Məhkəmə qərarları › İş №e-2(001)-592/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-592/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-592/2024 16.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borc» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 69030,33 manat – bundan 33942,53 manat əsas, 35087,80 manat faiz borcunun və iş üzrə ödənilmiş 297 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə «X2» ASC arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə yikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Bundan sonra, Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2010-cu il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh2 «X2» ASC-dən mənzilin alınması üçün 231 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 36679,12 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin, Birgə fəaliyyət haqqında müqavilənin 2.12.-ci maddəsində qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun fazilərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kredit qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyi bank tərəfindən) və tərəflər arasındakı münasibətlərdə qüvvədə olan qanunvericiliyin zaminliyə dair müddəaları t\tbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış fazilər “Bank”a ödənilənə qədər qüvvədədir. Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, Bu müqavilənin şərtlərini pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. Bank tərəfindən Cavabdeh2 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********726 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********901 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 69030,33 manat təşkil edir. Bundan 33942,53 manat əsas, 65087,80 manat faiz borcu təşkil edir. Cavabdeh "xxxx" ASC məhkəməyə xx.xx.2023-cü il tarixdə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, məhkəmənin icraatında İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “kredit borcunun tutulmasına dair” iddiası vardır. İddiaçı iddiasını onunla əsaslandırır ki, Cavabdeh2 İddiaçı ASC-dən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi əsasında kredit almışdır, İddiaçı ASC ilə onun arasında bağlanılmış 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqaviləyə əsasən o, zamindir və borc məbləği müştərək qaydada onlardan tutulmalıdır. Hesab edirlər ki, aşağıdakı səbəblərdən iddia ona aid hissədə tamamilə əsassızdır və qanunsuzdur. İddiaçı ASC ilə onlar arasında həqiqətən 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanılmışdır. Hesab edirlər ki, bu müqavilə zaminlik müqaviləsi deyil və bu müqavilənin olması o demək deyil ki, konkret şəxslərə aid zaminlik müqaviləsi olmamalıdır. Tərəflər arasında bağlanılmış 5 mart 2010cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin 2.1 və 2.2 bəndlərində qeyd olunur ki, Akkord ondan mənzil alan alıcılara kredit verilməsi üçün müvafiq sənədlərlə banka müraciət edir və müraciət olunduqdan sonra bank həmin alıcıya öz mülahizəsinə əsasən kredit verə bilər. Göründüyü kimi, iddiaçı məhkəməyə Cavabdeh2 kreditin verilməsi barədə onun tərəfindən İddiaçı ASC-yə hər hansı müraciətin olmasına dair sübut təqdim etməmişdir. Tərəflər arasında zaminlik müqaviləsi də mövcud deyil. O, 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin tələblərinə əsasən ondan mənzil alan, kredit alınması üçün banka göndərdiyi konkret şəxslərə görə bank qarşısında zamin olmuş və tərəflər arasında zaminlik müqaviləsi də bağlanılmışdır. Əgər iddiaçı 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqaviləni zaminlik müqaviləsi kimi qəbul edirsə, nə üçün bəzi şəxslərə aid tərəflər arasında zaminlik müqaviləsi bağlanılmışdır? Hesab edirlər ki, tərəflər arasında 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin olması o demək deyildir ki, o, İddiaçı ASC-dən kredit götürən və ondan mənzil alan bütün alıcılara görə bank qarşısında zamindir. Hesab edirlər ki, həm tərəflər arasında Zaminlik müqaviləsi olmadığı üçün, həm də onun tərəfindən Cavabdeh2 kreditin verilməsi barədə banka müraciət edilmədiyi üçün o, 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən Cavabdeh2 öhdəliklərinə görə bank qarşısında məsuliyyət daşımır. Beləliklə qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər ona və Cavabdeh2 qarşı iddia tələbi ona aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, o, hər ay 1000 (min) manat borcdan ödəniş edə bilər. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək, işə onların iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2010-cü il tarixli birgə fəaliyyət haqqında müqavilənin surətindən görünür ki, tərəflər şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün şirkətin inşa etdikləri mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həayata keçirilməsi üzrə birgə fəaliyyət göstərməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndəsinə əsasən şirkət mənzil almaq istəyən və ya almış alıcını banka göndərir və bank ən geci 5 iş günü müddətində kreditin verilməsi üçün tələb olunan sənədləri yoxlayır. Həmin sənədlər tam və düzgün olduğu halda bank öz mülahizəsinə əsasən alıcı ilə kredit müqaviləsi bağlaya bilər. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə 1-dən görünür ki, xx.xx.2010-cu il tarixli müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda, bank qeyd edilən pozuntu barədə dərhal şirkəti məlumatlandırılmalıdır. Şirkət məlumatlandırıldıqdan sonra 30 iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə bank ödənilməmiş krediti və ona hesablanmış faizləri şirkətin bankda olan hesabından, ona xəbərdarlıq etməklə, silir. Bu halda şirkət borcalanın bank qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış fazilər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Şirkətin zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər banka ödənilənə qədər qüvvədədir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, AK 156 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, bank sonuncuya illik 12 faizlə 231 ay müddətinə 36679,12 manat kreditin verilməsini, sonuncu isə kreditora alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdələrinə götürmüşlər. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış kredit borcunun 3 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış kredit borcunun 3 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 33942,53 manat, faiz üzrə borcu 35087,80 manat olmaqla, cəmi 69030,33 manat borcu var. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 297 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 69030,33 manat icra edilməmiş pul öhdəliyi yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2010-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən şirkət borcalanın bank qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış fazilər) üçün zamin kimi çıxış edir. Məhkəmə hesab edir ki, digər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il tarixli, AK 156 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada 33942,53 manat əsas borc, 35087,80 manat faiz borcu olmaqla, cəmi 69030,33 manat məbləğində borc, iddianın qaldırılması üçün ödənilmiş 297 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il tarixli, AK 156 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada 33942,53 manat əsas borc, 35087,80 manat faiz borcu olmaqla, cəmi 69030,33 (altmış doqquz min otuz manat, otuz üç qəpik) manat məbləğində borc, iddianın qaldırılması üçün ödənilmiş 297 (iki yüz doxsan yeddi) manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar