Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5641/2023 27.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı (LPO) ASC-nin Cavabdeh qarşı “borc və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (LPO) ASC Cavabdeh qarşı “borc və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8632,25 manat əsas borc, 2,44 manat faiz borcu, 18,46 manat cərimə borcu olmaqla, cəmi 8653,15 manat borcun və ödənilmiş 107 manat dövlət rüsumunun tutulması, tələbin girov qoyulmuş “Volkswagen Passat” minik markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kreditin borcuna yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli LM032100023 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən cavabdehə 11338,05 manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borcun təminatı kimi cavabdehin mülkiyyətində olan “Volkswagen Passat” minik markalı, **- VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması barədə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı (ləğv prosesindədir) ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı (LPO) ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehdən iddiaçının xeyrinə 6131,78 manat əsas borc, 27,50 manat faiz borcu olmaqla, cəmi 6159,28 manat borcun və ödənilmiş dövlət rüsumunun tutulması, tələbin girov qoyulmuş “Volkswagen Passat” minik markalı,**-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kreditin borcuna yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Muradov iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcunun olmasını qəbul etdi, lakin hazırda maddi imkanının olmadığı səbəbindən banka ödənişlər edə bilmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına olan: - xx.xx.2021-ci il tarixli, LM032100023 №-li Restrukturizasiya müqaviləsindən görünür ki, Cavabdeh illik 1% tətbiq edilməklə, 60 ay müddətinə 11338,05 manat məbləğində qalıq kredit borcu restruktizasiya edilmişdir. - xx.xx.2021-cü il tarixli LM032100023 №-li X2 əsasən, X3 borcunun təminatı kimi sonuncu özünə məxsus “Volkswagen Passat” minik markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı-bank qarşısında ipoteka ilə yüklü etmişdir. - Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 193,81 manat kredit ödənişi etməyi öz üzərinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh arayışın verildiyi tarixə əsasən, 8632,25 manat əsas borc, 2,44 manat faiz borcu, 18,46 manat cərimə borcu olmaqla, cəmi 8653,15 manat borcu vardır. - iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş bildirişdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və faizin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh 6131,78 manat əsas borc və 27,50 manat faiz borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin iddia tələbinin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi hissələrini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınar əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (maddə 319.1). -296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. -279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, LM032100023 №-li Restrukturizasiya müqaviləsinə əsasən 6131,78 manat əsas borc, 27,50 manat faiz borcu tutularaq İddiaçı (LPO) ASC-yə ödənilməli, tutulmalı olan məbləğ Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş 2007-ci il buraxılışlı “Volkswagen Passat” minik markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 107 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6131,78 manat əsas borc, 27,50 manat faiz borcu olmaqla, cəmi 6159,28 (altı min yüz əlli doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində borc və 107 manat dövlət rüsumu tutularaq İddiaçı (LPO) ASC-yə ödənilsin. Cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş 2007-ci il buraxılışlı “Volkswagen Passat” minik markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçıya ödənilsin. Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş 2007-ci il buraxılışlı “Volkswagen Passat” minik markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan vəsait borc məbləğindən artıq olduqda artıq qalan hissə Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-5641/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5641/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver