Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4968/2025 06.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyandan qalıq olaraq qalan 4210,40 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 yol vərəqəsi əsasında idarə etdiyi mülkiyyət hüququ Cavabdeh1 MMC-yə məxsus “İsuzu NPR yük” markalı, **- JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Babək prospektində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 2 ədəd işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 9210,40 manat məbləğində maddi ziyan vurmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı, Bakı şəhər Nizami RPİ-nin Təhqiqat Şöbəsində xx.xx.2024-cü il tarixli, “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul etmişdir. Həmin qərara eyni zamanda Nizami DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs “İsuzu NPR yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 tanınmışdır. Qeyd edilir ki, Cavabdeh2 tərəfindən idarə edilən “İsuzu NPR yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 bank hesabına mütənasib qaydada 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 9210,40 manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 4210,40 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutularaq "xxxx" X6 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir Tərəflərin izahatları və iddiaya münasibətləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, özləri DYPİ-yə müraciət edib və hadisə zamanı toplanmış materialların surətinin onları təqdim edilməsini xahiş etmişlər. DYPİ öz növbəsində izahat, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surəti, İnzibati xəta haqqında qərarın və protokolun surəti və digər sənədləri onlara təqdim edib. İşıq dirəyinin bərpasın sərf olunan xərclərin smetasında özül hissənin bərpasına dair xərc ona görə qeyd olunub ki, yük maşını zərbə ilə 2 işıq dirəyinə vurub və bunun nəticəsində, işıq dirəkləri yolun əks tərəfinə aşıb. Bu zaman işıq dirəklərinin özül hissəsi də dağılıb. 1 özül hissəni bərpasına sərf olunan xərc 372 manatdır. 5348 manat isə işıq dirəyinin təzə vəziyyətdə qiymətidir. Vergilər Məcəlləsinin 114-cü maddəsinin 10-cu bəndi tətbiq edilməklə bu qiymətlər hesablanıb. Elektron çıxarışa əsasən, "xxxx" ASC 5000 manat məbləğində sığorta ödənişi etmişdir. Yük maşını Cavabdeh1 MMC-yə məxsusdur. Digər cavabdeh idarəyə gələrək bildirib ki, həmin şirkətdə işləyir. İddiaçının vurulmuş zərəri müştərək qaydada tələb etməsinin səbəbi odur ki, hadisə iş zamanı olub. Yük maşını şəxsi məqsədlər üçün istifadə edilməyib, hadisə mal satışı ilə məşğul olan zaman baş verib. Buna görə də, işəgötürən işçinin vurduğu zərəri ödəməlidir. Bu zaman şirkət də sürücü ilə yanaşı vurulmuş ziyana görə öhdəlik daşıyır.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, işiq dirəkləri dövlət əmlakıdır. Həmin işiq dirəyinin ilkin qiyməti 19.5% amortizasiya tətbiq olunmaqla 5348 manatdır. Sürücü özünün izahatında bildirmişdir ki, 2 ədəd işıq dirəyini yolun kənarında aşırmışdır. Əgər cavabdeh istəsə, pulunu ödəyib, dirəkləri təhvil ala bilər. Ancaq bu zaman amortizasiya pulu çıxılmayacaq.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi iddianı qəbul etdiyini bildirmişdir.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə “İsuzu” markalı avtomobil aşmış, 1 nəfər sərnişin xəsarət almışdır. Xəsarət alan X2 heç kimdən şikayət və tələbi yoxdur. “İsuzu” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 öz hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətmişdir. Qərara əsasən, HK1-456 saylı araşdırma materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməlidir. “İsuzu” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilməlidir.
8. 30.09.2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-ci il tarixində “İsuzu NPR yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Xəta nəticəsində "xxxx" EŞM işıq dirəyinə zərər yetirilmişdir.
9. 30.09.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Babək prospektində idarə etdiyi “İsuzu NPR yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməlidir.
10. AR DİN portalından olan çıxarışdan görünür ki, “İsuzu” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-nin mülkiyyətindədir.
11. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı "xxxx" X5 tərəfindən "xxxx" Şirkətinə ünvanlanna xx.xx.2024-cü il tarixli, 3-52-5/2-551/2024 saylı məktubda göstərili: xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Babək prospektində "xxxx" EŞM-nə məxsus 2 ədəd "4T13 1-57.2" tipli 2 çıraqlı işıq dirəyini naməlum sürücü idarə etdiyi "İsuzu NPR yük" markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vuraraq sıradan çıxarmış, nəticədə müəssisəmizə 9210,4 manat dəyərində maddi ziyan dəymişdir. Bildirilir ki, "İsuzu NPR yük" markalı **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə cəmiyyətinizdə sığortalanmışdır. Qeyd edilənləri nəzərə alaraq, müəssisəyə dəymiş maddi ziyana görə sığorta ödənişini aşağıda qeyd olunan bank hesabına köçürülməsi xahiş edilmişdir.
12. "xxxx" ASC tərəfindən təqdim edən 7 may 2025-ci il tarixli ödəniş qəbzindən (kredit haqqında bildiriş) görünür ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri İşığı EŞM balansına 5000 manat ödəniş edilmişdir.
13. "xxxx" EŞM-nin baş mühəndisi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli 32 saylı aktdan görünür ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Babək prospektində 2 ədəd “Fənər 4.T.13.1-57 2c” 2011-ci ildə istismara buraxılan bir ədədinin qiyməti 5348,05 manat, məbləği 10696,10 manat olan, 19,5 % köhnəlmə dərəcəsi tətbiq edildikdən sonra qiyməti 8610,40 manat olaraq müəyyən edilən işıq dirəklərinə zərər vurulmuşdur. Həmin işıq dirəkləri yararsız hesab edilmişdir.
14. "xxxx" EŞM tərəfindən tərtib edilən smetadan görünür ki, “İsuzu NPR yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə vurulmuş işıq dirəyinin bərpasna 9210,4 manat xərc tələb olunur.
15. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən olunur ki, Cavabdeh2 "X8 LTD" X1 yük avtomobili sürücüsü kimi işləyir və aylıq əmək haqqı 738,29 manatdır. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
16. Cavabdeh2 əmək müqaviləsi üzrə sürücü kimi işlədiyi Cavabdeh1 MMC-də MMC-yə məxsus olan və idarə etdiyi “İsuzu NPR yük” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində "xxxx" EŞM-nə məxsus olan 2 ədəd işıq dirəyinə çırpılmışdır.
17. "xxxx" EŞM tərəfindən “Fənər 4.T.13.1-57 2c” 2 çıraqlı 2011-ci ildə istismara buraxılan 2 ədəd işıq dirəyinin bir ədədinin qiyməti 5348,05 manat, məbləği 10696,10 manat olsa da, "xxxx" EŞM tərəfindən 19.5 % dərəcəsində köhnəlmə faizi tətbiq edilərək, işıq dirəyinin dəyəri və ona vurulmuş ziyan məbləği 8610,40 manat, özül hissələrinin bərpasına hissə 600.04 manat məbləğində müəyyən edilmişdir. Hadisə nəticəsində işıq dirəyinin yarasız halda olması barədə "xxxx" EŞM-nin baş mühəndisi tərəfindən xx.xx.2024-cü il tarixli 32 saylı akt tərtib edilmişdir.
18. "xxxx" ASC tərəfindən "İsuzu NPR yük" markalı **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalandığı üçün "xxxx" EŞM-nə 5000 manat sığorta ödənişi edilmişdir.
19. Hazırda iddiaçı dəyən maddi ziyandan qalıq qalmış 4210,40 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. İddiasını onunla əsaslandırır ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin işçisidir və hadisə zamanı avtomobili qanuni əsaslarla idarə etmişdir.
20. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 və digər Cavabdeh1 MMC-nin nümayəndəsi iddia tələbini qəbul etmişlər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqe
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; - 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; - 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
22. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
23. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
24. İşin müəyyən edilmiş hallarından göründüyü zərərin mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus olan yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə edən Cavabdeh2 tərəfindən vurulması işin mübahisəsiz halıdır. İsuzu NPR yük" markalı **-JV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsin nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalandığından "xxxx" ASC tərəfindən dəyən zərərə münasibətə "xxxx" EŞM-nə 5000 manat məbləğində sığorta ödənişi edilmişdir.
25. Odur ki, məhkəmə iddiaçının cavabdehdən vurulmuş maddi ziyana görə qalıq qalmış (9210,40-5000) 4210,40 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməsini əsaslı hesab edir. Tətbiq edilən prosessual normalar:
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
27. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
31. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMCdən müştərək qaydada 4210,40 manat məbləğində pul vəsaiti tutularaq Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 ödənilməlidir.
32. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada 4210,40 (dörd min iki yüz on manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev