Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5272/2023 30.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 2211,45 manat əsas borc, 377,88 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 2789,33 manat borc və 48,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, “TBC Kredit BOKT MMC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BAKU1-51832-20793 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 28% faiz olmaqla 3100 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin qaytarılmasının təminatı kimi bankla Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, BAKU1-51832-20793+BAKU1-52037 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh E.Həmzəyev xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşdırılmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq "xxxx" BOKT MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Eldarov iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BAKU1-51832-20793 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 28 faiz olmaqla 3100 (üç min yüz) manat məbləğində kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli № BAKU1-51832-20793+BAKU1-52037 saylı zaminlik müqaviləsinə əsasən kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh ilə zaminlik müqaviləsi bağlanmışdır. - İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq (pretenziya) məktublarından görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - Maliyyə arayışından görünür ki, X1 xx.xx.2022-xx.xx.2023-cü il tarixinədək "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə 2211,45 manat əsas borc, 32,68 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 2244,13 manat məbləğində borcu vardır. - ödəniş cədvəlinə əsasən, cavabdehlər götürdüyü krediti xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay ödəniş etməklə xx.xx.2024-cü il tarixədək qaytarmalı idi. - elektron məhkəmə portalından əldə edilmiş məlumata əsasən X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı "xxxx" MMC ilə X3 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə E.Həmzəyev arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, E.Həmzəyev xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından iddia üzrə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, zaminlik müqaviləsi üzrə zamin Cavabdeh kreditor qarşısında E.Həmzəyevin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı-kreditor "xxxx" MMC qarşısında cavabdeh-borclu E.Həmzəyev ilə eyni həcmdə məsuliyyət daşıyır və cavabdeh E.Həmzəyevin vəfat etməsi zaminliyin xitamına səbəb olmur. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı-kreditor "xxxx" MMC qarşısında cavabdeh-borclu X3 ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlundan 2211,45 manat əsas borc, 32,68 manat faiz borcu olmaqla, cəmi 2244,13 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 48,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2211,45 manat əsas borc, 32,68 manat faiz borcu olmaqla, ümumilikdə 2244,13 (iki min iki yüz qırx dörd manat on üç qəpik) manat pul məbləği və 48,40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-5272/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5272/2023
30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver