Məhkəmə qərarları › İş №e-2(001)-570/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-570/2024

22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-570/2024 22.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən ona ödənilməli olan 202283,89 ABŞ dollarının ödənilməsinin gecikdirildiyi 25 avqust 2022-ci il tarixdən 16 noyabr 2023-cü il tarixədək olan 448 gün üçün həmin məbləğə illik 5% hesablanmaqla 12414.14 ABŞ dollarının; - 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən ona ödənilməli olan 500000 manatın ödənilməsinin gecikdirildiyi 25 avqust 2022-ci il tarixdən 16 noyabr 2023-cü il tarixədək olan 448 gün üçün həmin məbləğə illik 5% hesablanmaqla 30684.93 manatın və ödənilmiş 247,33 manat dövlət rüsumunun 245,26 manat hissəsi tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında: 05 mart 2013-cü il tarixində 33333 №-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) şərtlərinə görə cavabdehə 05 mart 2017-ci il tarixinədək, 48 ay müddətinə 500 000 USD, Kredit müqaviləsi 33333 dair bağlanmış xx.xx.2013-cü il tarixli 1 №-li Kredit sazişinin şərtlərinə görə cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 100 000 USD, Kredit müqaviləsi 33333 dair bağlanmış xx.xx.2013-cü il tarixli 2 №-li Kredit sazişinin şərtlərinə görə cavabdeh 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 100 000 USD, Kredit müqaviləsi 33333 dair bağlanmış xx.xx.2013-cü il tarixli 3 №-li Kredit sazişinin şərtlərinə görə cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 100 000 USD, Kredit müqaviləsi 33333 dair bağlanmış xx.xx.2013-cü il tarixli 4 №-li Kredit sazişinin şərtlərinə görə cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 100 000 USD, Kredit müqaviləsi 33333 dair bağlanmış xx.xx.2013-cü il tarixli 5 №-li Kredit sazişinin şərtlərinə görə cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 100 000 USD, 18 iyun 2014-cü il tarixində bank ilə cavabdeh arasında 555 №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 14% olmaqla 500 000 AZN məbləğində kredit ayrılmışdır. Cavabdeh kredit üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə geri ödəməli idi. Kredit müqaviləsi 33333 irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 05 mart 2013-cü il tarixində bank ilə cavabdeh arasında İpoteka müqaviləsi bağlanmış və müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 0.0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257.8 kv.m.-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 05 mart 2013-cü il tarixli 33333 N-li Kredit müqaviləsindən (kredit xəttinin açlması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 05 mart 2013-cü il tarixində bank ilə cavabdeh arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 0.05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461.9 kv.m.-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanında yerləşən qeyriyaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 05 mart 2013-cü il tarixli 33333 N-li Kredit müqaviləsindən (kredit xəttinin açlması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 05 mart 2013-cü il tarixində bank ilə cavabdeh arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 0.02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228.7 kv.m.-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 18 iyun 2014-cü il tarixli 555 N-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 18 iyun 2014-cü il tarixində bank ilə cavabdeh arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdehə məxsus olan, 1\1 mərtəbəli, ümumi sahəsi 175.3 kv.m.-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2, 1\1 mərtəbəli, ümumi sahəsi 174.0 kv.m.-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2, və 1\1 mərtəbəli, ümumi sahəsi 414.4 kv.m.dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.19 nömrəli ünvanlarda yerləşən qeyri-yaşayış sahələri bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin öhdəliklər cavabdeh tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə bank məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1/2022 saylı qətnaməsinə əsasən 05 mart 2013-cü il tarixli 3333 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 202283,89 ABŞ dolları əsas borc, 24650,78 ABŞ dolları cərimə, 9429,95 ABŞ dolları faiz borcu və 43635,38 ABŞ dolları illik 5% borcu, cəmi 280000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə əsas borc 500000 manat, 52585,86 manat cərimə, faiz borcu 93594,70 manat, illik 5%-lə hesablanmış faiz borcu isə 78819,44 manat cəmi 725000 manat, həmçinin 500 manat ipoteka predmeti olan əmlakların qiymətlərindirilməsinə çəkilmiş xərc, 30 manat dövlət rüsumu, 22 manat bildirişlərin göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin banka ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsini qət etmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2022-ci il tarixə əsas borc üzrə 05 mart 2013-cü ıl tarixli 33333 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə əsas borcun 202283,89 ABŞ dolları, 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə əsas borcun 500000 manat qalması məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 25 avqust 2022-ci ildən sonra bu günə kimi hər hansı bir ödəniş etməmişdir və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəlikləri və məhkəmə qətnaməsini icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik 5 % tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin 05 mart 2013-cü il tarixli 33333 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə əsas borc 202283,89 ABŞ dolları, 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə əsas borc 500000 manat hissəsi ödənilməmiş qalmaqdadır. 25 avqust 2022-ci ildən 16 noyabr 2023-cü ilə qədər bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 05 mart 2013-cü il tarixli 33333 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 12 414.14 ABŞ dolları, 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə 30 684.93 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: “X2 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 500000 ABŞ dolları məbləğində pulu kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. “X2 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinə dair bağlanmış xx.xx.2013-cü il tarixli 1 №-li Kredit sazişindən görünür ki, bank borcalana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 100 000 ABŞ dolları məbləğində pulu kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. “X2 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinə dair bağlanmış xx.xx.2013-cü il tarixli 2 №-li Kredit sazişindən görünür ki, bank borcalana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 100 000 ABŞ dolları məbləğində pulu kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. “X2 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinə dair bağlanmış xx.xx.2013-cü il tarixli 3 №-li Kredit sazişindən görünür ki, bank borcalana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 100 000 ABŞ dolları məbləğində pulu kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. “X2 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinə dair bağlanmış xx.xx.2013-cü il tarixli 4 №-li Kredit sazişindən görünür ki, bank borcalana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 100 000 ABŞ dolları məbləğində pulu kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. “X2 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinə dair bağlanmış xx.xx.2013-cü il tarixli 5 №-li Kredit sazişindən görünür ki, bank borcalana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 100 000 ABŞ dolları məbləğində pulu kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. “X2 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 500000 manat məbləğində pulu kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. “X2 Azərbaycan” QSC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 33333 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan 202283.89 ABŞ dollarının ödənilməsinin 447 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 12558.46 ABŞ dolları təşkil edir. “X2 Azərbaycan” QSC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 555 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalan 500000 manatın ödənilməsinin 447 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 31041.67 manat təşkil edir. “X2 Azərbaycan” QSC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə banka olan borcunu 5 iş günü müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 247,33 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsi üzrə 12414.14 ABŞ dollar (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla), 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə 30684.93 manat və ödənilmiş 247,33 manat dövlət rüsumunun 245,26 manatı iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdırr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsi üzrə 12414.14 (on iki min dörd yüz on dörd dollar, on dörd sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla), 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə 30684.93 (otuz min altı yüz səksən dörd manat, doxsan üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun 245,26 (iki yüz qırx beş manat, iyirmi altı qəpik) manatı iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar