Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-552/2024 10.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərər çəmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 3830,83 (üç min səkkiz yüz otuz manat, 83 qəpik) manat məbləğində vəsaitin, 58,30 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-PR- *** dövlət qeydiyyat nişanlı “Khazar SD” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PN-*** dövlət qeydiyyat nişanlı “Lexus ES350” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **-PN-*** dövlət qeydiyyat nişanlı “Lexus ES350” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-PN-*** dövlət qeydiyyat nişanlı “Lexus ES350” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 5260,50 manat (beş min iki yüz altmış manat, 50 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 5260,50 manat (beş min iki yüz altmış manat, 50 qəpik) məbləğində sığorta ödənişi (4542,82 nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 817,68 manat ƏDV olmaqla) nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 1429,67 (bir min dörd yüz iyirmi doqquz manat, 67 qəpik) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 3830,83 (üç min səkkiz yüz otuz manat, 83 qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirilmişdir ki, baş vermiş hadisədə 2 avtomobilə ziyan dəymişdir və Dövlət Sığorta Kommersiya Şirkəti sığorta ödənişləri mütənasib bölərək ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, **-PR-*** dövlət qeydiyyat nişanlı “Khazar SD” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən əmlaka vurulan zərər görə 25.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 25.000 manat, bir hadisə üzrə 25.000 manat məbləğində sığortalanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi 07 avqust 2020-ci il, müqavilənin qüvvədən düşmə tarixi isə 06 avqust 2021-ci ildir; AD seriyalı 860491 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus ES350” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. 30 noyabr 2020-ci il tarixli Etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus ağ mirvari rəngli “lexus ES 350” minik markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobilin idarə olunması X1 etibar edilmişdir. Etibarnamə 01 dekabr 2021-ci il tarixinə qədər verilmişdir. AE seriyalı 000775 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. 23 aprel 2021-ci il tarixli POA********** №-li Etibarnamədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3293 saylı “X2” əsasında lizinqə verilmiş 1 ədəd “Khazar SD” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Bu etibarnamə başqa dilə tərcümə edilib notarial qaydada təsdiq edilə bilməz. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Etibarnamə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarix daxil olmaqla etibarlıdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, 25 aprel 2021-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhərində Cavabdeh etibarnamə əsasında "xxxx" MMC-yə məxsus “Khazar SD” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Lexus ES350” minik markalı **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə Məlumatdan görünür ki, 25 aprel 2021-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhərində Cavabdeh etibarnamə əsasında "xxxx" MMC-yə məxsus “Khazar SD” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Skoda Rapid” minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə də ziyan dəymişdir. 25 aprel 2021-ci il tarixli İXP3923896 №-li inzibati xəta haqqında protokolun və 25 aprel 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 25 aprel 2021-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri ərazisində “Khazar SD” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş hesabat fakturadan görünür ki, “Lexus ES350” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 5210,50 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilmiş hesabat fakturadan və 30 avqust 2021-ci il tarixli elektron qaimədən görünür ki, “Lexus ES350” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin radarlarının karibrovkası ilə əlaqədar təmir xərci 150 manat təşkil etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 15 mart 2023-cü il tarixli sığorta aktından və 27 mart 2023-cü il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətlərindən görünür ki, 25 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu Ə.Rəcəbli küçəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Lexus ES350” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 5360,50 manat məbləğində zərər dəymiş və həmin zərərin məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Sığortalı tərəfindən 100 manat azadolma məbləği ödəniləcək. 05 may 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycab Respublikası Dövlər Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" ASC-yə 1429,67 manat məbləğində ödəniş edilmişdir. 24 may 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycab Respublikası Dövlər Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" ASC-yə 3407,26 manat məbləğində ödəniş edilmişdir. 19 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 58,31 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, “Dövlər Sığorta Kommersiya Şirkətində icbari sığorta ilə sığortalanmış Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “Khazar SD” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 25 aprel 2021-ci il tarixdə törədilən yol-nəqliyyat hadisəsi zamanı “Lexus ES350” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Skoda Rapid” minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. "xxxx" ASC Avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsi ilə sığortalanmış “Lexus ES350” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə əlaqədar 5360,50 manat məbləğində ödəniş etmiş və həmin məbləğin 100 manat azad olma məbləği çıxıldıqdan sonra, 1429,67 manatı zərərə mütənasib olaraq Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş və hal-hazırda iddiaçı zərərin ödənilməmiş 3830,83 (üç min səkkiz yüz otuz manat 83 qəpik) manat hissəsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, sözügedən yol-nəqliyyat hadisəsinin baş verdiyi 25 aprel 2021-ci il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Khazar SD” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun təqsiri nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi, mülki hüquq pozuntusu (delikt) törətməsi və bunun nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalıya sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının Cavabdeh qarşı tələbi əsaslıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh 3830,83 (üç min səkkiz yüz otuz manat 83 qəpik) manat məbləğində sığorta ödənişinin əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 58,30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3830,83 (üç min səkkiz yüz otuz manat 83 qəpik) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 58,30 (əlli səkkiz manat 30 qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-552/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-552/2024
10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver