Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5379/2022 21.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı kredit borcunun ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə 21 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X2 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 964,92 manat əsas, 101,96 manat faiz borcu, 78,12 manat dəbbə pulu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc olaraq 2 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərci olaraq 3,4 manatın, beləliklə cəmi 1150,4 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31,5 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 yanvar 2013-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə” bağlanmışdır. Müqavilənin 4.26-cı maddəsinin şərtinə görə, bank tərəfindən cavabdehə istehlak yönümlü 1100 manat kredit kartı limiti ayrılmışdır. Bank tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilsə də, cavabdeh götürdüyü kredit məbləğini faizləri ilə birlikdə müqavilədə nəzərdə tutulan şərtlərlə geri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə həm yaşayış yeri üzrə poçt vasitəsilə, həm də istifadəsində olan mobil nömrəyə “elektron məhkəmə” informasiya sistemi vasitəsilə sms bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2013-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”sindən görünür ki, bank tərəfindən cavabdehə 5 il müddətinə istehlak yönümlü 1100 manat kredit kartı limiti ayrılmışdır, müqavilə şərtlərinə əsasən, cavabdeh həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öhdəsinə götürmüşdür. - 01 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə iddiaçıya 964,92 manat əsas, 101,96 manat faiz borcu, 78,12 manat dəbbə pulu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc olaraq 2 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərci olaraq 3,4 manat, beləliklə cəmi 1150,4 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh “X2 Azərbaycan” QSC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit və faiz borcunu vaxtında ödəməmişdir, buna görə də, iddia əsas və faiz borcuna münasibətdə iddia tələbinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə “X2 Azərbaycan” QSC arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 964,92 manat məbləğində əsas, 101,96 manat məbləğində faiz, 78,12 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 1145 manat məbləğində pul vəsaiti, habelə müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat, bildirişlərin göndərilməsi üçün poçt xərcləri üzrə 3,4 manat olmaqla cəmi 1150,4 manat məbləğinə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyinə görə məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 31,5 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiası təmin edilsin. Cavabdeh 16 yanvar 2013-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”si üzrə 964,92 manat məbləğində əsas, 101,96 manat məbləğində faiz, 78,12 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 1145 manat məbləğində pul vəsaiti tutularaq “X2 Azərbaycan” QSC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 31,5 manat, bildirişlərin göndərilməsi üçün xərclənmiş 3,4 manat, xərclər və komissiyalar üzrə 2 manat məbləğində pul Cavabdeh tutularaq “X2 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5379/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5379/2022
21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver