Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4972/2022 29.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı QSC cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin (ərizələrin) ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4.225,49 manat əsas, 368,32 manat faiz, 821,25 manat cərimə, cəmi 5.415,06 manat borcun, Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2.213,33 manat əsas, 289,73 manat faiz, 526,48 manat cərimə, cəmi 3.029,54 manat borcun və ödənilmiş 104,45 manat dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanı, cavabdeh X4 isə Şəmkir rayonu, İpəkyolu qəsəbəsi ünvanı üzrə rəsmi qeydə alınmışdır. Bununla belə, hazırki iddianın ərazi aidiyyəti baxımından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu da öz növbəsində iddianın geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, Cavabdeh1 və Cavabdeh3 Qaradağ rayonu, cavabdeh X2 isə Şəmkir rayonu üzrə rəsmi qeydə alındığını nəzərə alıb, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti qaydalarına riayət etməklə ümumi qaydada ikici dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İddia ərizəsi geri qaytarıldıqdan ödənilmiş dövlət rüsumunun da bu ödənişi həyata keçirən iddiaçı ödənilmiş dövlət rüsumunun da bu ödənişi həyata keçirən İddiaçı QSC-yə büdcədən geri qaytarılması təmin edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114-cü, 149-152-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğvi və kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı AccessBank” QSC-yə ərazi aidiyyəti qaydalarına riayət etməklə ümumi qaydada ikici dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 104,45 (bir yüz dörd manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumu, bu ödənişi həyata keçirən İddiaçı QSC-yə büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-4972/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4972/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver