Məhkəmə qərarları › İş №e-2(001)-5745/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5745/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5745/2022 22.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi X4, Cavabdeh Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 və qeyrilərinə qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsələri olan cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 4942.04 manat əsas, 79.19 manat faiz borcu olmaqla, cəmi 5021.23 manat məbləğində kredit borcun və ödənilmiş 70.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış tam kart müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 22 faiz olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. F.Abdullayev xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Notariat Ofisi tərəfindən verilmiş məktuba əsasən, F.Adullayev rəhmətə getdikdən sonra xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, X3 vərəsələri – Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dur. Qeyd edilənlərə əsasən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi L.Rufullazadə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etsə də, əsas borclu mərhum həyat yoldaşının borcunu ödəmək iqtidarında olmadığını, ondan miras qalan avtomobili satıb digər borclarını bağladığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə borclu X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********22 saylı X12 müqaviləsinə və maliyyə arayışına əsasən ona 36 ay müddətinə illik 22 faiz dərəcəsi olmaqla, 5000 manat məbləğində kredit verilmiş, F.Abdullayevin xx.xx.2020-ci il tarixdə 4942,04 manat əsas, 79,19 manat faiz borcu qalmışdır. - iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri 1/3 hissədə – xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh3dur. Şəhadətnamə üzrə verilən miras əmlakı isə 1999-cu il buraxılışlı Mercedes Benz E240 minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. - ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1415 nömrəli qeyd edilmişdir. - AR DİN BDYPİ tərəfindən verilmiş sorğuya cavab məktubundan (məktuba əlavə edilmiş sənədlərdən) müəyyən edilir ki, X3 adına olmuş Mercedes Benz E240 minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil vərəsəlik şəhadətnaməsinə əsasən, Cavabdeh2 adına keçmişdir. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə, Mercedes Benz E240 minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.000 (on üç min) manata Cavabdeh2 tərəfindən X1 və həmin tarixdə sonuncunun adına qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş arayışa əsasən, X3 banka 2 kredit üzrə 3069,99 manat və 99,60 manat borcu vardır. İddiaçı "xxxx" ASC ilə cavabdeh X6 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1306.1. maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə F.Abdullayev arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, F.Abdullayev xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından iddia üzrə Cavabdeh2(digər cavabdehlərin də qanuni nümayəndəsi) hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh qanun üzrə kreditorun birinci növbə vərəsəsidir. Kreditor F.Abdullayev öldükdən sonra Mercedes Benz E240 minik markalı avtomobil Cavabdeh2 və digər vərəsələrə miras qalmışdır. İddiaçı ilə F.Abdullayev arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 462.1 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi Cavabdeh2 (digər cavabdehlərin də qanuni nümayəndəsi) münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, X3 vərəsəsi Cavabdeh2 (həmçinin cavabdehlər xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh3 qanuni nümayəndəsi) 4942,04 manat əsas borc, 79,19 manat faiz borcu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 (həmçinin cavabdehlər xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh3 qanuni nümayəndəsi) 4942,04 manat əsas və 79,19 manat faiz borcu olmaqla, cəmi 5021,83 manat (beş min iyirmi bir manat səksən üç qəpik) və ödənilmiş 70.40 (yetmiş manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar