Məhkəmə qərarları › İş №e-2(001)-5484/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5484/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5484/2023 16.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Adığözəl oğluna, Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh2 Cavabdeh1 Adığözəl oğlu(zamin) Öhdəliyə əsas olan İK 905/F-21 / xx.xx.2021-ci il müqavilənin nömrəsi və tarixi: Müqavilənin son tarixi: xx.xx.2024 Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 700 Faiz dərəcəsi: 22% Ödənilməmiş əsas borc: 480,47 Ödənilməmiş faiz borcu: 99,54 Tələb olunan dəbbə pulu məbləği: 39,78 Tutulmalı olan cəmi məbləğ: 619,79 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri Prosessual Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448, 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1, 462.1 və 739 Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Həmçinin Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsi üzrə zamin Cavabdeh1 kreditor qarşısında Cavabdeh2 öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçı-kreditor İddiaçı ASC qarşısında cavabdeh-borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyır. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 Adığözəl oğlundan və Cavabdeh2 müştərək qaydada 480,47 manat əsas borc, 99,54 manat faiz borcu, 39,78 dəbbə pulu olmaqla, cəmi 619,79 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 Adığözəl oğlundan və Cavabdeh2 müştərək qaydada 480,47 manat əsas borc, 99,54 manat faiz borcu, 39,78 cərimə olmaqla, cəmi 619,79 manat (altı yüz on doqquz manat yetmiş doqquz qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar