Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5188/2022 28.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə işə 28 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Bank "xxxx" ASC X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan 1405,51 manat əsas, 0,85 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,07 manat və 0,4 manat xidmət haqqını iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00434-16/19A saylı müqaviləyə əsasən, Bank "xxxx" ASC 2275,5 manat məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK-01276-17/15U saylı 23 yanvar 2015 tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 03 iyul 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00434-16/19A saylı 03 iyul 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh X4 xx.xx.2019cu il tarixdə iddiaçıyla RPFZ-00434-16/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İsmayılı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 fevral 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 05 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı Bank BTB ASC ilə X5 və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPFZ-00434-16/19A saylı zaminlik müqaviləsinə əsasən zaminlər, borclunun 03 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, borclu Cavabdeh mirası qəbul etmiş vərəsələri müəyyən olunmadığından, bundan əlavə Cavabdeh öldüyü vaxta öhdəliyinin icra olunmaması ilə bağlı gecikməsi müəyyən olunduğundan, zaminlər onun yaranmış öhdəliyinə görə birgə məsuliyyət daşıyırlar. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh və zamin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqavilələrin müvafiq olaraq 3.1-ci və 7.4-cü maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2019-cu il tarixli RPF-00434-16/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 1405.51 manat 0.85 manat faiz borcu, cəmi 1406.36 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 03 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh Bank "xxxx" ASC-dən illik 1 faizlə 60 ay müddətinə ödəmək şərti ilə 2275,5 manat kredit götürmüşdür. - 03 iyul 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, X1 "xxxx" ASC qarşısında Cavabdeh illik 1 faizlə 2275,5 manat məbləğində, 60 ay müddətinə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. - ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 05 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. - maliyyə arayışından görünür ki, 31 may 2022-ci il tarixə Cavabdeh 1405,51 manat əsas, 0,85 manat faiz borcu olmaqla ümumi borcu 1406,36 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. X5 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Belə olan halda hesab edirəm ki, iddia təmin edilməli, X2 iddia tələbində göstərilən məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia təmin edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 34,07 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. X2 əsas borc 1405,51 manat, faiz borcu 0,85 manat məbləğində pul vəsaiti tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 34,07 manat, bakn xərci kimi 0,4 manat məbləğində pul X2 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5188/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5188/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver