Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-603/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinli yaşına çatana kimi saxlanılması üçün aliment məbləği artırılaraq, hər ay 193 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi, vəkil iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinli yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1331/2017 saylı 17 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən, Məmmədova Günay Ənvər qızı ilə Cavabdeh Abdulbağı oğlu arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 17 avqust 2012ci il təvəllüdlü X1 anası Məmmədova Günay Ənvər qızının yanında qalması, 14 sentyabr 2016-cı il tarixindən başlayaraq Cavabdeh Abdulbağı oğlundan 17 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına qədər saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment belə cavabdeh tərəfindən ödənilmir. Uşağın bütün qayğısını və ehtiyacını tamamilə iddiaçı qarşılayır. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin harda yaşamasından xəbəri yoxdur, etirazında göstərdiyi kimi 10-15 min borcu yoxdur. Eyni zamanda cavabdehin qardaşının deməsinə görə cavabdehin maddi imkanı yaxşılaşıb. Cavabdeh aliment ödənişini qardaşı vasitəsilə ödəyir. Özü hazırda "xxxx" MMC-də şöbə müdiri kimi fəaliyyət göstərir. Özünün 700 manat ipoteka ödənişləri var. 2019-cu ildə özünə ipotekaya ev almışdır və hazırda həmin ünvanda yaşayır. Uşaq isə müxtəlif hazırlıqlara gedir. Cavabdeh tərəfindən uşağın saxlanılması üçün hazırda 136 manat aliment ödənişi edir. Belə ki, cavabdeh rəsmi əmək haqqı olmadığına əsaslanaraq köhnə qaydada aliment ödəyir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, hazırda yaşayış minimumu həddində alimentin tutulmasını istəyir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Cavabdeh məhkəməyə iddiaya dair etiraz ünvalayaraq, iddianın rədd edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, özü Ukraniya Respublikasında yaşayır. Hal-hazırda respublikadakı müharibə şəraitinə görə işləyə bilmir. Qazancı yoxdur. Rəsmi olaraq Ukraniya Respublikasında nikaha daxil olmaqla, ailə qurmuşdur. Həmin nikahdan 1 azyaşlı uşağı vardır. İşsizlik səbəbindən yaranmış borcu ödəyə bilmir. 10000-15000 manat borcu vardır. Qardaşı fəhlə işləyir. Onun hesabına aliment borcunu hissə-hissə ödəyir. Anası ağır xəstədir. Onun müalicəsinə, dərmanlara külli miqdarda pul ödənilmişdir. Hesab edir ki, iddia tələbi təmin edildiyi təqdirdə onun maddi vəziyyəti daha da ağırlaşacaqdır. Çünki, hazırki aliment borcunu da, ödəyə bilmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2017-ci il tarixli, 2(105)-1331/2017 saylı qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-200/2017 saylı qətnaməsinin qismən ləğv edilməsi, xx xxxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olan Cavabdeh 14 sentyabr 2016-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulub İddiaçı verilməsi və s. qət edilmişdir.
11. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 308466 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2018-ci il tarixində pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 413 № ilə qeyd edilmişdir. Nikah pozulandan sonra qadına “Məmmədova”soyadı verilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. Cavabdeh ilə İddiaçı arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-200/2017 saylı qətnaməsi ilə xx.xx.2018-ci il tarixində pozulmuş, tərəflərin birgə nikahından doğulan xx.xx.2012-ci il təvəllüdlü X2 anasının himayəsində saxlanılmışdır.
13. Qətnamədən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2017-ci il tarixli, 2(105)-1331/2017 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-200/2017 saylı qətnaməsi alimentin tutulması hissəsində qismən ləğv edilmiş, Cavabdeh 14 sentyabr 2016-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir.
14. Hazırda iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2017-ci il tarixli, 2(105)-1331/2017 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq, hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.
15. Tələbini isə uşağın tələbatlarının artması, xəstəliyi və özünün təkbaşına uşağın saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.
16. Cavabdeh isə iddiaya etirazında göstərir ki, Ukrayna Respublikasında yaşamaqla, orada nikaha daxil olmuşdur. Hazırda isə işsizdir. Təyin edilmiş aliment borcunu ödəyə bilmədiyindən 10000-15000 manat aliment borcu yığılmışdır. Odur ki, iddia təmin ediləcəyi təqdirdə maddi vəziyyəti xeyli çətinləşəcəkdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
19. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
20. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
21. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
22. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
23. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
25. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
26. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2017-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay üçün sabit pul məbləğində müəyyən edilməlidir. Buna baxmayaraq yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas deyildir və bu səbəbdən alimentin artırılması məsələsi bütün tərəflərin diqqəlayiq mənafeləri nəzərə alınmaqla həll edilməlidir. Burada bütün tərəflər dedikdə uşaq, aliment alan və alan ödəyən şəxs başa düşülür. Hər bir halda bütün məsələlər uşaqların mənafelərinin üstünlüyü baxımından qiymətləndirilməlidir.
27. Belə ki, əvvəla cavabdehdən əvvəlki məhkəmə qətnaməsinə əsasən alimentin hissəvi tutulması müəyyən edilsə də, hazırda onun daimi qazanca malik olması və rəsmi əmək haqqı olması müəyyən edilmir. Lakin aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir.
28. Qeyd edilən aspektdən yanaşdıqda alimentin 220 manat müəyyən edilməsi aliment ödəyən şəxsin mənafeyinə uyğun hesab edilməsə də, hal-hazırda ödənilən alimentin miqdarı da uşağın mənafeyinə uyğun deyildir. Bu baxımdan məhkəmə bütün tərəflərin mənafeyini nəzərə almaqla artırılması tələb olunan alimentin miqdarının 200 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir.
29. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
30. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
37. 8.1.1-ci maddəsinə əsasən 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir.
38. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2017-ci il tarixli, 2(105)-1331/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
40. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiyməti məbləğinə mütənasib olaraq 30 (200-136)x12=768) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2017-ci il tarixli, 2(105)-1331/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev