materiallarına əlavə olunmuşdur. Bundan əlavə, hazırkı işə iddia icraatı qaydasında baxılması ilə əlaqədar iddiaçı vəkillə hüquqi yardım haqqında müqavilə bağlamış və həmin müqavilə üzrə vəkilə 110 manat xidmət haqqı ödəmişdir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh 2115,51 manat həcmində müqavilə üzrə borc məbləğinin, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 110 manat məbləğində hüquqi yardım xərclərinin - cəmi 2245,51 məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Cavabdeh iddiaya etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, arayışla "Azerfon” MMC təsdiq edir ki, operator və Cavabdeh arasında **********, **********, **********, ********** və ********** kombinasiyalı mobil nömrələrə dair 94349 nömrəli xx.xx.2007-ci il tarixli mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə operator tərəfindən abunəçiyə göstərilmiş telekommunikasiya xidmətlərinin siyahısı və dəyəri hazırkı maliyyə arayışına əlavə edilmiş qoşmada müəyyən olunmuşdur. Abunəçinin cari tarixə müqavilə üzrə operatora ödənilməmiş borcu 2115,51 manat təşkil edir. Göründüyü kimi iddiaçı ilkin ərizəsində cavabdehdən 2168,23 manat tələb etsə də, hazırda bu məbləği 2115,51 manat kimi göstərir. Eyni zamanda 2115,51 manat borcun aşağıdakı mobil nömrələr üzrə yarandığını qeyd edir: **********, **********, **********, **********, **********. İddiaçının tələbi əsassız olması ilə yanaşı qeyri-müəyyəndir və bu hal ona dəlalət edir ki, iddiaçı tələbinin nədən ibarət olmasından xəbərsizdir. Belə ki, iddiaçı birinci ərizəsində yalnız 1 möbil nömrə qeyd etmişdir - **********. Daha sonra məhkəməyə təqdim etdiyi maliyyə arayışında artıq 5 mobil nömrə təqdim edir - **********, **********, **********, ********** və **********. Buradan aydın olur ki, 5 mobil nömrə üzrə olan borc 1 mobil nömrə üzrə olan borcdan azdır. Bu anlaşılmamazlıqdan başqa iddiaçı tərəfin məhkəməni aldatmaqla ədalət mühakiməsinin nüfuzuna kölgə salmaq niyyətindədir. Belə ki, iddiaçı hazırkı borcla bağlı qeyd etdiyi ********** nömrəsi ilə bağlı hələ 2017-ci ildə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, “Azərfon" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 94349 saylı, xx.xx.2008-ci il tarixli, ******* saylı GSM müqavilələrinə əsasən sonuncu ********** və ********** GSM nömrələri üzrə 2192,39 manat məbləğində cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə onun 2192,39 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə görə abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını "xxxx" MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, "xxxx" MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid fakturalardan göründüyü kimi, borclu müqavilənin bu şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(001)-14165/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmiş, borclu Cavabdeh kreditor "Azərfon” MMC-nin xeyrinə 2192,39 manat xidmət haqqının, 20,40 manat dövlət rüsumunun, cəmi 2212,79 manat tutulması əmr edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(001)- 14165/2017 saylı məhkəmə əmri cavabdehə göndərilməmiş və rəsmi qaydada təqdim edilməmişdir. Cavabdeh məhkəmə əmrinin surətini rəsmi qaydada 15 iyul 2022-ci il tarixdə almışdır. 19 iyul 2022-ci il tarixdə isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(001)-14165/2017 saylı məhkəmə əmrindən etiraz teqdim etmişdir. Bundan başqa, ********** GSM nömrəsi üzrə yaranmış borcla bağlı iddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2796,89 manat xidmət haqqının, 30 manat dövlət rüsumunun, cəmi 2826,89 manat tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış GSM müqaviləsinə əsasən sonuncu ********** GSM nömrəsi üzrə 2796,89 manat məbləğində cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə 2796,89 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə görə abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını "Azərfon” MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, "Azərfon” MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid fakturalardan göründüyü kimi, borclu müqavilənin bu şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, e-2(001)-7130/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh iddiaçıya olan 2796,89 manat borcun, hüquqi yardım üçün ödənilmiş 110 manat vəsaitin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 2936,89 manatın "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, e-2(001)-7130/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apetlyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, e-2(001)-7130/2019 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı artıq ********** GSM nömrəsi üzrə borcu cavabdehdən başqa mülki iş qaydasında istəmiş və bununla bağlı müvafiq məhkəmə qətnaməsi mövcud olmuşdur. Hazırkı mübahisəyə səbəb olmuş borc məbləği iddiaçının rabitə xidmətindən istifadə nəticəsində yaranmışdır. Buna səbəb isə **********, **********, **********, ********** və ********** nömrəli GSM nömrələri olmuşdur. Təxminən 2008-ci ildə o zaman cavabdehin işlədiyi "xxxx" MMC-nin vəzifəli şəxsi tərəfindən ona bildirilmişdir ki, ona hədiyyə olaraq **********, **********, **********, ********** və ********** GSM nömrəsi veriləcəkdir və buna görə o, müəyyən sənədlərə imza atmalıdır. Cavabdeh də hələ də məzmununu anlamadığı sənədlərə imza atmış, lakin bir müddətdən sonra ona verilməli olan **********, **********, **********, ********** ve ********** GSM nömrələrini tələb etdikdə, vəzifəli şəxs tərəfindən ona bildirilmişdir ki, sözügedən nömrələr başqa şəxsə verilib və əvəzində ona başqa nömrə veriləcəkdir. Göstərilənlərə baxmayaraq "xxxx" MMC tərəfindən "Azerfon” MMC-yə məxsus hər hansı bir nömrə verilməmişdir. Həmçinin, İddiaçı MMC tərəfindən cavabdehə göstərilən mobil nömrələrinin ən azı birinin verilməsinə dair hər hansı bir təhvil sənədinə imza cavabdeh tərəfindən atılmamışdır. Məhz bu hal ondan xəbər verir ki, sözügedən nömrələrin istifadəsindən cavabdeh xəbərsizdir, o cümlədən həmin nömrələr üzrə aparılmış hər hansı bir ödəniş cavabdeh deyil, digər, tanımadığı, yaxud bilmədiyi bir şəxs tərəfindən, bəlkə də nömrələrin faktiki istifadəçisi tərəfindən ödənilmişdir. Bundan başqa iddia ərizəsində müəyyən olunur ki, iddiaçı **********, **********, **********, ********** və ********** GSM nömrələri üzrə yaranmış borcu tələb edir. Məhkəmə mübahisəli məhkəmə əmrini qəbul edərkən mübahisənin həllində mühüm rol oynayan borcun mövcud olduğu zamana əhəmiyyət verməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən olunur ki, cavabdehin iddiaçı "Azerfon” MMC-yə yaranmış borcu xx.xx.2008-ci ilə təsadüf edir. Əslində həmin borcun yaranma zamanının dəqiqliklə göstərilməsi iddiaçının üzərinə qoyulmuş sübutetmə yükünə aid olsa da, iddiaçı bilərəkdən bundan yayınmış və məhkəməyə təqdim etdiyi sənədlərdə borcun mövcud olduğu tarixə dair hər hansı bir sübut göstərməmişdir. Bununla yanaşı iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən tələb edilən borc 2008-ci ilə aid olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli Hesabdan (İnvoice) müəyyən olunur ki, cavabdehin İddiaçı MMC-yə 2168,24 manat borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı cavabdehlə bağlı borc hərəkətlərinə 2008-ci ildən son qoymuş və qəribədir ki, keçən bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə borclu olmağı barədə bər hansı bir rəsmi məlumat verilməmişdir. İddiaçı sözügedən borcu təxminən 14 ildən sonra tələb etmək niyyətinə düşmüşdür. Bu isə, özlüyündə əsassız bir tələbdir. Belə ki, Mülki Məcəllənin 373.2-d maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı ilə cavabdeh arasında mövcud olmuş müqavilə xx.xx.2007-ci il tarixli, 94349 saylı və xx.xx.2008-ci il tarixli, ******* saylıdır. Bundan başqa iddia ərizəsinə əlavə olunan sənədlərdən müəyyən olunur ki, tələb olunan borc məbləği 2008-ci ilə aiddir. Belə olan halda iddiaçı sözügedən borc məbləğini cavabdehdən 3 il ərzində tələb etməli olduğu halda, bunu vaxtında etməmiş və yalnız 14 ildən sonra bunu tələb etmişdir. Buna görə də hazırkı iddia tələbi iddia müddətinin keçməsi səbəbindən rədd olunmalıdır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 işin mahiyyəti üzrə həll olunmasını tələb etdi və məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqda” xx.xx.2007-ci il tarixli, 943349 saylı müqavilədən və müqaviləyə əlavələrdən, görünür ki, həmin müqavilə İddiaçı MMC ilə abunəçi (müqavilədə adı göstərilməyib) arasında bağlanmış və müqaviləyə əsasən, abunəçinin (müqavilələrdə əlavədə abunəçinin adı Cavabdeh Rustam oğlu kimi qeyd olunub) istifadəsinə 704000005, 704000007, 704000008, 704000009, ********* mobil nömrələri verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında aşağıdakılar göstərilmişdir: “ ... hazırkı arayışla İddiaçı (bundan sonra - “Operator”) təsdiq edir ki, “Operator” və Cavabdeh (bundan sonra - “Abunəçi”) arasında *** *** ** **, *** *** ** **, *** *** ** **, 070 *** ** ** və 070 *** **** kombinasiyalı mobil nömrələrə dair 94349 nömrəli xx.xx.2007-ci il tarixli Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqqında Müqavilə (bundan sonra -“Müqavilə”) bağlanmışdır. Müqavilə üzrə Operator tərəfindən Abunəçiyə göstərilmiş telekommunikasiya xidmətlərinin siyahısı və dəyəri hazırkı maliyyə arayışına əlavə edilmiş qoşmada müəyyən olunmuşdur. Abunəçinin cari tarixə Müqavilə üzrə Operatora ödənilməmiş borcu 2,115.51 manat təşkil edir”. İş materiallarında olan “94349 nömrəli, xx.xx.2007-ci il tarixli Mobil radiotelefon şəbəkəsindən xidmət göstərilməsi haqqında Müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh göstərilmiş telekommunikasiya xidmətlərinin siyahısı və dəyəri”ndən görünür ki, **********, **********, **********, ********** və ********** nömrərəl üzrə İddiaçı MMC tərəfindən Cavabdeh sonuncu dəfə xidmət 2007-2008-ci illərdə göstərilmişdir. Müqavilə üzrə son ödənişin hansı tarixdə edilməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı məlumat/sübut təqdim edilməsə də, münasibətlərin xarakterindən aydındır ki, xidmət göstərilmədiyi təqdirdə ödənişlərin edilməsi ağlabatan deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.3-cü maddəsinə müvafiq olaraq, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, ... mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə hesab edir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq edildiyi halda, iddiaçı tərəfindən nömrələr üzrə son dəfə xidmət göstərildiyi tarixdən təhminən 10 il sonra məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi iddia müddətinin ötürülməsinə dəlalət edir. Beləliklə, məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq, hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar