Məhkəmə qərarları › İş №e-2(001)-5333/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5333/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5333/2022 16.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC Cavabdeh Cavabdeh2 Cavabdeh1 (zamin) Öhdəliyə əsas olan Rest№10CASA191760002 / xx.xx.2019 muqavilənin nomrəsi və tarixi: Müqavilənin son xx.xx.2024 tarixi: Borc barədə məlumat Verilən borcun/kreditin 6639,67 məbləği: Faiz dərəcəsi: 1% Ödənilməmiş əsas borc: 3556,67 Ödənilməmiş faiz borcu: 33,26 Tələb olunan dəbbə 0 pulu məbləği: Tutulmalı olan cəm 3589,93 məbləğ: Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri Prosessual Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448, 462.1 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1, və 739 Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsi üzrə zamin Cavabdeh1 kreditor qarşısında Cavabdeh2 öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçı-kreditor İddiaçı ASC qarşısında cavabdeh-borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 3556,67 manat əsas borc, 33,26 manat faiz borcu olmaqla, cəmi 3589,93 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 55,90 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 3556,67 manat əsas borc, 33,26 manat faiz borcu olmaqla, cəmi 3589,93 (üç min beş yüz səksən doqquz manat doxsan üç qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 55,90 (əlli beş manat doxsan qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar