Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5808/2023 08.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Kreditor MMC-nin Borclu qarşı “pul məbləğinin tutulması” barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəni məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, 25 may 1994 -cü ildə doğulmuş Borclu 09 noyabr 2020-ci il tarixli, MHK5807571saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1150 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat cərimə borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1550 manat pul manat pulun alınaraq Kreditor MMC-nın hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2-ci maddəsində məhkəmə əmri verilə bilən tələblər göstərilmişdir. 279.2.3-cü maddəsinə əsasən əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Məhkəmə hesab edir ki, tələbetmə hüquq barədə mübahisə olduğundan məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında nisyə alqısatqıdan irəli gələn öhdəlik münasibətləri olmuşdur, lakin ərizəyə əlavə edilən müqavilə borc müqaviləsidir. Bundan başqa təqdim edilən maliyyə arayışında ətraflı əsaslandırma aparılmamış, borclunun hansı məbləğdə ödənişlər etməsi, tələb olunan cərimə borcunun yaranması əsası göstərilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.3-cü maddəsində qeyd edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 279 və 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı “pul məbləğinin tutulması” barədə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur, bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-5808/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5808/2023
08.09.2023 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver