Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5408/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2333/2021 saylı qətnaməsinə əsasən, onunla cavabdeh arasında olan nikah pozulub. Onların birgə nikahdan doğulmuş uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X12 anasının yanında saxlanılmaqla onlar yetkinlik yaşına çatanadək hər uşaq üçün ayda 120 manat olmaqla cəmi 360 manat aliment tutulması qət edilib. Tərəflər həmin qətnamədən şikayət verməyiblər. O, hazırda uşaqları ilə birlikdə Bakı şəhərində kirayə yaşayır. Uşaqlar böyüdükcə onların maddi və mənəvi ehtiyacları artıb. Kürdəmir Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği illərdir uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır, müxtəlif hazırlıq və məşğələlərə gedir, ona görə də məsrəfləri yetərincə artıb. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da artırılmış və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd edir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını, ehtyacını tamamilə o çəkir. Uşaqların təlimtərbiyısi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Ölkə üzrə yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay üçün 660 manata çatdırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, rayonda yaşayır, ikinçi dəfə ailə qurmuş və həmin nikahdan uşağı vardır. Bundan əlavə, rayonda Məşğulluq idarəsində qeydiyyatda olsa da, işlə təmin olunmamışdır. Odur ki, deyilənləri nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE 11626709 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2009cu il tarixdə, Kürdəmir şəhərində anadan olmuş, yaşayış yeri Kürdəmir rayonu, Şahsevən kəndidir. AZE 11626714 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2010cu il tarixdə, Kürdəmir şəhərində anadan olmuş, yaşayış yeri Kürdəmir rayonu, Şahsevən kəndidir. AZE 11626701 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2012ci il tarixdə, Kürdəmir şəhərində anadan olmuş, yaşayış yeri Kürdəmir rayonu, Şahsevən kəndidir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2333/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və Kürdəmir rayonu Topalhəsənli kənd icra Nümyəndəliyində 23 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulması Qeydiyyat orqanında qeydə alınarkən Cavabdeh 15 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi, İddiaçı bu xərcdən azad edlməsi, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılması, xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat olmaqla, cəmi 360 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İİ seriyalı 543324 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah Kürdəmir regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə bağlanmış və 174 nömrə ilə qeyd olunmuşdur. AA3213832 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, yaşayış yeri Kürdəmir rayonu, Şahsevən kəndidir. X2 ilə bağlı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh Məşğulluq orqanında qeydiyyatdadır. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Topalhəsənli Kənd İnizibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatdadır və orada yaşayır. Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2333/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşaq üçün 120 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulması haqqında Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2333/2021 saylı qətnaməsinin qəbul edilməsindən 1 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin nikahda olmasını, başqa uşağının olmasını, onun əmək münasibətlərinin olmadığını və nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2333/2021 saylı qətnaməsi ilə tutulan 120 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2333/2021 saylı qətnaməsi ilə tutulan 120 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində müəyyən edilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-5408/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5408/2023
20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver