Məhkəmə qərarları › İş №e-2(001)-4951/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4951/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4951/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 Sərxan oğlu ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzilinə istifadə hüququnun tanınmasına dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh3 Cavabdeh İddiaçı qarşı xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 Sərxan oğlu ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzilindən çıxarılmasına, mənzildə olan yataq dəstinin, LG televizorunun cavabdehə təhvil verilməklə mənzilin boşaldılmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 Sərxan oğlu ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzilinə istifadə hüququnun tanınmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 Sərxan oğlu ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzilindən çıxarılmasına, mənzildə olan yataq dəstinin, LG televizorunun cavabdehə təhvil verilməklə mənzilin boşaldılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2014-ci il tarixdə 1 saylı Asan xidmət mərkəzində nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 Sərxan oğlu anadan olmuşdur. İddiaçı Cavabdeh1lə ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan tərəflər arasında ailə nikah münasibətləri pisləşmiş, Cavabdeh1 Nərimanov Rayon Məhkəməsinə müraciət edərək nikaha xitam verilməsini xahiş etmişdir. Həmin mülki iş hal-hazırda Məhkəmənin icraatındadır və tərəflərə barışmaq üçün vaxt verilmişdir. İddiaçı Cavabdeh1lə ailə qurduğu gündən Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzilinə gəlin köçmüş, həmin mənzildə yaşayaraq birgə təsərrüfat aparmış və hal-hazırda da həmin mənzildə uşağı Cavabdeh2 Sərxan oğlu ilə birlikdə yaşayır. Cavabdeh1 nikaha xitam verilməsi üçün məhkəməyə müraciət etdikdən sonra ilk iddia ərizəsi üzrə cavabdehlər İddiaçı mənzildən çıxması üçün hədələyirlər. Sonuncu dəfə İddiaçı və uşağının evdə yaşamasına maneçilik törədilməsi məqsədi ilə cavabdehlər mənzildə istifadə olunan internet və kabel tv xidmətini xx.xx.2020-ci il tarixdə dayandırmış, elektrik, qaz və su kimi komunal xidmətlərində dayandırılacağı ilə ilk iddiaçını hədələmişlər.Həmin mənzildə istifadə olunan işıq, qaz, internet və kabel tv üçün müqavilələr Cavabdeh3 adına, su üçün müqavilə Cavabdeh2 adına rəsmiləşdirilmişdir.Hal-hazırda İddiaçı və övladının başqa yerdə yaşayış üçün imkanları yoxdur.Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzili nikahdan əvvəl alınsa da nikah müddətində mənzilin sənədi olmadığı üçün İddiaçı və uşağı həmin mənzilə qeydiyyata düşəbilməmişlər. İddiaçı uzun müddət bu mənzildə yaşamaq niyyətində deyildir. İddiaçı birgə nikah dövründə Ağ şəhərdə mənzil alınması üçün ödənilmiş məbləğin ona aid olan hissəsinin ona ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin işə baxılıb yekunlaşana, əldə ediləcək vəsaitə mənzil alınanadək ilk iddiaçıya övladı ilə birlikdə yaşamaq üçün yaşayış sahəsi lazımdır. İddia ərizəsində o, tələbinin hüquqi əsasını göstərməmişdir. Hesab edir ki, hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri təbiq olunmalıdır. Mənzildə İddiaçı qarşılıqlı iddia ərizəsində qeyd olunan əşyaları ilə yanaşı mətbəxdə istifadə olunan elektrik cihazları da vardır. Ona görə də İddiaçı və yetkinlik yaşına çatmayan övladı Cavabdeh2 Sərxan oğlunun Bakı şəhəri Binəqədi rayonu 3073-cü məhəllə Heydər Əmioğlu küçəsi 055c saylı evin 0001 saylı, yeni qaydada isə Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 ev 2 m 1 mənzilinə istifadə hüququnun tanınmasına, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzili Cavabdeh3 xüsusi mülkiyyətindədir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2014-cü ildə Cavabdeh1 ilə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 Sərxan oğlu anadan olmuşdur. Nikaha daxil olduqdan sonra İddiaçı və E.Cavabdeh1 bir müddət kirayədə, 2016-cı və 2017-ci illər ərzində Cavabdeh3 məxsus Mərdəkan qəsəbəsində yerləşən bağ evində birgə yaşamış, 2018-ci ildən etibarən isə Cavabdeh3 oğlu və gəlininə müvəqqəti olaraq mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzilində yaşamalarına icazə vermişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 İddiaçı qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Mənzildə cavabdeh İddiaçı məxsus olan yataq dəsti və LG televizorundan başqa qalan əmlaklar Cavabdeh3 məxsusdur. Hazırda cavabdeh İddiaçı ilə birgə eyni mənzildə yaşamaq qeyri-mümkün olduğuna görə İddiaçı sözügedən mənzildən çıxarılması zərurəti yaranmışdır. İddiaçı mənzilin mülkiyyətçisinin ailə üzvü deyil, Cavabdeh3 İddiaçı və övladını saxlamaq vəzifəsi daşımır. Tərəflər arasında İddiaçı yaşayış sahəsi ilə təmin etmək barədə hər hansı bir razılaşma yoxdur. İddiaçı mülkiyyətçi kimi Cavabdeh3 ilə istifadə hüquqlarını müəyyənləşdirəcək yazılı razılaşma mövcud olmadığından İddiaçı həmin mənzildən istifadə hüquqları yaranmamışdır. İddiaçı həmin mənzildə qalması, qohum və tanışlarının mənzilə gəlib getmələri qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır, onun əmlakından sahiblik, istifadə etmək, barəsində sərancam vermək hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bu isə mülkiyyətçinin bu hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuz bir haldır. Ona görə də ilk iddia ərizəsinin rədd edilməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək İddiaçı himayəsində olan azyaşlı övladı Cavabdeh2 Sərxan oğlu, əşyaları yataq dəsti və LG televizoru ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, ilk iddia ərizəsi təmin edilməməli və qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını tələb edə bilər. İzmir LTD MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2010-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, alıcı Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu Heydər Əmioğlu küçəsi 3073-cü məhəllədə yerləşən İzmir LTD MMC-nin tikilməkdə olan binasında 4 otaqlı ümumi sahəsi 149 m2 olan 1 saylı mənzili 96850 manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 evin 1 saylı mənzili Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2663 saylı reyestr kitabının 248045 saylı vərəqində qeydiyyata alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ № 932924 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X1 xx.xx.2014-cü il il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 345 nömrəsi ilə qeyd edilmiş və nikaha daxil olduqdan sonra qadına Hacıyeva soyadı verilmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ № 888122 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 Sərxan oğlu xx.xx.2016-cı il tarixində Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 263 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh1, anası İddiaçıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X4 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ailə üzvü və ya mülkiyyətçinin onu saxlamaq vəzifəsi daşımalı olan digər qohumları kateqoriyasına daxil olmayan şəxsin, yəni ərinini anası olan Cavabdeh3 mülkiyyətində olan mənzilə köçmüş, mülkiyyətçi ilə mənzilə istifadə hüququnun yaranmasına əsas ola biləcək razılaşması mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etməsini müəyyən etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı və himayəsində olan övladının Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzilinə istifadə hüququ yaranmadığından ilk iddia ərizəsi əsassızdır ona görə də təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı sübutları tədqiq edib qeyd edir ki, Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzilinə hər hansı bir hüququ olmayan İddiaçı və övladının həmin mənzildə mülkiyyətçisinin iradəsinin əlehinə yaşamaqda davam etmələri, mənzildə əşyalarını saxlamaları mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan qarşılıqlı iddia ərizəsi tam həcmdə təmin edilməlidir. Belə ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 Sərxan oğlu ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzilinə istifadə hüquqlarının tanınmasına dair ilk iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 Sərxan oğlu ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzilindən çıxarılsın. Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 28 M2 saylı evin 1 saylı mənzilində olan İddiaçı məxsus yataq dəsti və LG televizoru İddiaçı təhvil verilməklə mənzil boşaldılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar