Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5821/2024 19.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 378.18 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 558.58 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin, Binəqədi rayon ərazisində son zamanlar bir çox vətəndaşlar cəmiyyətlə müqavilə bağalamadan qanunsuz olaraq “KATV 1”-ə məxsus kabel şəbəkəsinə qoşulmuşdur. Bu qanunsuzluqların qarşısını almaq məqsədi ilə "xxxx" MMC tərəfindən “Ədalət A” hüquq firması ilə hüquqi yardım göstərilməsi barədə müqavilə imzalanmışdır. 80 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2065 saylı arayışa əsasən ünvan 1 cavabdehə məxsusdur. Həmin mənzil xx.xx.2008-ci il tarixdə KATV1 kabel televiziyası şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü ildə sonuncu dəfə ödəniş etmiş və xx.xx.2014-cü ildə borcsuz şəbəkədən ayrılmışdır. Mənzilə baxış zamanı kabel şəbəkəsinin qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə iddiaçının nümayəndələri tərəfindən akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Tərtib edilmiş aktdan görünür ki, mənzil sakini mənzilə baxış keçirilməsinə icazə verməmişdir. Daha sonra ikinci dəfə xx.xx.2019-cu il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 7510 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmçinin qeyd edirk ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Qanunsuz qoşulma faktı vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdehə məxsus mənzildə bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Cavabdehə məxsus olmuş mənzilin yerləşdiyi binaya sonuncu dəfə baxış keçirildiyi xx.xx.2015-ci il tarixdən qanunsuz qoşulma barədə ikinci aktın tərtib olunduğu xx.xx.2019-cu il tarixə qədər olan müddət 1146 gün, təşkil edir. 1146 günün hər gün üçün 33 qəpik olmaqla ümumilikdə 378.18 manatdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış müqavilə əsasında 150 manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş və məktub qəbuledilsə də zərər ödənilməmişdir. İddiaçı tərəfindən qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuş, maddi ziyan könüllü ödənilmədiyindən məcburi qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq, iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materialları: - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan Qafarov Ramil arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2008-ci il tarixində həmin ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2014-cü il tarixinədək isə son ödəməsini etmiş, xx.xx.2014-cü il tarixində borcsuz şəkildə şəbəkədən ayrılmışdır. - Bakı şəhəri Binəqədi rayonu MKTB 80 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli, 2065 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR, ev 11B, 7 saylı mənzil Cavabdeh məxsusdur. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında 6555 N saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2015-ci il tarixdə baxış keçirilmişdir. - tərtib olunan xx.xx.2017-ci il tarixli, 6555 K nömrəli akta əsasən ünvan 1 ünvanında kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. - tərtib olunan xx.xx.2019-cu il tarixli, 7510 K nömrəli akta əsasən ünvan 1 ünvanında kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən “Ədalət-A” hüquq firmasına 150 manat pulun ödənildiyi məlum olmuşdur. Tətbiq edilən hüquq və məhkəmə mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı arasında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11B, 7 saylı mənzili “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulma ilə bağlı müqavilə bağlanmış, həmin mənzil üzrə xx.xx.2014-cü il tarixinədək son ödəmə edilmiş və xx.xx.2014-cü il tarixində borcsuz şəkildə şəbəkədən ayrılmışdır İddiaçı hazırki iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC “K@TV1”-in, “Ədalət-A” hüquq firmasının əməkdaşları və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin əməkdaşı tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli, 7510 K saylı və xx.xx.2017-ci il tarixli, 6555 K aktlara əsasən yuxarıda qeyd olunan ünvanda “K@TV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11B, 7 saylı mənzilin şəbəkədən ayrıldığı xx.xx.2015-ci il tarixdən qanunsuz qoşulma barədə ikinci aktın tərtib olunduğu xx.xx.2019-cu il tarixə qədər olan müddət 1146 gün təşkil etmiş və 1146 günün hər gün üçün 33 qəpik hesablanmaqla şəbəkədən qanunsuz istifadə nəticəsində iddiaçıya dəyən zərər məbləği 378.18 manat hesablanmış və nəticədə Cavabdeh iddiaçı qarşısında mülki hüquq pozuntusu (delikt) öhdəliyi yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin: -1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. -1096.2-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1097.3-ci maddəsinin tələbinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin, yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq Cavabdeh kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 378.18 manat məbləğində vurulmuş zərər tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 121.1-ci maddələrinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119,121,216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 378.18 (üç yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində vurulmuş zərər və 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-5821/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5821/2024
19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver