Məhkəmə qərarları › İş №e-2(001)-5912/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5912/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5912/2024 17.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Rabitəbank” ASC Cavabdeh Cavabdeh Öhdəliyə əsas olan SUKRK-02063 / xx.xx.2024 müqavilənin nömrəsi və tarixi: Müqavilənin son tarixi: xx.xx.2026-ci il Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 600 Faiz dərəcəsi: 25 % Ödənilməmiş əsas borc: 589,67 Ödənilməmiş faiz borcu: 72,67 Tələb olunan dəbbə pulu məbləği: 0 Tutulmalı olan cəmi məbləğ: 662,34 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri Prosessual Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448, 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1, 462.1 və 739 Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış SUKRK- 02063 saylı, xx.xx.2024-cü tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 600 manat məbləğində, illik 25% dərəcəsilə 24 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun Banka xx.xx.2024-cü il tarixə 589,67 manat əsas, 72,67 manat faiz borcu olmaqla, cəmi 662,34 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat kredit müqaviləsinin ləğv edilməsi barədə tələb verməsə də müqavilə üzrə 589,67 manat əsas, 72,67 manat faiz borcu olmaqla, cəmi 662,34 manat borcu tələb edir. Müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 589,67 manat əsas, 72,67 manat faiz borcu olmaqla, cəmi 662,34 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 589,67 manat əsas, 72,67 manat faiz borcu olmaqla, cəmi 662,34 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar