Məhkəmə qərarları › İş №e-2(001)-5342/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5342/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5342/2024 12.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində olan baza məlumatları ilə müəyyən edilmişdir ki, iş üzrə cavabdeh X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırki iddia ərizəsindən isə görünür ki, 24 fevral 2017-ci il tarixli NK-02- 115421/008532 nömrəli kredit müqaviləsi üzrə tələb edilən borc və dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulması xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hazırkı halda isə barəsində mübahisə edilən hüquq münasibəti üzrə iddia məhkəmənin icraatında olmadığından, iş üzrə tərəflərdən biri olan şəxsin öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verilib verilmədiyini müəyyən etmək mümkün deyil. Ərizədə göstərilən borcun birgə qaydada tutulmalı olmasını, cavabdeh X1 isə ölməsini nəzərə alaraq hesab edirəm ki, ərizə geri qaytarılmalı, ərizəçiyə ölmüş cavabdehin hüquq varisi məsələsinə baxıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149,152,263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ölmüş cavabdehin hüquq varisi məsələsinə baxıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar