Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5125/2023 22.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəfərov X2 Arif Gülxan oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 140000 manat əsas borcun, 14255,8 manat faiz borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 445 manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmətə vəsatət ünvanlayaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 da barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2023-cü il tarixli barışıq sazişinin sərtləri aşağıdakılardır:
1. Tərəflər təsdiq edirlər ki, həqiqətən də onlar arasında 17 oktyabr 2016-cı ildə yazılı müqavilə bağlanılmış və cavabdeh iddiaçıdan 1,5 faiz illik faizlə 140000 manat borc pulu 10 il ərzində qaytarmaq şərtilə borc götürmüşdür.
2. Tərəflər təsdiq edirlər ki, hazırda iddiaçı tərəfindən verilmiş iddia əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında pul tələbi üzrə e-2(001)-5125/2023 saylı mülki iş vardır.
3. Tərəflər razılaşırlar ki, 30 avqust 2023-cü il tarixinə faiz borcu 14429 manat 59 qəpik təşkil edir, iddiaçı təsdiq edir ki, cavabdeh bu borcdan xx.xx.2018-ci il tarixində 4200 manat və xx.xx.2023-cü il tarixində 5511 manat 34 qəpik, cəmi 9711 manat 34 qəpik ödəmişdir, ona görə 30 avqust 2023-cü il tarixinə cavabdehin faiz borcu 4718 manat 25 qəpik təşkil edir.
4. Tərəflər razılaşırlar ki, 30 avqust 2023-cü il tarixinə cavabdehin iddiaçıya borcu əsas borc üzrə 140000 manat, faiz borcu üzrə 4718 manat 25 qəpik, cəmi olaraq isə borc məbləği 144718 manat 25 qəpik təşkil edir.
5. Tərəflər razılaşırlar ki, müqaviləyə 30 avqust 2023-cü il tarixində xitam verilir, bundan sonra faizlərin hesablanması dayandırılır.
6. Tərəflər razılaşırlar ki, bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq ediləndən və o qanuni qüvvəyə minəndən sonra 1 (bir) il ərzində cavabdeh bu barışıq sazişi ilə borcunu tam ödəniləcəkdir, əks halda barışıq sazişi məhkəmə tərəfindən məcburi icraya yönəldiləcəkdir. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan 24 avqust 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər təsdiq edirlər ki, həqiqətən də onlar arasında 17 oktyabr 2016-cı ildə yazılı müqavilə bağlanılmış və cavabdeh iddiaçıdan 1,5 faiz illik faizlə 140000 manat borc pulu 10 il ərzində qaytarmaq şərtilə borc götürmüşdür.
2. Tərəflər təsdiq edirlər ki, hazırda iddiaçı tərəfindən verilmiş iddia əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında pul tələbi üzrə e-2(001)-5125/2023 saylı mülki iş vardır.
3. Tərəflər razılaşırlar ki, 30 avqust 2023-cü il tarixinə faiz borcu 14429 manat 59 qəpik təşkil edir, iddiaçı təsdiq edir ki, cavabdeh bu borcdan xx.xx.2018-ci il tarixində 4200 manat və xx.xx.2023-cü il tarixində 5511 manat 34 qəpik, cəmi 9711 manat 34 qəpik ödəmişdir, ona görə 30 avqust 2023-cü il tarixinə cavabdehin faiz borcu 4718 manat 25 qəpik təşkil edir.
4. Tərəflər razılaşırlar ki, 30 avqust 2023-cü il tarixinə cavabdehin iddiaçıya borcu əsas borc üzrə 140000 manat, faiz borcu üzrə 4718 manat 25 qəpik, cəmi olaraq isə borc məbləği 144718 manat 25 qəpik təşkil edir.
5. Tərəflər razılaşırlar ki, müqaviləyə 30 avqust 2023-cü il tarixində xitam verilir, bundan sonra faizlərin hesablanması dayandırılır.
6. Tərəflər razılaşırlar ki, bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq ediləndən və o qanuni qüvvəyə minəndən sonra 1 (bir) il ərzində cavabdeh bu barışıq sazişi ilə borcunu tam ödəniləcəkdir, əks halda barışıq sazişi məhkəmə tərəfindən məcburi icraya yönəldiləcəkdir. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Etibar Mustafayev