Məhkəmə qərarları › İş №e-2(001)-535/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-535/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-535/2023 18.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emin oğlunun katibliyi ilə İddiaçı X4 Bakı Filialının Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X4 Bakı Filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X4 Bakı Filialının nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X4 Bakı Filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1170 №li kredit müqaviləsinə əsasən Cavabdeh2 illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi X4 Bakı Filialı ilə Cavabdeh1 arasında 268 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 146,62 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2022-ci il tarixə banka kredit borcu üzrə 1466,20 manat ödənişi yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi borcalan tərəfindən banka 710 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuş, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, borcalan banka illik 29% ödəməlidir. xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 3888,40 manat təşkil edir. Bundan 3606,70 manat vaxtı kecmiş kredit borcu 281,70 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 1170 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1 ilə 268 saylı zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsini 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Məhkəməyə müraciət etdikdən sonra borcalanın faiz borcu artmış, bu səbəbdən iddiaçı faiz tələbini artırmışdır. Ona görə də, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixinə olan 3606,70 manat vaxtı keçmiş borc, 465,32 manat faiz borcu olmaqla ümumilikdə 4072,02 manat borcun və ödənilmiş 58,88 manat dövlət rüsumunun tutularaq X4 Bakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, X4 Bakı Filialına olan 3888,40 manat borcunu və 58,88 manat dövlət rüsumunu hissə-hissə banka ödəyəcəkdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. X3 İran Bakı Filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 1170 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə qaytarmaq, illik 19% ödəmək şərti ilə 4000 manat kredit verməyi öhdəsinə götürmüşdür. X4 Bakı Filialının xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 4000 manatı Cavabdeh2 vermişdir. X4 Bakı Filialının xx.xx.2021-ci il tarixli № 1170 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 4000 manat, faiz borcuna görə 1278,50 manat olmaqla cəmi 5278,50 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X3 İran Bakı Filialı ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cu il tarixli № 268 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, X3 İran Bakı Filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 1170 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 4000 manat məbləğində kreditlə əlaqədar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndindən müəyyən olunur ki, borcalan ssuda hesabında borc əmələ gələn gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu və ssuda hesabının qalığına hesablanmış faizlər daxil olmaqla 146,62 manat ödəyir. Zaminlik müqaviləsinin 6.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalan xx.xx.2021-ci il tarixli №1170 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında tamamilə yerinə yetirilənədəkdir. X4 Bakı Filialının Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişlərdən müəyyən olunur ki, bank birgə borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. X4 Bakı Filialının xx.xx.2023-cü il tarixli 2023-56 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli № 1170 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan 3606,70 manat vaxtı keçmiş borc, 465,32 manat faiz borcu olmaqla cəmi 4072,02 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli № 1170 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan 3606,70 manat vaxtı keçmiş borc, 465,32 manat faiz borcu olmaqla ümumilikdə 4072,02 manat borclarının yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli № 1170 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3606,70 manat, faiz borcuna görə 465,32 manat, dövlət rüsumuna görə 58,88 manat olmaqla cəmi 4130,9 manat X4 Bakı Filialının xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar