Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4972/2024 16.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) X1 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyana görə ödənilməmiş 5908,65 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində vəsait və 20 manat ödənilmiş dövlət rusumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2018-ci il tarixdə “Administrator” vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli, 101x saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin - OBA Yeni Yasamal 4 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 8828 manat 10 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlarda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 5908,65 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də heç bir ödəniş həyata keçirilməmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı tərəfindən ona qarşı zərərlə bağlı iddia qaldırılsa da həmin zərər onun tərəfindən vurulmamışdır. Onun ərizə yazıb işdən çıxmağının səbəbi bu olmuşdur. O, dəfələrlə kənar şəxslər tərəfindən malların mağazanın arxa qapısından çıxarıldığının şahidi olmuşdur. Bundan başqa sayılmayan məhsullar da olmuşdur, hansıki həmin məhsullar ona çatışmazlıq kimi yazılmışdır. Bu barədə marketin rəhbərliyinə müraciət etmişdir. Böyük mağazada 2 işçi işləyir və onlardan biri kassada, digəri ortalıqda işləyir. Onlar kor nöqtələri görə bilmirlər. Gələn mallardan bəziləri satılırdı, bəziləri isə köhnəlirdi, qırılırdı və nəticədə atılırdı. Bununla bağlı polis tərəfindən araşdırma aparılıb və oğurluq edən şəxslərin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
b) Mülki işin materialları:
5. Əmək müqaviləsindən və əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən “X3” MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir.
6. xx.xx.2018-cı il tarixli X2 haqqında müqavilədən görünür ki, Cavabdeh bu müqavilə ilə ona müdiriyyət tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi öhdəliyini üzərinə götürmüşdür.
7. xx.xx.2023-cü il tarixdə öz ərizəsi əsasında işdən çıxarılma barədə 101x əmrdən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir.
8. 28.12.2023-cü il tarixli maliyyə arayışından və aktlardan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq xx.xx.2023-cü il tarixində 8828,10 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəşlər tətbiq edilməklə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 5908,65 manat borcu qalmışdır.
9. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş, əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.
10. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Cavabdeh işlədiyi marketdən oğurluq edilməsi faktı ilə bağlı toplanmış materiala əsasən xx.xx.2020-ci il tarixdə saat 06:48-də Yasamal rayonu, Şərifzadə küçəsi 144 ünvanında yerləşən və Cavabdeh müdir vəzifəsində işlədiyi “Oba” marketin qiriş qapısı naməlum şəxs(lər) tərəfindən sındırılaraq kassanın arxasında yerləşən siqaretlərin yerləşdiyi rəfdən 1000 manat dəyərində müxtəlif növ siqaretlər və spirtli içkilər qanunsuz daxil olmaqla oğurlanmış və fakt üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə ********* №-li cinayət işi başlanılması, icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır.
11. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş 91-200090410 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 06:48-də Yasamal rayonu, Şərifzadə küçəsi 144 ünvanında yerləşən və Cavabdeh müdir vəzifəsində işlədiyi “Oba” marketin qiriş qapısı naməlum şəxs(lər) tərəfindən sındırılaraq kassanın arxasında yerləşən siqarətlərin yerləşdiyi rəfdən 960 manat dəyərində müxtəlif çeşidli siqaret məhsulları, 480 manat dəyərində spirtli içki məhsulları, 60 manat dəyərində “Gillet” markalı üzqırxan, 20 manat dəyərində şokoladlar və 10 manat dəyərində saqqızlar qanunsuz daxil olmaqla, oqurlanmaqla umümilikdə İddiaçı MMC-yə 1530 manat maddi ziyan dəymişdir.
12. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli inzibati icraatın başlanması və araşdırılması barədə qərarına əsasən Şərifzadə 144 ünvanında yerləşən “OBA Marketdən” 300 manat dəyərində qeyri-yeyinti məhsullarının oğurlanması faktı ilə bağlı AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraatın açılması qərara alınmışdır.
13. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış təhqiqat materiallarından məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Qəbələ Rezidens yaşayış massivində yerləşən “Oba” marketdə baş verən oğurluq hadisəsi nəticəsində ümumilikdə 420 manat dəyərində maddi ziyan dəymiş, Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh işlədiyi “Oba” marketdən oğurluq edən şəxsin yerinin və şəxsiyyətinin müəyyən edildikdən sonra barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi üzrə inzibati tədbir görülməsi qərara alınmışdır.
14. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh müraciəti əsasında araşdırma aparılmış, toplanmış təhqiqat materiallarından məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən “Oba” marketdən təhqiqata şəxsiyyəti məlum olmayan naməlum şəxslər tərəfindən yeyinti məhsulların oğurlanması nəticəsində müxtəlif vaxtlarda hissə-hissə 70-80 manat olmaqla, ümumilikdə 487 manat dəyərində maddi ziyan dəymiş, Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanmasının rədd edilməsi və ünvan 1 ünvanında yerləşən “Oba” marketdən yeyinti məhsullarını oğurlamış naməlum şəxs və şəxslər gələcəkdə müəyyən edildikdə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra edilməsi üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır.
15. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, naməlum şəxslər xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən “Oba” marketdən müştəri qismində daxil olaraq ümumi dəyəri 70 manat olan, həmçinin eyni qayda ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində ümumi dəyəri 417 manat olan qida və gigiyenik məhsullar oğurlamış, Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanmasının rədd edilməsi və mağazadan oğurluq edərək inzibati xəta hesab edilən xırda talama törətmiş naməlum şəxslərin müəyyən olunaraq hər birinin ayrı-ayrılıqda Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra edilməsi üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır.
16. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, naməlum şəxs xx.xx.2023-cü il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsi 144 ünvanında yerləşən “Oba” marketə müştəri qismində daxil olaraq ümumilikdə 95 manat dəyərində yağ məhsullarını, xx.xx.2023-cü il tarixdə həmin naməlum şəxs 30 manat dəyərində yağ məhsulunu vitrindən götürüb gödəkçəsinin altında gizlədərək mağazadan çıxarmaqla gizli yolla talayaraq oğurlamış; digər naməlum şəxs xx.xx.2023-cü il tarixdə ümumilikdə 233 manat dəyərində “Alpengold” markalı şokoladları vitrindən götürüb gödəkçəsinin altında gizlədərək mağazadan çıxarmaqla gizli yolla talayaraq oğurlamış; digər naməlum şəxs xx.xx.2023-cü il tarixdə 30 manat dəyərində yağ məhsulunu vitrindən götürüb gödəkçəsinin altında gizlədərək mağazadan çıxarmaqla gizli yolla talayaraq oğurlamış; digər naməlum şəxs xx.xx.2023-cü il tarixdə ümumilikdə 60 manat dəyərində yağ məhsullarını vitrindən götürüb gödəkçəsinin altında gizlədərək mağazadan çıxarmaqla gizli yolla talayaraq oğurlamış; digər naməlum şəxs xx.xx.2023-cü il tarixdə ümumilikdə 60 manat dəyərində yağ məhsullarını vitrindən götürüb gödəkçəsinin altında gizlədərək mağazadan çıxarmaqla gizli yolla talayaraq oğurlamışdır. Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanmasının rədd edilməsi və mağazadan oğurluq edərək inzibati xəta hesab edilən xırda talama törətmiş müxtəlif şəxslərin müəyyən olunaraq hər birinin Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra edilməsi üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır.
c) Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
17. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
19. 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
20. 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
21. 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
22. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
23. Əmək Məcəlləsinin 200-cu maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X2 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Əmək Məcəlləsinin 200-cu maddəsinin birinci və ikinci hissələrində göstərilən X2 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. X2 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
24. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
25. Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndinə əsasən isə əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin:
26. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
ç) Məhkəmənin mövqeyi:
30. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir.
31. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda.
32. Göründüyü kimi, tərəflər arasında X2 haqqında müqavilə imzalanmış və inventarizasiya nəticələrinə görə Cavabdeh tərəfindən işlədiyi müddətdə İddiaçınə cəmi 8828 manat məbləğində ziyan dəymiş, həmin ziyanın müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmiş və hal-hazırda iddiaçı cavabdehdən 5908,65 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş edir.
33. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o, mağazada administrator vəzifəsində işlədiyi zaman müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən oğurluq hadisəli baş vermiş və o, bununla bağlı dəfələrlə rəhbərliyə və polis şöbəsinə müraciət etmişdir.
34. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında arayışından və qərarlarından görünür ki, marketdən oğurluq edilməsi faktı ilə bağlı Cavabdeh müraciəti əsasında araşdırma aparılmış, toplanmış təhqiqat materiallarından məlum olmuşdur ki, onun işlədiyi dövrdə naməlum şəxslər tərəfindən qida və gigiyenik məhsulların oğurlanması nəticəsində müxtəlif vaxtlarda İddiaçı ümumilikdə 3315 (1530+300+420+487+70+233+95+30+30+60+60) manat dəyərində maddi ziyan dəymişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğlər cavabdehdən tutulmamalıdır.
35. Məhkəmə iclası zamanı Cavabdeh tərəfindən təqdim edilmiş “CD” diskə baxış keçirilmiş və oğurluq faktının olması müəyyən edilmişdir.
36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
37. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
38. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddianın təmin edilən hissəsinə müvafiq olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir.
39. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdeh iddia ərizəsində qeyd olunan 5908,65 manat məbləğində dəymiş maddi ziyanın 3315 manat məbləğinin onun tərəfindən törədilmədiyini məhkəməyə təqdim etdiyi iş materialları ilə sübut etdiyindən iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyana görə ödənilməmiş 2593,65 manat pul vəsaiti, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 45,94 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
40. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2593,65 (iki min beş yüz doxsan üç manat altmış beş qəpik) manat məbləğində pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 45,94 manat məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova