Məhkəmə qərarları › İş №e-2(001)-506/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-506/2023

13.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-506/2023 13.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş zərərə görə 224,84 manat məbləğində zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 254,84 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********99********) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 03-10990 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 324 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 99,16 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumilikdə 224,84 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddianı etiraf etmir və həmin iddia tələblərinə dair etiraz olaraq aşağıdakıları bildirir. Ona məxsus ünvanda yerləşən fərdi evin qaz xətti üzərində G-6 tipli, ******* nömrəli, sonradan ödənişli qaz sayğacının quraşdırıldığı (sayğacın göstəricisi 00099,751 m3), 1 ədəd kombi tipli su qızdırıcısından (gücü 24 kw) və 1 ədəd PQ-3 tipli məişət tipli qaz sobasından istifadə edilir. İddiaçının nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixdə onun iştirakı təmin edilmədən istismarda olan qaz sayğacı çıxarılaraq G-6 markalı 40383831 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə müvafiq olaraq “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Lakin hər iki sayğaclar qoruyucu örtüklə təmin edilməmişdir. Bununla da, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın (bundan sonra- Qaydalar) 4.7-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, həmin bəndə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bundan əlavə, qeyd olunan ünvanda qaz xətti üzərində 2010-cu ildə quraşdırılmış G-6 markalı ******* nömrəli sonradan ödənişli qaz sayğacı Qaydalarının 4.4-cü bəndinə uyğun olaraq (Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir) qaz paylayıcısı tərəfindən növbəti dövlət yoxlamasından keçirilməsi müddəti buraxılmışdır. Çıxarılaraq dövlət yoxlamasına göndərilmiş G-6 markalı ******* nömrəli qaz sayğacının xx.xx.2021-ci il tarixli MSK-29/1710-02557-1 nömrəli laboratoriya rəyində “Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kənar təsir nəticəsində sıxılıb və hesablama mexanizminin iş pirinsipinə maneə törədildiyi, müdaxilə halı aşkar edildiyi” qeyd edilmişdir. Dövlət yoxlamasının nəticəsinə əsasən cavabdehin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2021-ci il tarixində ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akt tərtib edilərək 3240 m3 həcmdə, 324,0 manat məbləğində dəymiş ziyan hesablanaraq və 2021-ci ilin iyun ayında abonent hesabına borc kimi işlənilmişdir. Lakin ötən bir il ərzində bu barədə ona heç bir məlumat verilməmişdir. Göründüyü kimi, qanunvericiliyə görə qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı yox, qaz paylayıcısı daşıyır və bu səbəbdən də ona qarşı hər hansı bir ziyan hesablana bilməz. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iş üzrə İddiaçı ona qarşı iddia tələblərinin tam şəkildə rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh yazılı etirazda göstərilən məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, iddiaçı iddia ərizəsində onun borcundan 99,16 manat məbləğində ödəniş etdiyini qeyd etsə də, bu məlumat düzgün deyil. Belə ki, o, ümumiyyətlə iddiaçı tərəfindən hesablanmış borcu qəbul etmədiyindən borcdan da hər hansı məbləğdə də ödəniş etməmişdir. Həmin pul onun təbii qazdan istifadə üçün ödədiyi məbləğdən çıxılmışdır. O, bununla bağlı iddiaçı şirkətin əməkdaşılarına öz iradını bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MSK-29/1710-02557-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, ******* nömrəli qaz sayğacına ümumi baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi kənar təsir nəticəsində sıxılıb və hesablama mexanizminin iş prinsipinə maneə törədilib. Qüsura görə nəticə - qaz itkisidir. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmişdir. İddiaçı 29/1710-02557-1 nömrəli rəyinə əsasən ******* saylı sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi kənar təsir nəticəsində sıxılıb və hesablama mexanizminin iş prinsipinə maneə törədilib. Tələb: Dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2021-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 3240 m3. **********00000 nömrəli abonentin saldosunun surətindən görünür ki, Cavabdeh qalıq və aktlar üzrə 2021-ci ilin iyun ayı üçün borcu 324 manat təşkil edir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 03-10990 saylı müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyi Bakı Filialının Cavabdeh ünvanladığı 19 oktyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun müraciətinə baxılmış və İddiaçı tərəfindən borc tələbi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə ərizə verildiyi, ərizənin məhkəmənin icraatında olduğu və məhkəmə tərəfindən veriləcək qərardan asılı olaraq BRQSD tərəfindən müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Həmçinin sonuncunun nəzərinə çatdırılmışdır ki, Qaydalara uyğun olaraq istehlakçı ilə qaz paylayıcısı arasında bağlanmış qazın alqısatqısı müqaviləsinin 5.2-ci bəndinə əsasən məsələnin həll olunması üçün İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Göründüyü kimi, cavabdehin ünvanında öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək birbaşa iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini qismən yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 30 iyun 2021-ci il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində cavabdehin iştirakı təmin edilməmiş, yalnız iddiaçı təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, qeyd olunan akt mötəbər sübut kimi qiymətləndirilmədiyindən, həmin akta əsasən dəymiş zərərin ödənilməsi barədə iddia da təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar