Məhkəmə qərarları › İş №e-2(001)-5378/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5378/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5378/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli nağd kredit müqaviləsinə əsasən, 1656,29 manat əsas borc, 65,22 manat faiz borcu olmaqla, cəmi 1721,51 və xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli tam kart kredit müqaviləsinə əsasən, 498,97 manat əsas borc, 61,83 manat fazi borcu olmaqla, cəmi 560,80 manat, ümumilikdə 2282,31 manat pul vəsaitinin və ödənilmiş 42,83 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Binəqədi filialı ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 2300 manat məbləğində nağd kredit verilmişdir. Eyni zamanda, "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli tam kart çırçivə müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesablanmaqla 500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 1 saylı Bankı “Asan Xidmət” Notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Mərhumun vərəsələri Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, hər birinə 1/5 hissədə pay olmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, X2 Banka xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli nağd kredit müqaviləsinə əsasən, ödənilməmiş borcu – 1656,29 manat əsas borc, 65,22 manat faiz borcu olmaqla, cəmi 1721,51 manat borcu qalmışdır. Həmçinin, xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli tam kredit müqaviləsinə əsasən, borclunun Banka ödənilməmiş borcu – 498,97 manat əsas borc, 61,83 manat faiz borcu olmaqla, cəmi 560,80 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 X2 vərəsləri kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 2282,31 manat olduğundan, tərəflərindən 42,83 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər iddianı qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişdirlər. Cavabdehlər məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, bank sonuncuya 500 manat məbləğində 36 ay müddətə illik 24 faiz dərəcəsi ilə kredit limiti ayrılmasını, sonuncu isə kreditora alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdələrinə götürmüşlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********48 saylı kredit müqaviləsindən görünür ki, bank sonuncuya 2300 manat məbləğində 36 ay müddətə illik 22 faiz dərəcəsi ilə kreditin verilməsini, sonuncu isə kreditora alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdələrinə götürmüşlər. xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X3 bankdan 2277 manat kredit məbləğini kassadan götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, cavabdeh X2 xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli kredit müqaviləsinə əsasən 1656,29 manat əsas, 65,22 manat faiz borcu olmaqla cəmi 1721,51 manat borcu vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, cavabdeh X2 xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 498,97 manat əsas, 61,83 manat faiz borcu olmaqla cəmi 560,8 manat borcu vardır. AZ-İİ 244614 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. 3 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1285 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan X4r. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə X2 borcu barədə məlumat verilməklə gecikdirilmiş məbləğin 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda barəsində məhkəməyə veriləcəyi barədə xəbardar edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 42,83 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 4 iyun 2018-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş materiallarından müəyyən edilir ki, bankla X3 arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada kredit müqavilələri bağlanılmış, bank müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, X3 müqavilələrin şərtlərinə əməl etməmişdir. Həmçinin müəyyən edildi ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi hazırki iş üzrə cavabdehlər olan Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dır. Yuxarıda göstərilən maddi hüquq normalarından göründüyü kimi, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli nağd kredit müqaviləsi üzrə 1656,29 manat əsas, 65,22 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli tam kart müqaviləsi üzrə 498,97 manat əsas, 61,83 manat faiz borcu olmaqla, ümumilikdə 2282,31 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli nağd kredit müqaviləsi üzrə 1656,29 manat əsas borc, 65,22 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli tam kart müqaviləsi üzrə 498,97 manat əsas, 61,83 manat faiz borcu olmaqla, ümumilikdə 2282,31 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 42,83 manat dövlət rüsumunun və 0,4 manat bank xidməti haqqının əvəzi cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli nağd kredit müqaviləsi üzrə 1656,29 manat əsas borc, 65,22 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, BPM**********48 nömrəli tam kart müqaviləsi üzrə 498,97 manat əsas, 61,83 manat faiz borcu olmaqla, ümumilikdə 2282,31 (iki min iki yüz səksən iki manat, otuz bir qəpik) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 42,83 (qirx iki manat, səksən üç qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat bank xidməti haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar