Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5942/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş edilmiş birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin miqdarının artırılması, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əlavə xərc olaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında “21” noyabr 2013-cü ildə 519 nömrəli akt qeydi ilə Füzuli rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikah Binəqədi rayon Məhkəməsinin 2(001)-670/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin həmin məhkəmə qətnaməsi ilə nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 İddiaçı yanında saxanılması, habelə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154(bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Bildirirəm ki, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği 2019-cu ildəki şərtlərlə müəyyən edildiyindən uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf və məişət qayğılarının, həmçinin əlavə xərclərin çəkilməsinə yetmir. Bildirirəm ki, uşağın əlavə xərcləri də yaranmışdır. Belə ki, uşaq hal-hazırda məktəbə gedir, dərsdən əlavə hazırlıqda keçir və səhhətində də müalicəyə ehtiyacı var. Cavabdehin daimi iş yeri var və aylıq əlavə qazancı da olur Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçı məhkəmə iclaslarında iştirak etməsə də, ünvanladığı ərizələrində məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə ünvanladığı iddiaya etirazında aşağıdakıları qeyd edir: “İlk olaraq qeyd edim ki, mən aliment öhdəliyini icra etməkdən boyun qaçırmıram, əksinə alimenti vaxtı-vaxtında ödəyəcəyini öz öhdəsinə götürür, Çünki o, mənim övladımdır və bir ata kimi onun saxlanılması da mənim borcumdur. Mən daima övladımla maraqlanmış, onun qayğısına qalmış, ata kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Lakin hazıki mülki iş üzrə onun mübahisələndirdiyi məqam iddiaçı tərəfindən irəli sürülən alimentin artırılması ilə bağlıdır. Belə ki, mən hazırda Füzuli rayonunda yaşayır, Füzuli rayon Dövlət X5nin yanğınsöndürən vəzifəsində çalışıram. Aylıq qazancı isə 685 manat təşkil edir. (İş yerindən arayış iddia ərizəsinə əlavə edilmişdir) Hazırki mübahisə üzrə iddiaçının tələb etdiyi aliment məbləği yüksək həcmdə olduğundan onun yaşayışına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir, yaşayış standartlarının pozulması ilə nəticələnir. Mən öz gündəlik zəruri xərclərini belə ödəyə bilməyəcək, bir sıra maddi cəhətdən çətinliklərlə qarşılaşacağam. Mənim öz yaşayış minimumumu belə təmin etmək imkanı olmadığı halda bu qədərə məbləği ödəyə bilməyim qeyri-mümkündür. Hələ özümün yaşayışım üçün lazım olan minimumu da, hesablasaq, tələb edilən aliment məbləği mənim yaşayışıma mənfi təsir göstərəcək və mənim yaşayış standarlarımın pozulması ilə nəticələnəcəkdir. Bundan başqa onu da əlavə edim ki, mən ikinci dəfə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahımızdan iki azyaşlı xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X4 dünyaya gəlmişlər. Göründüyü kimi mənim himayəmdə başqa iki övladı da, vardır ki, mən onların saxlanması xərclərini də,həyata keçirməliyəm. xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X1 baxılması və zəruri xərclərinin ödənilməsi yalnızca onun maddi vəsaiti hesabına həyata keçirilir. Hesab etsək ki, mən 235 manat alimenti və əlavə xərci ödəməli olsam qalan 350 manat məbləğində pul vəsaiti ilə mən iki körpə uşağına baxa bilməz, ailəmin və özümün gündəlik tələbatlarını ödəyə bilmərəm. Göründüyü kimi tələb edilən aliment məbləğinin ödənilməsi nəinki mənim, hətta mənim ailə üzvlərimin də vəziyyətinin pisləşməsinə gətirib, çıxaracaqdır. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi haluşağın səhhətinin pis olması və müalicəyə ehtiyacının olması fikri həqiqəti əks etdirmir. Mənim övladım tam şəkildə sağlamdır və müalicəyə ehtiyacı yoxdur. Bundan başqa iddiaçı həmin absurd tələbinin əsasını təşkil edən sübutları da, məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçının digər tələbi də, əsassızdır. Bir daha vurğulamaq istəyirəm ki, mən alimenti ödəməkdən boyun qaçırmıram, belə ki, bu günədək uşaqlarının tələbatlarını ödəmək üçün var gücümlə çalışmışam. Lakin hazırki təyin edilmiş alimentin miqdarı çox olduğundan mənim yaşayışıma mənfi təsir göstərəcək. Onu da, əlavə edim ki, 154 manat məbləğində alimenti ödəməkdə belə çətinlik çəkmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə 519 nömrəli akt qeydi ilə Füzuli Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 anası İddiaçı Ağamalı qızının yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı Ağamalı qızına ödənilməsi və s. qət edilmişdir.
8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi BYM X10 X5 tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, daxili xidmət çavuşu Cavabdeh ondan ötəri ki, o həqiqətən 19 may 2016-cı il tarixdən Füzuli rayon Dövlət X5nin yanğınsöndürəni vəzifəsində işləyir və aylıq əmək haqqı vergilər tutulduqdan sonra 685 manat təşkil edir.
9. AZ-V seriyalı, 037318 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X2r.
10. AZ-İV seriyalı, 553783 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X2r. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 154 manat sabit pul məbləğində aliment tutulur.
12. İddiaçı isə qətnamə ilə müəyyən edilən alimentin artırılmasını tələb edir və tələbini uşağın tələbatlarının və yaşayış minimumu haqqında tələblərin artması ilə əsaslandırır. Bundan əlavə iddiaçı cavabdehdən uşağın müalicə və təhsil xərclərinin qarşılanması üçün əlavə xərc kimi 100 manat məbləğində pul vəsaiti tələb edir.
13. Cavabdeh isə aldığı əmək haqqı məbləğini, yenidən rəsmi nikaha daxil olmaqla, ailə qurmasını, həmin nikahdan iki azyaşlı uşağının olmasını əsas gətirməklə iddia tələbinin rədd edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
16. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
19. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
21. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
22. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
23. Məhkəmə, hazırda uşaların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2019-cu ildən uşağın tələbatının, maddi xərclərinin yaşı ilə mütənasib olaraq artmasını, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə təmin edilməli, tərəflərin birgə nikahından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilməli və hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.
24. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir. Halbuki, cavabdeh rəsmi iş yeri olmaqla, aylıq 685 manat əmək haqqı alır. Bundan əlavə cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, sonuncunun yenidən nikaha daxil olması və həmin nikahdan iki azyaşlı uşağının olması cavabdehi aliment ödədiyi uşağın minimal ehtiyaclarının qarşılamaq vəzifəsindən azad etmir.
25. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. Belə olan halda alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
26. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
27. İddia tələbinin uşağın müalicə və təhsil xərclərinə münasibətdə hər ay 100 manat əlavə xərcin tutulması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
29. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
30. 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
31. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
32. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları birbirindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.
33. Bundan əlavə həmin Plenum qərarında qeyd edilmişdir ki, valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.
34. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı uşağın xəstəliyi ilə bağlı cavabdehin əlavə xərclərə cəlb edilməsini tələb etsə də, bununla bağlı hər hansı sübut təqdim edilmədiyi kimi, hər hansı əsaslandırma da aparmamışdır. Halbuki uşağın xəstəliyinə görə müalicə xərcləri dedikdə onlara birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) nəticəsində çəkilən və ya çəkilməli olan xərclər başa düşülür.
35. Bundan əlavə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən mövqeyindən də aydın olduğu kimi icbari təhsilin pulsuz olduğu dövlətdə valideynlərin təhsillə bağlı əlavə xərclərə məcburi cəlb edilməsi tələbi əsassızdır. Tətbiq edilən prosessual normalar:
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
39. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Ağamalı qızına verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Ağamalı qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev