Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5834/2023 05.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Mübahisə predmeti barəsində müstəqil tələbl irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1nin Bakı Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin və debitor borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin və debitor borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 5184 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 15,12 manat borcu (debitor borc) da qalmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizədə göstərilmişdir ki, Cavabdeh tərəfindən edilmiş müraciət əsasında Azərbaycan Respublikası Enerji X1 tərəfindən araşdırma aparılmış və iddiaçı "Azəriqaz" İB tərəfindən aparılmış hesabatın qaydalara zidd olduğu müəyyən edilmişdir. Həmçinin, müvafiq agentliyin cavab məktubunda iddiaçıya qanunvericiliyə zidd hesablanmış sərfin silinməsi barədə göstəriş ünvanlandığı qeyd edilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən aparılmış hesabatın düzgünlüyünün araşdırılması və mütəxəssis rəyinin alınması məqsədilə müvafiq agentliyin üçüncü şəxs qismində mülki iş üzrə icraata cəlb edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələbl irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1nin Bakı Filialının nümayəndəsi X4 izahatında məhkəməyə bildirdi ki, iddia ərizəsi əsassızdır. Belə ki, akt yazılan zaman plomb sayğacın üzərində idi. Vətəndaş sayğaca müdaxilə etdiyi, sayğacı açdığı təqdirdə isə plomb dərhal qırılmalı idi. Mötəbər sübutlar mövcud deyilsə, vətəndaşın üzərinə tələb olunan məbləğin ödənilməsini qoymaq olmaz. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 nəzarət orqanıdır və hər hansı cərimə istehlakçının hesabına yazılmamışdan əvvəl bu nəzarət orqanı ilə razılaşdırılmalıdır. Bu işdə isə razılaşdırma olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii X6nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın çıxış membran borusunun kənar təsir nəticəsində deşildiyi aşkar edilməsi aktlaşdırılmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsinə görə xx.xx.2023cü il tarixdə 43200 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********00000 olan Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., 3126-cı məhəllə ünvanına 2023-cü ilin aprel ayına 5184 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmış, 2023-cü ilin avqust ayına isə debitor borc 15,12 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1nin Bakı Filialının xx.xx.2023-cü il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Respublikası Energetika Nazirliyinə daxil olmuş yaşadığı mənzildə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllə (abonent kodu **********00000 ) ünvanının abonent hesabına 5184 manat məbləğində borc əlavə edilməsi barədə daxil olmuş müraciətə Enerji X1nin Bakı filialında baxılmışdır. Abonent saldosunun təhlili zamanı istehlakçının abonent hesabına 2023-cü ilin aprel ayında 5184 manat məbləğində əlavə hesabat aparıldığı müəyyən edilmişdir. Eyni zamanda toplanmış materiallara əsasən məlum olmuşdur ki, Sizə məxsus yaşayış evinin qaz xətti üzərində istismarda olan öncədən ödənişli G-6 markalı 1205AQ**********3 nömrəli (smar-kart tipli) qaz sayğacı xx.xx.2023-cü il tarixdə İddiaçı (bundan sonra - İddiaçı İB) nümayəndələri tərəfindən qaz xəttindən çıxarılaraq yeni G-6 tipli **********7 nömrəli sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı quraşdırılmış və müvafiq olaraq "Qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Çıxarılaran qaz sayğacı ilə bağlı İddiaçı İB-nin nümayyəndələri tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii X6nın pozulması haqqına ” akt tərtib edilərək, xx.xx.2023-cü il tarixində uçotu pozulmuş qaz sərfinin bərpası məqsədi ilə istehlakçının hesabına 43200 m3 qaz sərfi hesablanmışdır. Bildiririk ki, "Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin 8-ci bəndinə əsasən 8-1-ci hissədə nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın (bundan sonra - Qaydalar) 4.8-ci bəndinə əsasən, Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilənləri nəzərə alaraq, istehlakçı hesabınızda yaranmış borc məbləğinə mövcud qaydalara uyğun yenidən baxılması ilə bağlı "Azəriqaz” İB-ə məktub ünvanlanmışdır. "Azəriqaz” İB-dən daxil olmuş cavab məktubunda yaşadığınız ünvanda istismarda olmuş G-6 markalı 1005AQ**********3 nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixdə növbəti dövlət yoxlanılmasına göndərilməsi üçün çıxarıldığı, qaz sayğacının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsinin iştirakı ilə "Azəriqaz” İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-4659/Q002 nömrəli laboratoriya rəyində “ Sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır, hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, qaz itgisi, müdaxılə” barədə rəyi verildi.” qeyd olunmuşdur. "X6nın 2 nömrəli əlavəsi olan "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.5-ci yarımbındinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixində ******* nömrəli "Təbii X6nın pozulması haqqında” akt tərtib edilərək 43200 m3 həcmdə, 5184 manat məbləğində dəymiş ziyan hesablanmış və 2023-cü ilin may ayında abonent hesabına borc kimi işlənilmişdir. "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin cavab məktubunun təhlili zamanı qeyd edilən məsələyə mövcud qaydalara uyğun baxılmadığı müəyyən edilmişdir. Eyni zamanda araşdırma müddəti ərzində yaranmış borcla bağlı "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən Binəqədi Rayon Məhkəməsinə şikayət verildiyi (xx.xx.2023-cü il tarixli, e-2(001)-5834/2023 nömrəli iş), hazırda mülki işin məhkəmənin icraatında olduğu aşkar olunmuşdur. Nəzəriniz çatdırılır ki, istehlakçının abonent saldosuna qanunvericiliyə zidd olaraq daxil edilmiş 43200 m3 həcmində 5184 manat dəyərində qaz sərfinin hesabatdan silinməsi və dəymiş zərərin hesablanmasının və sənədləşdirilməsinin qanunvericiliyə uyğun aparılması barədə "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinə xx.xx.2023 tarixli, 3-15-2-1/2- 1673/2023 nömrəli göstəriş verilmişdir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “X6”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.11-ci bəndinə əsasən, qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.4-cü bəndinə müvafiq olaraq, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda cavabdehin hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Beləliklə, qaz sayğacına cavabdeh tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa iddiaçı tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də iddiaçıya aiddir. Cavabdehin mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən – yalnız debitor borc hissəsində təmin edilməli, Cavabdeh 15,12 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 15,12 (on beş manat on iki qəpik) manat debitor borc və ödənilmiş dövlət rüsumunun 0,21 (iyirmi bir) qəpik hissəsi tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-5834/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5834/2023
05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver