Məhkəmə qərarları › İş №e-2(001)-4964/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4964/2024

04.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4964/2024 04.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 22.145 (iyirmi iki min yüz qırx beş) manat məbləğdə pul vəsaitinin, ödənilmiş 157 manat məbləğdə dövlət rüsumunun, habelə vəkilə göstərilən hüquqi xidmətə görə ona ödənilən 320 manat məbləğində xidmət haqqının cavabdehdən iddiaçı X6 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 18.145 (on səkkiz min yüz qırx beş) manat məbləğdə pul vəsaitinin, ödənilmiş 157 manat məbləğdə dövlət rüsumunun, habelə vəkilə göstərilən hüquqi xidmətə görə ona ödənilən 320 manat məbləğində xidmət haqqının cavabdehdən iddiaçı X8 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, Cavabdeh tərəfindən nümayəndəsi olduğu X2 mülkiyyətində olan nəqliyyat vasitəsinə zərər vurulmuş, nəticədə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Belə ki, iddiaçı 24 fevral 2024-cü il tarixində saat 21:30 radələrində ailə üzvləri ilə birlikdə ona məxsus idarə etdiyi “Hyundai SantaFe” markalı, 90-0S-362 dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı çimərliyində yerləşən restoranların birindən çıxıb yaşadığı evə getmək üçün Binəqədi-Novxanı yolu ilə üzü Binəqədi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt ondan başqa avtomobildə 1999-cu il təvəllüdlü oğlu X7, arxa sərnişin oturacağında yoldaşı X9 və qızları Əsədzadə Nigar və Əsədzadə Nərgiz oturmuşlar. Təxminən “Bakı-Praqa” restoranının yanından keçən zaman arxadan hansısa avtomobilin idarə etdiyi avtomobilin arxa sol hissəsindən dəydiyini hiss etmişdir, bundan sonra avtomobili bir neçə dəfə dövriyyə edərək yolun sağ hissəsində olan bardyurlara və ağaclara dəyərək yolun ortasında dayanmışdır. Eləcə də qəzadan sonra “BMW” markalı ağ rəngli avtomobilin də həmin avtomobillə toqquşaraq yolun sağ hissəsində olan bardyura dəyərək dayandığını görmüşdür. Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqatçı polis mayoru X10 tərəfindən araşdırma aparılmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 mart 2024-cü il tarixli Qərar qəbul edilmişdir. Həmin Qərarda araşdırma zamanı 24 fevral 2024cü il tarixində, saat 21:30 radələrində Cavabdeh anası X11 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Toyota-Camry” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı-Binəqədi yolu ilə üzü Binəqədi istiqamətində hərəkətdə olarkən “Bakı-Praqa” restoranının yaxınlığında sükana olan idarəetməni itirməsi nəticəsində qarşısında eyni istiqamətdə hərəkət edən X2 idarə etdiyi “Hyundai SantaFe” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurmaqla ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsini törətməsinin müəyyən olunması qeyd edilmişdir. Cavabdeh “Yol hərəkəti haqqında” AR Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Müvafiq Qərardan da göründüyü kimi cavabdehin təqsiri (ehtiyyatsızlıq növündə) nəticəsində nümayəndəsi olduğum X2 avtomobilinin zədələnməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir ki, bu da iddiaçıya dəymiş zərərin əvəzinin sonuncu leyhinə cavabdehdən tutulmasını şərtləndirir. Əlavə olaraq bildirir ki, Servisdə “Hyundai SantaFe” markalı, ** OS *** DQN-li avtomobilə texniki baxış keçirilərək tərtib olunan “Qüsur Aktı”na əsasən, avtomobilə dəymiş zərərin məbləği 23070 (iyirmi üç min yetmiş) manat təşkil edir. Sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta təşkilatından 2874,88 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənildiyindən hazırda vurulmuş real zərər 20195,12 manat təşkil edir. Eyni zamanda qeyd edir ki, əmlakdan məhrum olmağı gündəlik nəqliyyatından istifadə etməyini mümkünsüz etdiyindən hər dəfə taksi xidmətindən istifadə etməli olurdu. Bir gün üçün taksi xidmətindən istifadə etmək onun üçün ortalama 20 manata başa gəlir. Fevral ayından bu günə kimi təqribən 3 ay müddət keçdiyini nəzərə alsaq bu mənada vurulan zərər 1800 manat təşkil edir. Əlavə olaraq maşınının cərimə meydançasında saxlanılması ilə bağlı 150 manat xərci çıxmışdır. İddia tələbinə dəqiqləşdirmə barədə ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən vurulmuş maddi zərərin bir hissəsi- 4000 (dörd min) manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Odur ki, iddia ərizəsinin tələb hissəsində qeyd olunan məbləğ 4000 (dörd min) manat həcmində azaldılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, Cavabdeh tərəfindən nümayəndəsi olduğu X2 mülkiyyətində olan nəqliyyat vasitəsinə zərər vurulmuş, nəticədə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Belə ki, iddiaçı 24 fevral 2024-cü il tarixində saat 21:30 radələrində ailə üzvləri ilə birlikdə ona məxsus idarə etdiyi “Hyundai SantaFe” markalı, 90-0S-362 dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı çimərliyində yerləşən restoranların birindən çıxıb yaşadığı evə getmək üçün Binəqədi-Novxanı yolu ilə üzü Binəqədi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt ondan başqa avtomobildə 1999-cu il təvəllüdlü oğlu X7, arxa sərnişin oturacağında yoldaşı X9 və qızları Əsədzadə Nigar və Əsədzadə Nərgiz oturmuşlar. Təxminən “Bakı-Praqa” restoranının yanından keçən zaman arxadan hansısa avtomobilin idarə etdiyi avtomobilin arxa sol hissəsindən dəydiyini hiss etmişdir, bundan sonra avtomobili bir neçə dəfə dövriyyə edərək yolun sağ hissəsində olan bardyurlara və ağaclara dəyərək yolun ortasında dayanmışdır. Eləcə də qəzadan sonra “BMW” markalı ağ rəngli avtomobilin də həmin avtomobillə toqquşaraq yolun sağ hissəsində olan bardyura dəyərək dayandığını görmüşdür. Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqatçı polis mayoru X10 tərəfindən araşdırma aparılmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 mart 2024-cü il tarixli Qərar qəbul edilmişdir. Həmin Qərarda araşdırma zamanı 24 fevral 2024cü il tarixində, saat 21:30 radələrində Cavabdeh anası X11 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Toyota-Camry” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı-Binəqədi yolu ilə üzü Binəqədi istiqamətində hərəkətdə olarkən “Bakı-Praqa” restoranının yaxınlığında sükana olan idarəetməni itirməsi nəticəsində qarşısında eyni istiqamətdə hərəkət edən X2 idarə etdiyi “Hyundai SantaFe” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurmaqla ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsini törətməsinin müəyyən olunması qeyd edilmiş və həmin məsələ ilə bağlı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 mart 2024-cü il tarixli qərar qəbul edilmişdir. O, həmçinin göstərdi ki, iddia ərizəsinə dayanacaq və evakuator xidmətindən istifadə üçün 153 manat məbləğində pulun ödəmnilməsi ilə bağlı qəbzlər təqdim edilmişdir. Lakin iddiaçının bu müddət ərzində taksi xidmətindən istifadəsi üçün ödədiyi 1800 manat məbləğində pula dair onlarda qəbzlər yoxdur. Bundan əlavə bildirdi ki, ümumilikdə dəmiş zərərlə bağlı sığorta təşkilatı tərəfindən iddiaçıya 2874,88 manat məbləğində ödəniş edilmiş, iş məhkəmədə olduğu zaman isə Cavabdeh tərəfindən iddiaçıya 4000 manat məbləğində pul ödənilmişdir. Göstərdiklərini nəzərə iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin 19 mart 2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərarından görünür ki, 24 fevral 2024-eü il tarixdə Azərbaycan Respublikası DİNnin 102 xidmətinin operatoru Əliyarzadə Abşeron rayonu, Binəqədi-Novxanı yolun “Praqa" restoranın yanında 3 avtomaşının toqquşması və 2 nələr şəxsin xəsarət alması barədə məlumat vermişdir. Eləcə də 24 fevral 2024-cü i! tarixdə X15 həkim Əliquliyeva tərəfindən Novxanı-Binəqədi yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1989-cu il təvəllüdlü Cavabdeh, 1999-cu il təvəllüdlü Əsəd-zadə Rüfət Cəbrayıl oğlunun, 1970-ci il təvəllüdlü X3 və 1975-ci il təvəllüdlü Əsəd-zadə İradə Filman qızının xəsarət almaları barədə məlumat daxil olmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 24 fevral 2024-cü il tarixdə, saat 21:30 radələrində Cavabdeh anası X11 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Camry" markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı-Binəqədi yolu ilə üzü Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Bakı-Praqa» restoranın yaxınlığında sükana olan idarəetməni itirməsi nəticəsində qarşısında eyni istiqamətdə hərəkət edən Əsəd-zada Cəbrayıl Tofiq oğlunun idarə etdiyi "Hyundai-Santafe" markalı 90-0S-362 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurandan sonra zərbənin təsirindən idarə etdiyi “Toyota-Camry” markalı avtomobil dövriyyə edərək əks istiqamətli hərəkət zolağına çıxıb həmin yolla üzü Abşeron rayonu Masazır qəsəbəsi istiqamətində hərəkət edən X3 etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «BMW 528» markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində özünün, “Hyundai-Santafe” markalı avtomobilin sərnişinləri Əsəd-zadə Rüfət Cəbrayıl oğlu, Əsədzadə İradə Filman qızı, «BMW 528» markalı avtomobilin sürücüsü X3 yüngül dərəcəli bədən xəsarətləri və «BMW 528» markalı avtomobildə olan sərnişin X4 dərəcəsi təyin edilməyən bədən xəsarətlərinin alması ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Sürücü Cavabdeh «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin (1.1-1.3 xətlərini kəsib keçmək qadağandır;) tələblərini pozmuşdur. Ona görə də, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nİn 263-1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Abşeron RPİ-nin DYPŞ-si vasitəsi ilə Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. X18 Departamenti tərəfindən verilmiş 25 mart 2024-cü il tarixli qüsur aktından görünür ki, servisdə X23 markalı **-OS-*** DQN-li avtomobilinə texniki baxış keçirərək, aşkar edilmiş nasazlıqların və onun aradan qaldırılması üçün dəyişiləcək ehtiyat hissələri və görüləcək işlərin aşağıdakılardan ibarət olduğunu müəyyən edilmişdir; s/s Malın adı Miqdar Qiymət Məbləğ 1 ön bufer 1 320.00 2 Buferin alt qarası 1 514.00 3 Buferin alt metalliki 1 130.00 4 Buferin alt kantı 1 60.00 5 Dumannı (sol) 1 410.00 6 Dimannının oçkisi 1 35.00 7 Nömrə yeri 1 30.00 8 Buferin qubkası 1 95.00 9 Sol su vuran krışka 1 20.00 10 Sağ su vuran krışka 1 20.00 11 Obliçovka 1 630.00 12 Sol su vuran motor 1 140.00 13 Sağ su vuran motor 1 140.00 14 Ekran 1 600.00 15 Ön usilitel 1 350.00 16 Usilitelin lentası 1 534.00 17 Radar 3 200 600.00 18 Radarın provadası 1 250.00 19 Sol zalaska zaklyopka 1 20.00 20 Sağ zalaska zaklyopka 1 20.00 21 Usilitelin alt plastması 1 92.00 22 Sol podkrılnik 1 63.00 23 Sağ podkrılnik 1 63.00 24 Sol salaska (ekrana bağlanan) 1 20.00 25 Sağ salaska (ekrana bağlanan) 1 20.00 26 Motorun zaşitniki 1 260.00 27 Radiatorun sol plastması 1 27.00 28 Radiatorun sağ plastması 1 27.00 29 Sol güzgü 1 dəst 700.00 30 Sol ön qapı ruçkası 1 100.00 31 Sol ön qapı ruçkanın açar yeri 1 15.00 32 Sol arxa qapı 1 1235.00 33 Sol arxa qapı kantı 1 170.00 34 Sol arxa qapı ruçkası 1 50.00 35 Sol arxa qapı ruçkanın açar yeri 1 15.00 36 Sol arxa krılo kantı 1 30.00 37 Sol arxa krılo 1 1200.00 38 Sol arxa krılo salaskası 1 25.00 39 Sol arxa hava çıxan plastmas 1 30.00 40 Arxa bufer 1 330.00 41 Arxa buferin alt qarası 1 400.00 42 Arxa buferin metal yeri 1 60.00 43 Arxa usilitel 1 200.00 44 Arxa baqaj 1 1000.00 45 Arxa baqaj mblemi 3 22 66.00 46 Arxa radar provadası 1 150.00 47 Arxa sol atrajatel 1 69.00 48 Arxa sol krılonun aşağı plastması 1 30.00 49 Baqaj sensoru (ekrana bağlanan) 1 70.00 50 Arxa sol podkrılnik 1 120.00 51 Arxa sol sapfa 1 400.00 52 Arxa sol baraban 1 250.00 53 Arxa sol sport 1 350.00 54 Arxa sol qranat 1 500.00 55 Arxa nakladka 1 dəst 98.00 56 Diski 2 870 1740.00 57 Benzin bakı 1 950.00 58 Ön sol amorizator 1 306.00 59 Arxa sol amorizator 1 200.00 60 Arxa sol qapı şüşəsi 1 120.00 61 Sol padnoşka spoleri 1 140.00 62 Karobka yağı 8 litr 28 224.00 63 Sol ön qranat 1 dəst 917.00 Sol 64 Ön sol sapfa 1 280.00 65 Podkrılnik knopkası 50 2 100.00 66 Spoler kmopkası 50 2 100.00 67 Arxa sol qapı qamışı 1 250.00 68 Arxa qazan 1 550.00 69 Təkət (kumho) 235/55R19 3 260 780 70 Arxa stupiça 1 195.00 71 Zapaska trosu 1 215.00 72 Kley-praymer-dərman 3 20 60.00 Cəmi: 20280.00 Görüləcək işlər 1 Armatur işi 400.00 2 Dəmirçi 800.00 3 Rəngsaz 1000.00 4 Çilingər 300.00 5 Elektrik 100.00 6 Kompyuter 30.00 7 Razval 30.00 8 Təkərlərin montaj və balansı 50.00 9 Padpres dəyişilməsi 80.00 Cəmi: 2790.00 Yekun: 23070.00 Qeyd: 23070.00 (iyirmi üç min yetmiş) manat. Qeyd: Akt avtomobil sökülməmiş halda tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Siqnal” “İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin” xx.xx.2024-cü il tarixli, 062751 nömrəli qəbzindən görünür ki, **-OS-*** dövlət qeydiyyat nişanlı, Hyundai Santa-Fe markalı avtomobil üçün dayanacaq haqqı olaraq 123 manat məbləğində pul ödənilmişdir. "xxxx" MMC-nə məxsus xx.xx.2024-cü il tarixli, 355846 nömrəli mədaxil qəbzindən görünür ki, **-OS-*** dövlət qeydiyyat nişanlı, Hyundai Santa-Fe markalı avtomobil üçün evakuator xidmətindən istifadəyə görə 30 manat məbləğində pul ödənilmişdir. E-manat ödəniş terminalına məxsus 90130 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “Medleks” Vəkil Börosunun "xxxx" ASC-nə məxsus hesabına 320 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin vurulmuş zərərin 20.195 (iyirmi iki min yüz doxsan beş) manat hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarnda qeyd olunmuşdur ki, “......Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Yuxarıda da qeyd olunduğu kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.”. İşin müəyyən edilən hallarından belə görünür ki, 24 fevral 2024-cü il tarixində, saat 21:30 radələrində Cavabdeh anası X11 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Toyota-Camry” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı-Binəqədi yolu ilə üzü Binəqədi istiqamətində hərəkətdə olarkən “Bakı-Praqa” restoranının yaxınlığında sükana olan idarəetməni itirməsi nəticəsində qarşısında eyni istiqamətdə hərəkət edən X2 idarə etdiyi “Hyundai Santa-Fe” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurmaqla ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsini törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, X18 Departamenti tərəfindən verilmiş 25 mart 2024cü il tarixli qüsur aktına əsasən qəza nəticəsində iddiaçı X5 məxsus “Hyundai Santa-Fe” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 23070.00 mnat məbləğində ziyan dəymişdir. Sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta təşkilatından sığorta ödənişi kimi 2874,88 manat məbləğində pul ödənilmiş və vurulmuş real zərər 20195,12 manat təşkil edir. İddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 4000 (dörd min) manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Bununla da, qüsur aktına əsasən Cavabdeh tərəfindən İddiaçı ödənilməli olan məbləğ 16345 (on altı min üç yüz qırx beş) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə X18 Departamenti tərəfindən verilmiş 25 mart 2024-cü il tarixli qüsur aktını və məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutları tədqiq edərək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh iddiaçı X12 xeyrinə qüsur aktı ilə müəyyən edilmiş 16345 (on altı min üç yüz qırx beş) manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda qeyd olunanlardan görünüdüyü kimi cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, dəymiş maddi zərərin məbləği müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yəni iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə həmçinin iddia tələbinin əmlakından məhrum olaraq taksi xidmətindən istifadə etdiyi üçün 3 ay ərzində hər gün 20 (iyirmi) manat hesablanmaqla, ümumilikdə 1800 manat (min səkkiz yüz) manat məbləğində zərərin ödənilməsi ilə bağlı hissəsinə də münasibət bildirərək belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində zərərin əvəzi olaraq 1800 manat məbləğində pul tələb etsə də, nə iddia ərizəsinə, nə də məhkəmə iclaslarında bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları tutarlı sübut növləri ilə sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin iddia tələbinin “Hyundai Santa-Fe” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasında saxlanılmasına görə 150 manat məbləğində pulun tutulması ilə bağlı hissədə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Siqnal” “İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin” xx.xx.2024-cü il tarixli, 062751 nömrəli qəbzinə əsasən **-OS-*** dövlət qeydiyyat nişanlı, Hyundai Santa-Fe markalı avtomobil üçün dayanacaq haqqı olaraq 123 manat məbləğində evakuator xidmətindən istifadəyə görə isə 30 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi iş üzrə iddia tələbində tələb edilən 150 manat məbləğində dayanacaq xidməti (evakuator xidməti) üçün ödənilmiş pulun iddiaçı tərəfindən ödənlməsi sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi əsaslı olduğundan təmin olunaraq Cavabdeh 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş E-manat ödəniş terminalına məxsus 90130 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət göstərilməsi üçün “Medleks” Vəkil Börosunun "xxxx" ASC-nə məxsus hesabına 320 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 157 manat məbləğində pulun 139 manat məbləğində olan hissəsi və vəkilə hüquqi xidmətlər göstərilməsi üçün ödənilmiş 320 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq (18145-1800=16345) 16345 (on altı min üç yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq (18145-1800=16345) 16345 (on altı min üç yüz qırx beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 157 (bir yüz əlli yeddi) manat məbləğində pulun 139 (bir yüz otuz doqquz) manat məbləğində olan hissəsi və vəkilə hüquqi xidmətlər göstərilməsi üçün ödənilmiş 320 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar