Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-54/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə abonent Cavabdeh Qürbət oğlu arasında xx.xx.2017-ci il tarixdə 07/17286 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142.40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 396 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 29.50 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 424.80 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 338.40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1892.16 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1788.48 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 673.92 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 475.20 manat; cəmi 8299.06 (səkkiz min iki yüz doxsan doqquz manat altı qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 8299.06 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.1, 386, 442, 443.1, 448.2, 1096.1 və 1097.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh Qürbət oğlu tərəfindən İddiaçı İB-yə 8299.06 (səkkiz min iki yüz doxsan doqquz manat altı qəpik) manat məbləğində zərərin və 103 (bir yüz üç) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8402.06 (səkkiz min dörd yüz iki manat altı qəpik) manat pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda, qaz sayğacının 2020-ci il tarixdən İddiaçı tərəfindən quraşdırıldığını və qaz sayğacına hər hansı kənar müdaxilənin olmadığını bildirmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00000) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 3960 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 07/142 saylı xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 07/498 saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 07/792 saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 07/1094 saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 07/1322 saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar xətt ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar xətt ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 322 ünvanına aid sayğacdan kənar xətt ləğv olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-3/1061 saylı, 01 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7512/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı İB-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 649.86 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5284/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7512/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli abonentin saldosundan məlum olur ki, Cavabdeh 2024-cü il üçün 1326.24 manat borcu vardır. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli yerində müayinə protokolundan görünür ki, həmin tarixdə sözügedən mübahisəli ünvanda, yəni ünvan 3ə müayinə keçirilmiş və yerində müayinə zamanı müəyyən edilmişdir ki, qaz sayğacı fərdi yaşayış evindən kənarda yerləşir, qaz sayğacı 2020-ci ilə məxsus qaz sayğacı olmaqla yanaşı, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən ümumilikdə 15 akt tərtib edilmiş, həmin aktlardan yalnız ikisi 22 may 2022-ci il tarixdən sonra tərtib edilmiş, digər 13 akt isə həmin tarixdən əvvəlki tarixlərə təsadüf etmişdir. Belə olduğu təqdirdə məhkəmə belə qənaətə gəlir ki, 29 iyul 2022-ci il və 28 fevral 2023-cü il tarixli aktlara münasibətdə “Qaz təchizatı haqqında” Qanuna edilmiş və 2022-ci ilin may ayının 1-dən qüvvəyə minmiş dəyişikliklər nəzərə alınmalıdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X3»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda (yəni 5000 manatdan yuxarı olmayan məbləğdə) ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, İddiaçı İB tərəfindən tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktların surətlərində “mənzildə abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkarlandı” kimi qeyd edilsə də, iddiaçı cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsini, eyni zamanda cavabdehin yaşadığı evə dair hesablanmış 8299.06 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1061 nömrəli, 01 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı tərəfindən tərtib edilmiş 15 aktdan 2 akt, yəni xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikdən sonra, yəni həmin Qanuna 13.8-1-ci maddə əlavə edildikdən və həmin maddənin qüvvəyə mindiyi tarixdən sonra tərtib edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdeh tərəfindən sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edilməsinə əsaslansa da, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmədiyindən, cavabdeh tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları, cavabdehin qazın talanmasında təqsirli olması barədə müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvədə olan qərarı mövcud olmadığından, bununla da iddia tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi təmin edilmədiyindən, 65 manat məbləğində ekspertiza xərci İddiaçındən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-54/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-54/2025
10.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver