Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-499/2023 12.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi olan cavabdehdən iddiaçının xeyrinə 1540,39 manat əsas, 21.05 manat faiz borcu olmaqla, cəmi 1561,44 manat məbləğində kredit borcunun və ödənilmiş 35.61 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış nağd pul kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə, illik 1 faiz olmaqla, 1868,74 manat məbləğində kredit verilmişdir. N.Bağırov xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Notariat Ofisi tərəfindən verilmiş məktuba əsasən, N.Bağırov rəhmətə getdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, X2 vərəsəsi – Cavabdehdır. N.Bağırov adından sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilmişdır. Qeyd edilənlərə əsasən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcun vərəsəliklə ona keçdiyini, lakin halhazırda borcun ödənilməsi üçün maddi imkanının olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "Bank VTB (Azərbaycan)" ASC ilə borclu X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli nağd pul krediti müqaviləsinin restrukturizasiya olunmasına dair müqavilədən (xx.xx.2015-ci il tarixli 139558-1-15757/22 saylı müqaviləyə 1 nömrəli əlavə), ödəniş cədvəlinə və maliyyə arayışına əsasən, N.Bağırova 60 ay müddətinə illik 1 faiz dərəcəsi olmaqla, 1868,74 manat məbləğində kredit verilmiş, sonuncu götürdüyü krediti xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 129.80 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüş və xx.xx.2022-ci il tarixənə banka 1540,39 manat əsas, 21.05 manat faiz borcu olmaqla, cəmi 1561,44 manat borcu qalmışdır. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1645 nömrə ilə qeyd edilmişdir. - qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı – Cavabdehdır. Şəhadətnamə üzrə verilən miras əmlakı isə ünvan 1 ünvanında yerləşən mənzildən, "xxxx" törəmə ASC-nin 01/100 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən 1506 manat və DSMF-dən ödəmilməli olan 310.42 manat məbləğində müavinətdən ibarət olmuşdur. İddiaçı "Bank VTB (Azərbaycan)" ASC ilə cavabdeh X5 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1306.1. maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə N.Bağırov arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, N.Bağırov xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından iddia üzrə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh qanun üzrə kreditorun birinci növbə vərəsəsidir. Kreditor N.Bağırov öldükdən sonra ünvan 1 ünvanında yerləşən mənzildən, "xxxx" törəmə ASC-nin 01/100 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən 1506 manat və DSMFdən ödənilməli olan 310.42 manat məbləğində müavinət Cavabdeh miras qalmışdır. İddiaçı ilə N.Bağırov arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə əsas borcun tutulması tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 462.1 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi Cavabdeh münasibətdə qismən əsaslı olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, X2 vərəsəsi Cavabdeh 1518,74(1868,74- 350=1518,74) manat əsas borc tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin əsas borca hesablanan faiz məbləğinin tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, N.Bağırov xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən, kredit öhdəliyi üzürlü səbəbdən icra edilməmişdir. Odur ki, əsas borca hesablanmış faiz məbləği əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1518,74 (bir min beş yüz on səkkiz manat yetmiş dörd qəpik) manat əsas borc və 35,61 (otuz beş manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-499/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-499/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver