Məhkəmə qərarları › İş №e-2(001)-5373/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5373/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5373/2022 17.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, “Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 Cəlal oğlu və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 Cəlal oğlu və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmələrinin səbəbləri haqqında məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Habelə, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ərizənin verilməsi üçün iddiaçı tərəfindən 33,63 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi baxılmamış saxlandığından, ödənilmiş dövlət rüsumu büdcədən iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 Cəlal oğlu və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 33,63 manat məbləğində dövlət rüsumu (qəbzin nörməsi 943776447, tarixi xx.xx.2022) büdcədən ləğv prosesində olan İddiaçı ASC-yə (Bank: AR Mərkəzi Bank; Kod: 501004; VÖEN: **********; Müxbir hesab: AZ74NABZ********************; SWİFT BİK: NABZAZ 2C; Alan müştəri: LPO İddiaçı ASC; Ünvan: Qarabağ küç., 31; VÖEN: 900001471; Hesablaşma hesabı: AZ78NABZ**********0********) ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar