Məhkəmə qərarları › İş №e-2(001)-5079/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5079/2024

23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5079/2024 23.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(103)-117/2021 saylı icra sənədi üzrə ödənilməli olan 292708,24 manat borcun ödənilməsinin təmin olunması üçün tutmanın Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Gəncə şəhər ərazi idarəsinin xx.xx.2011-ci il tarixli MA seriylı ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində (Cavabdeh1 birgə mülkiyyətçi olması nəzərə alınmaqla) olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 131,1 m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə (keçmiş adı "xxxx" ASC) Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-S1-0-698-13 saylı kredit müqaviləsinə əsasən bank müştəriyə 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 600000 manat məbləğində kredit vermiş, həmin öhdəliyin təminatı olaraq "xxxx" ASC və X8 ilə 16 may 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin kredit ödənişinin təminatı kimi “Gəncə Tekstil" ASC ilə bağlanmış xx.xx.2013-cü il tarixli 10-S-l-O-698-13 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus nominal dəyəri 2 manat olan 231398 ədəd sənədsiz adi adlı (N9-0********) səhmlərdən 229798 ədəd "xxxx" ASC-nin səhmləri Azərbaycan Respublikası Milli Depozit Mərkəzi QTSC-də saxlanılmaqla İddiaçı ASC-nin (keçmiş adı "xxxx" ASC) xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən, İddiaçı ASC iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 03 iyul 2017-ci il tarixli 2(001)- 2319/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB-nin cavabdehlər Cavabdeh1, "xxxx" ASCyə, X8 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, "xxxx" ASC və X2 müştərək qaydada kredit üzrə 579778.78 manat, faiz üzrə 247408.32 manat faiz, cərimə üzrə 1000 manat, cəmi 828187.1 manat "xxxx" X1 xeyrinə tutulması, iddia tələbinin Cavabdeh1 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı səhmlərdən 229798 ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracdan satılması, iddia predmetinə tutmanın yönəldilməsi barədə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə, X2 müştərək qaydada "xxxx" İKB-nin hesabına ödənilməsi, iddianın qalan, 27422 manat dəbbə pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər Cavabdeh1, X8 və "xxxx" ASC-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(103)-117/2021 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)- 2319/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə, X2 "xxxx" X1 (İddiaçı ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929.46 manat, cəmi məbləğ 812708.24 manat müəyyən edilmiş, girov predmeti olan Cavabdeh1 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunmuş, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməməsi müəyyən edilmişdir. Məhkəmə qətnaməsindən sonra borclu tərəfindən ödənişlər edilmiş, nəticədə onun hazırda banka olan qətnamə üzrə əsas borcu 59.778,78 manat, faiz borcu isə 231929.46 manat, cərimə 1000 manat, cəmi 292708,24 manat təşkil edir. Bildirilir ki, sözügedən borc borclu tərəfindən geri qaytarılmamış və bu vəziyyət davam etməkdədir. Qeyd edir ki, borclu Əliyev X7 (Əliyeva) Xoşbəxt Tayan qızı ilə nikahlarını xx.xx.1985-ci il tarixdə qeyd etdirməklə ailə qurmuşlar. xx.xx.2009-cu il tarixli qiymətli kağız sahiblərinin reyestrindən göründüyü kimi "xxxx" ASCnin nominal dəyəri 2 manat olmaqla 267571 ədəd sənədsiz adi adlı səhmi vardır. Həmin səhmlərdən 231398 ədədi Cavabdeh1 (229798 ədədi səhm hazırda bu öhdəliyə görə girovdadır), 22600 ədədi isə arvadı Cavabdeh2 məxsusdur. Hər ikisinin əldə saxladığı səhmlərin sayı 253998-dir ki, bu da səhmlərin ümumilikdə 94,92 faizini təşkil edir. Nəzərə alınsa ki, krediti götürən Cavabdeh1dur və həmin kredit istehlak məqsədi ilə götürülmüşdür, bu da o anlama gəlir ki, götürülmüş kredit ailə ehtiyacları üçün istifadə olunmuşdur. Əks halda Cavabdeh1 özünə məxsus olan 229798 ədəd səhmi bank qarşısında ipoteka ilə yüklü edən zaman arvadı Cavabdeh2 xx.xx.2011-ci il tarixdə razılıq ərizəsi verməzdi. Digər tərəfdən bildirilir ki, Cavabdeh1 arvadı Cavabdeh2 nikahda olduqları dövrdə, yəni xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 131,1 m sahədən ibarət qeyri-yaşayış binası əldə etmiş və bu hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeyd etdirməklə ******* nömrəli çıxarış almışdır. Bu da o deməkdir ki, sözügedən daşınmaz əmlak birgə nikah dövründə əldə olunmuş əmlak sayılır. Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 131,1 m sahədən ibarət qeyri-yaşayış binası cavabdehlərin birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan borclu Cavabdeh1 da həmin əmlak üzərində mülkiyyət hüququ vardır. Digər tərəfdən Cavabdeh1 tərəfindən götürülmüş öhdəlikdə arvadı Cavabdeh2 da məsuliyyət daşıdığından bu öhdəlik ona da aid edilməlidir. Beləliklə hesab edirlər ki, 292708,24 manat borcun ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Gəncə şəhər ərazi idarəsinin xx.xx.2011-ci il tarixli MA seriylı ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində (Cavabdeh1 birgə mülkiyyətçi olması nəzərə alınmaqla) olan Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 131,1 m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməldir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-S-1-0- 698-13 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 19% dərəcəsi ilə 600000 manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixdə ipoteka qoyan Cavabdeh1 ilə ipoteka saxlayan “NİKOYL” İKB-nin Gəncə filialı arasında bağlanmış ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2004-cü il tarixli, 232 №-li İpoteka müqaviləsi ilə 229798 ədəd səhm və xx.xx.2010cü il tarixli, G 94 (Sİ) Sonrakı ipoteka müqaviləsi ilə 229798 ədəd səhm, xx.xx.2011-ci il tarixli, 10-S-1-0-1168-11 (Sİ) №-li Sonrakı ipoteka müqaviləsi ilə 229798 ədəd səhmlər Azərbaycan Respublikası Milli Depozit Mərkəzi QTSC-də saxlanılmaqla “NİKOYL” İKB-nin xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsində yerləşən ümumi sahəsi 131.1 m² olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: xx.xx.2011-ci il. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli, 2(001)- 2319/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “Nikoyl” İKB-nin cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə, X6 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsinə və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, "xxxx" ASC, X2 müştərək qaydada kredit üzrə 579778,78 manat, faiz üzrə 247408,32 manat, cərimə üzrə 1000 manat, cəmi 828187,1 manatın “Nikoyl” İKB-nin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh1 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı (N9-0********) səhmlərdən 229798 ədədinin səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracda satılması, səhmlərin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, səhmlərin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh1 verilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, X2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq iddiaçı “Nikoyl” İKB-nin hesabına ödənilməsi, iddianın qalan 27422,75 manat dəbbə (cərimə) pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsaitin borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər Cavabdeh1, X4 və "xxxx" ASC-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 117/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli, 2(001)-2319/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, cavabdehlər Cavabdeh1, "xxxx" ASC və X2 iddiaçı “Nikoyl” İKB-nin (İddiaçı ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929,46 manat, cəmi borcun məbləğinin 812708,24 manat müəyyən edilməsi, girov predmeti olan Cavabdeh1 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamənin ləğv olunması, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiymətinin göstərilməməsi qət edilmişdir. İİİ-ЖГ seriyalı 435345 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 ilə X5 arasında olan nikah xx.xx.1985-ci il tarixdə bağlanmış və 412 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Əliyeva” soyadı verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)- 313/2024 saylı qərardadının surətindən görünür ki, ərizəçi İddiaçı ASC-nin müvəqqəti təminat tətbiqinə dair ərizəsi qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5079/2024 saylı mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Gəncə şəhər ərazi idarəsinin xx.xx.2011-ci il tarixli MA seriyalı, ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində (Cavabdeh1 birgə mülkiyyətçisi olması nəzərə alınmaqla) olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 131,1 m sahədən ibarət qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi Cavabdeh2 (Cavabdeh1 birgə mülkiyyətçi olması nəzərə alınmaqla) və digər şəxslərə qadağan edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 117/2021 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icra sənədinin icrası ilə bağlı Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə xx.xx.2022-ci il tarixində sorğu verilmiş və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən borclu Cavabdeh1 adına "xxxx" ASC üzrə 116499 ədəd səhmin mövcud olduğu məlum olmuşdur. İcra sənədi nəzərdə saxlanılmaqla, icra tədbirləri davam etdirilir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 117/2021 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-214/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Xətai Rayon Məhkəməsinin 3(001)-1758/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Həmin icra sənədləri üzrə icra hərəkətləri davam ediləcəkdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ASC ilə (keçmiş adı "xxxx" ASC) Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-S-1-0-698-13 saylı kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli, 2(001)-2319/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, "xxxx" ASC, X2 müştərək qaydada kredit üzrə 579778,78 manat, faiz üzrə 247408,32 manat, cərimə üzrə 1000 manat, cəmi 828187,1 manatın “Nikoyl” İKBnin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh1 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı (N9-0********) səhmlərdən 229798 ədədinin səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracda satılması, səhmlərin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, səhmlərin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh1 verilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, X2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq iddiaçı “Nikoyl” İKB-nin hesabına ödənilməsi, iddianın qalan 27422,75 manat dəbbə (cərimə) pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsaitin borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər Cavabdeh1, X4 və "xxxx" ASC-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Daha sonra Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-117/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli, 2(001)-2319/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, cavabdehlər Cavabdeh1, "xxxx" ASC və X2 iddiaçı “Nikoyl” İKB-nin (İddiaçı ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929,46 manat, cəmi borcun məbləğinin 812708,24 manat müəyyən edilməsi, girov predmeti olan Cavabdeh1 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamənin ləğv olunması, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiymətinin göstərilməməsi qət edilmişdir. Hazırda isə iddiaçı həmin qətnamə üzrə ödənilməli olan 292708,24 manat borcun ödənilməsinin təmin olunması üçün tutmanın Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Gəncə şəhər ərazi idarəsinin xx.xx.2011-ci il tarixli MA seriylı ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində (Cavabdeh1 birgə mülkiyyətçi olması nəzərə alınmaqla) olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 5 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 131,1 m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının tutmanın yönəldilməsini tələb etdiyi daşınmaz əmlak barəsində tərəflər arasında bağlanmış müqavilə üzrə heç bir razılıq yoxdur və mübahisələndirilən əmlakla bağlı ipoteka müqaviləsi mövcud deyil. Əlavə olaraq məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə istehlak məqsədi üçün bağlanılmışdır, həmin müqavilənin ailə münasibətlərinə heç bir aidiyyatı yoxdur. Eyni zamanda bank tərəfindən daha əvvəl də tutmanın borcun ödənişinə yetərli olmadığı halda qalıq borcun borclunun digər əmlaklarına yönəldilməsi hissəsində birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş və apellyasiya məhkəməsi tərəfindən əsaslı olduğu üçün qüvvədə saxlanılmışdır. Belə olan halda da məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödnilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun əmlaka yönəldilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar