Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-585/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun tutulması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 6018,21 manat, faiz borcu üzrə 231,38 manat olmaqla, ümumilikdə 6249,59 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 82,50 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azəraycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərnmanına müvafiq olaraq bağlanmış 07 noyabr 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B) 071119-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh Xələfov Rəşid Piroğlan oğluna 5 il müddətinə, illik 01 faiz dərəcəsi ilə 6018,39 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Qeyri-rəsmi məlumata əsasən borcalan Xələfov Rəşid Piroğlan oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ədliyyə Nazirliyinin “vərəsəlik işlərinin açılıb açılmamasına dair” elektron portalının məlumatlarına əsasən vərəsəlik işi açılmışdır. Cavabdeh Xələfov Rəşid Piroğlan oğluna kredit verilərkən Cavabdeh ila bank arasında 07 noyabr 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)071119-01/ZM/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs kredit borcunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyəti daşımaq barədə öhdəlik götürmüşdür, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində 09 fevral 2024-cü il tarixə iddiaçıya iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və 4000 manat mbləğində ödənişin edilməsin hazır olmasını, lakin iddiaçı tərəfin bunu qəbul etməməsini, hazırda maddi imkanı olmaması səbəbindən hazırda tələb həddində borcu bağlaya bilmədiyi bildirmişdir. Sonuncu məhkəmə iclaslarına tərəflər gəlməmiş, iddiaçınin nümayəndəsi elektron ərizə yerləşdirərək iştirakları olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 07 noyabr 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B) 071119-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh Xələfov Rəşid Piroğlan oğluna 5 il müddətinə, illik 01 faiz dərəcəsi ilə 6018,39 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. 07 noyabr 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 12 ay güzətli kreditdən sonra xx.xx.2020-ci il tarixdən başlayaraq 48 ay müddətinə hər ay 127,96 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh ila bank arasında 07 noyabr 2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)071119-01/ZM/1 nömrəli Zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs kredit borcunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyəti daşımaq barədə öhdəlik götürmüşdür 19 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə İddiaçı ASC-yə əsas borcu 6018,21 manat, faiz borcu 231,38 manat təşkil edir. 15 fevral 2024-cü il tarixli bildirişinə əsasən borcalan Xələfov Rəşid Piroğlan oğlu və zamin Cavabdeh həmin tarixə İddiaçı ASC-yə əsas borcu 6018,21 manat, faiz borcu 231,38 manat öhdəliyi barədə məlumatlandırmışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi: Beləliklə işin faktiki halları ilə Cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı bank qarşısında zamin kimi üzərinə götürdüyü öhdəliklərə tam əməl etməməsi təsdiq olunur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 6018,21 manat əsas, 231,38 manat faiz borcu olmaqla ümumilikdə 6249,59 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 82,50 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia təmin edilsin. 07 noyabr 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)071119-01 nömrəli kredit müqaviləsi üzrə 6018,21 manat əsas, 231,38 manat faiz borcu olmaqla, ümumilikdə 6249,59 manat (altı min iki yüz qırx doqquz manat, əlli doqquz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 82,50 (səksən iki manat, əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə (elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(001)-585/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-585/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver