Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-589/2024 10.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən ödənilmiş 1071 manat məbləğində icra ödənişi, 765,01 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərci və məhkəməyə müraciət etmək üçün ödənilmiş 38,36 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-648/2020 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutulan ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, qətnamədə xx.xx.2013-cü il tarixli 116319-1-8337 saylı “Avtomobil krediti müqaviləsi” üzrə 20787,17 ABŞ dolları məbləğində əsas borc, 2313,87 ABŞ dolları məbləğində faiz borcu, 70,99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 23172,03 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin cavabdehə məxsus **-GR-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” minik markalı avtomobilə yönəldilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Nəsimi rayon İcra və probasiya şöbəsinin sifariş məktubuna əsasən cavabdehə məxsus **-GR-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” minik markalı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin əldə olunması üçün ipoteka saxlayana təklif olunmuşdur. “Hərracın yekunları barədə Protokolu”na əsasən **-GR-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” minik markalı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 032/23 saylı hesab-fakturasında **-GR-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” minik markalı avtomobilin əldə olunması ilə əlaqədar 648,31 manat məbləğində xidmət haqqı və 116,70 manat məbləğində vergi ödənişinin (18% ƏDV) nəzərdə tutulmuşdur. xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqları ilə İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesab-fakturasına əsasən **-GR-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” minik markalı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 648,31 manat və həmçinin bu xidmıt üçün X1 hesabına 116,70 manat ƏDV ödənilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixli digər ödəniş tapşırığı ilə məhkəmə icra ödənişi qaydasında İddiaçı ASC tərəfindən X1 hesabına 1071 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründyü kimi 765,01 manat məbləğində hərracın keçirilməsi xərci və 1071 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından görüldüyü kimi, 765,01 manat məbləğində hərracın keçirilməsi xərci və 1071 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkət(lər)i ilə əlaqədar çəkilən hərrac xərc(lər)i borclu tərəfindən ödənilir. Belə ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir, icra sənədlərində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, tələbkar İddiaçı ASC-nin çəkilən xərcləri Cavabdeh tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hərrac bildirişindən görünür ki, Binəqədi rayon icra şöbəsinin xx/xx-137335-16 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən, borclu Cavabdeh məxsus olan əmlak "xxxx" MMC tərəfindən təkrar hərraca çıxaırılmışdır. "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh əmlakı keçirilən hərraclar zamanı satılmamışdır. xx.xx.2023-cü il tarixədək əmlakı almadığı halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 032/23 nömrəli protokolundan görünür ki, **- GR-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” minik markalı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, cavabdehə borcu barədə məlumat verilməklə məbləğin 5 işi günü ərzində ödənilməsi tələb edilmiş, əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə pul tələblərinin ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun (məhkəmə aktı) tədbirlərin görüləcəyi barədə xəbardar edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 38,36 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-648/2020 saylı məhkəmə qətnaməsi ilə ödənilməmiş borc kreditorun xeyrinə tutulmuşdur. Daha sonra icraçının sifariş məktubuna əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş edilmiş və bunun üçün bank tərəfindən 1071 manat məbləğində icra ödənişi, 765,01 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərci ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğlərin cavabdehdən tutulmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 6.1.2-ci maddəsinə əsasən məhkəmə əmrləri icra sənədi sayılır. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. “İcra haqqında" Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrası, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndində qeyd olunmuş “icra tədbiqini həyata keçirmək” səlahiyyətləri hər hansı hüquqi şəxsə, o cümlədən iddiaçıya və "xxxx" MMC-yə verilməmişdir və onlar tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə tələbkardan, yəni hazırki iş üzrə iddiaçıdan icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı hər hansı ödənişin alınması nəzərdə tutulmamışdır, əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-589/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-589/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver