Məhkəmə qərarları › İş №e-2(001)-4965/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4965/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4965/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Zeynalov Azad Ağamusa oğlunun kredit borcu restrukturizasiya olunmuş və Bank ilə A.A.Zeynalov arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 135609-CNS-11596/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən A.A.Zeynalova illik1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 5967.60 (beş min doqquz yüz altmış yeddi manat altmış qəpik) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs A.A.Zeynalov öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2024-cü il tarixinə 27 avqust 2019-cu il tarixli, 135609-CNS-11596/1 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 2456.06 (iki min dörd yüz əlli altı manat altı qəpik) manat məbləğində əsas, 17.83 (on yeddi manat səksən üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2473.89 (iki min dörd yüz yetmiş üç manat səksən doqquz qəpik) manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. 03 iyul 2020-ci il tarixli, AZ-İİ seriyalı, 086921 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən borclu Zeynalov Azad Ağamusa oğlu boyun fəqərələrinin çoxsaylı sınıqları səbəbindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş və 28 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 739.1 və 1306.1-ci maddələri ilə əsaslandıraraq, İddiaçı ASC ilə Zeynalov Azad Ağamusa oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 135609-CNS-11596/1 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 2456.06 manat məbləğində əsas, 17.83 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2473.89 manat pul vəsaitinin (borcun) və məhkəmə müraciət etmək üçün ödənilmiş 44.74 manat dövlət rüsumunun cavabdehlər (qanun üzrə vərəsələr) Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Zeynalov Azad Ağamusa oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 135609-CNS-11596/1 saylı “Nağd pul kredit müqaviləsi”ndən görünür ki cavabdehə 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 5967.60 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş arayışa əsasən məlum olur ki, Zeynalov Azad Ağamusa oğlunun xx.xx.2019-cu il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə 2456.06 manat əsas, 17.83 manat məbləğində faiz borcu olmaqla, cəmi 2473.89 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış xəbərdarlığa əsasən məlum olur ki, cavabdehlərə 3 iş günü ərzində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 089921 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zeynalov Azad Ağamusa oğlu 24 iyun 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş – Zeynalov Azad Ağamusa oğlunun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dur və onlar, miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən 25 fevral 2000-ci il tarixdə Zeynalov Azad Ağamusa oğluna verilmiş 30/3744 qeydə alma nömrəsi ilə 798 nömrəli kitabın 119781-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən və yaşayış sahəsi 28 kv.m olan 2 otaqlı mənzildən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (Maddə 507) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (Maddə 1306.1.) Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Zeynalov Azad Ağamusa oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı qəbul etmiş vərəsələri olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 onun kreditoru qarşısında öhdəliyi icra etməli olduqları üçün iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli 135609-CNS- 11596/1 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən 2456.06 manat məbləğində əsas borc, 17.83 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2473.89 manat məbləğində pul vəsaiti (borc) tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019cu il tarixli 135609-CNS-11596/1 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən 2456.06 manat məbləğində əsas borc, 17.83 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2473.89 (iki min dörd yüz yetmiş üç manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti və 44.74 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar