Məhkəmə qərarları › İş №e-2(001)-5032/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5032/2022

02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5032/2022 02.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24 iyul 2020-ci il tarixli, BPM**********27 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən əsas borc üzrə 2.161,09 manat, faiz borcu üzrə 638,46 manat olmaqla, cəmi 2.799,55 manat kredit borcunun, həmçinin iddia ərizəsi üzrə ödənilmiş 48 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 24 iyul 2020-ci il tarixli, BPM**********27 nömrəli tam kart çərçivə müaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 22 faiz dərəcəsilə 2.300 manat məbləğində kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış tam kart çərçivə müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adıçəkilən 24 iyul 2020-ci il tarixli, BPM**********27 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 29 iyul 2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 2.161,09 manat, faiz borcu 638,46 manat olmaqla, cəmi 2.799,55 manat borcu mövcuddur. Eyni zamanda tərəfərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 48 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 13 may 2022-ci il tarixində 22-7259/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qeydə alındığı ünvanına bildiriş göndərilsə də, zərf “bu ünvanda yaşamır” qeydi ilə poçt xidməti tərəfindən məhkəməyə qaytarılmış, bununla da bildirişin cavabdehə çatdırılması qeyri-mümkün olmuşdiur. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2020-ci il tarixli, BPM**********27 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, bank müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı) buraxmağı, müştərinin adına bank hesablarını açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15.000 manat məbləğindək, kreditdən istifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətərlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1.1.2-ci bəndinə əsasən borcalan tərəfindən kredit xəttinin açılması sifariş verildikdə və bank borcalana kredit xətinin açılmasına dair müsbət qərar qəbul etdikdə bu barədə borcalanın bank kartına kredit limitinin təyin olunması üçün razılaşmasında təsdiq qeydləri aparır və bank tərəfindən təsdiq edilmiş bank kartına kredit limitinin təyin olunması üçün razılaşmasının bir nüsxəsi borcalana təqdim olunur. Bank tərəfindən təsdiq edilmiş bank kartına kredit limitinin təyin olunması üçün razılaşmasında kreditin məbləği, illik faiz dərəcəsi və digər zəruri məlumatları göstərilir və bu sənəd kredit xəttinin açılmasını təsdiq edən sənəd kimi çıxış edir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən borc alana nağd kredit bank 4.1.1.1-ci yarımbənddə qeyd olunan borcalanın 4.1.2.4-cü yarımbənddə qeyd olunan təsdiq SMS-ni qəbul etdikdən sonra 3(üç) iş günü ərzində kredit məbləğinin sonuncunun bankda açılmış debet və ya əmək haqqı kartına bağlı olan kart hesabına, yaxud cari hesabına köçürülməklə verilir. Zəruri hallarda bank debet və ya əmək haqqı kartına bağlı olan kart hesabına köçürülmüş pul vəsaitlərini borcalanın sərəncamı olmadan sonuncunun cari hesabına mədaxil edə bilər. Bu müqavilənin 6.9-cu bəndinə əsasən faizlərin hesablanması zamanı əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. Faizlərin son ödənişi kreditin son ödənişi ilə eyni vaxtda həyata keçirilir. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, bank tərəfindən Cavabdeh 2.300 manat məbləğində kredit illik 22% olmaqla 36 ay müddətinə verilmişdir. 24 iyul 2020-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 2.277 manat məbləğində krediti təhvil almışdır; Maliyyə arayışından görünür ki, Cavabdeh 29 iyun 2022-ci il tarixə "xxxx" ASC-yə 2.161,09 manat əsas, 638,46 manat faiz, cəmi 2.799,55 manat borcu yaranmışdır; 12 may 2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcu barədə məlumat verilməklə gecikdirilmiş məbləğin ödənilməsi 5 (beş) təqvim günü ərzində tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbardarlıq edilmişdir; 01 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 48 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməli, 24 iyul 2020-ci il tarixli, BPM**********27 saylı tam kart çərçivə müqaviləsi üzrə Cavabdeh əsas məbləğ üzrə 2.161,09 manat, faiz üzrə 638,46 manat, cəmi 2.799,55 manat məbləğində borc, 48 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,4 manat məbləğində xidmət haqqının əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. 24 iyul 2020-ci il tarixli, BPM**********27 saylı tam kart çərçivə müqaviləsi üzrə Cavabdeh əsas məbləğ üzrə 2.161,09 (iki min bir yüz altmış bir manat, doqquz qəpik) manat, faiz üzrə 638,46 (altı yüz otuz səkkiz manat, qırx altı qəpik) manat, cəmi 2.799,55 (iki min yeddi yüz doxsan doqquz manat, əlli beş qəpik) manat məbləğində borc, 48 (qırx səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar