Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5726/2025 14.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı “X1” Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı “X1” Bakı Filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsində iddiaçı Cavabdeh1 və Cavabdeh2 2380,01 manat məbləğində xx.xx.2025-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 43,80 manat dövlət rüsumunun tutularaq “X1” Bakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. - Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. Məhkəmə qeyd edir ki, qanunla başqa hallar nəzərdə tutulmadığı hallarda iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki prosessual qanunvericilik müqavilə vasitəsilə tərəflərin ərazi aidiyyətini müəyyən etməyi tənzimləyərək qeyd edir ki, tərəflər yazılı saziş bağlamaqla işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Bu zaman saziş yazılı şəkildə bağlanmalıdır. Hazırda iddiaçı kredit və kredit borcuna görə hesablanmış faiz tələbinə dair cavabdehlərə qarşı iddia qaldırmış və bu zaman cavabdehlərdən birinin – Cavabdeh1 Binəqədi rayonunda, digər cavabdehin isə Sabunçu rayonunda qeydiyyatda olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, indiki halda iddia o zaman icraata götürülə bilərdi ki, cavabdehlərdən biri həqiqətən də Binəqədi rayonu ərazisində qeydiyyatda olsun. Çünki, istinad edilmiş mülki prosessual qanunvericiliyin 36.2-ci maddəsi iddiaçının cavabdehlərdən birinin qeydiyyatı üzrə öz seçiminə əsasən məhkəmədə iddia qaldırmağa hüquq vermişdir. Lakin, məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən iddiaçının Binəqədi rayonunda qeydiyyatda olduğunu göstərdiyi Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Beləliklə də iddiaçı tərəfindən cavabdehlərdən hər hansı birinin Binəqədi rayonunda qeydiyyatda olmasını və ya tərəflər arasında yazılı şəkildə rəsmiləşdirilmiş sazişlə mübahisə üzrə işə baxacaq məhkəmənin Binəqədi Rayon Məhkəməsi olaraq razılaşdırıldığını təsdiq edən hər hansı sübut ərizəyə əlavə edilməmişdir.
6. Bu qərardadın 4-cü bəndində istinad edilmiş qanunvericilik normalarının tələblərindən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməlidir. Belə ki, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verildiyi halda elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilir ki, tələbin yönəldiyi cavabdehlərdən heç biri Binəqədi rayonunda qeydiyyatda deyildir. Beləliklə də iddiaçı iddia ilə məhkəməyə müraciət edərkən ərazi aidiyyətinə dair tələbləri pozmuşdur. Məhkəmə eləcə də vurğulayır ki, mülki prosessual qanunvericiliyə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki situasiya iddiaçının seçməsinə görə aidiyyətlə bağlı qanunvericilik normasının tələblərinə də cavab vermir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən qanunvericiliyin bu tələbinə də əməl edilməmişdir. Bütün bunları isə mülki prosessual qanunvericilik iddia ərizəsinin geri qaytarılma əsası kimi müəyyən etmişdir.
7. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş şərtinə - ərazi aidiyyətinə əməl edilməsi tələbinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.
8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı “X1” Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev