Məhkəmə qərarları › İş №e-2(001)-603/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-603/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-603/2024 18.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı LPO QSC Bank Standard KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı LPO QSC Bank Standard KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmə baxışı zamanı tərəflər tərtib etdikləri xx.xx.2024-cü il tarixli barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən: Bir tərəfdən ləğv prosesində olan QSC Bank Standard KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X2 şəxsində (bundan sonra iddiaçı adlanacaq) Digər tərəfdən Cavabdeh (şəxsiyyət vəsiqəsi AA3454093) (bundan sonra cavabdeh adlancaq), iddiaçı və cavabdeh (bundan sonra tərəflər) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu sazişi imzaladılar. Maddə 1.Sazişin predmeti İddiaçı QSC Bank Standard KB ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli 1xx/xx/54215/13 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mübahisə. Maddə 2. Sazişin şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 28 dekabr 2013-cü il tarixli 1xx/xx/54215/13 saylı kredit müqaviləsi üzrə 2709,89 manat məbləğində əsas borcu, 2085,98 manat məbləğində faiz borcu, 880,84 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 7504,72 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşır ki, cavabdeh tərəfindən ümumilikdə 2800 manat ödənildiyi təqdirdə iddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. 2.3. Bu sazişin 2.2-ci bəndində göstərilən 2800 manat məbləğində olan borcdan 200 manat hissəsini ilkin ödəniş kimi ödənilməsini, qalan 2600 manat hissəsini 23 ay müddətinə, yəni bu saziş təsdiq edildiyi tarixdən hər ay 113,04 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.4. İddiaçı bu sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.5.Tərəflər razılaşırlar ki, bu sazişin 2.3-cü bəndində göstərilən şərtlər cavabdeh tərəfindən pozulduğu halda bu sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 7504,72 manat məbləğində borc cavabdeh tələb ediləcəkdir. 2.6.Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və LPO QSC Bank Standard KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. 3.Sazişin qüvvədə olma müddəti 3.1.Bu sazişin məhkəmə qərardadı ilə təsduiq olunduğu andan qüvvəyə minir. 3.2. Bu saziş tərəflərin öz öhdəliklərini tam icra etməsi anınadək qüvvədədir. 3.3.Tərəflər öhdələrinə götürürlər ki, bu saziş üzrə öhdəliklərini tam vaxtında icra etdikdən sonra bir-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacadır. 4.Sazişə dəyişikliklər və əlavələr edilməsi qaydası 4.1.Bu sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 4.2. Bu sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrılmaz tərkib hissəsi hesab edilir. 5.Yekun müddəalar 5.1.Tərəflər bu saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməsinə görə Azərbaycan Republikası qanunvericiliyinə müfaiq olaraq məsuliyyət daşıyırlar. 5.2.Bu sazişin hər hansı müddəasının o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur. 5.3.Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri sazişi təsdiq edən məhkəməyə digər nüsxələri isə tərəflərə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Maddə 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Məhkəmə, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişinin 2.5-ci maddəsi ilə müəyyən olunan şərt, yəni iddiaçı tərəfindən güzəşt edilən borc məbləğinin təkrar tələb etmək hüququnun iddiaçıda saxlanması hüququ sazişin digər şərtləri ilə ziddiyyət təşkil etdiyindən bu maddə istisna olmaqla, sazişin digər şərtləri qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, saziş, 2.5-ci maddəsi istisna olmaqla, qalan hissədə təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, barışıq sazişinin şərtlərinin üçüncü şəxslərin maraqlarına toxunmamasını nəzərə alıb, barışıq sazişinin təsdiq edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı LPO QSC Bank Standard KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Bir tərəfdən ləğv prosesində olan QSC Bank Standard KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X2 şəxsində (bundan sonra iddiaçı adlanacaq) Digər tərəfdən Cavabdeh (şəxsiyyət vəsiqəsi AA3454093) (bundan sonra cavabdeh adlancaq), iddiaçı və cavabdeh (bundan sonra tərəflər) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu sazişi imzaladılar. Maddə 1.Sazişin predmeti İddiaçı QSC Bank Standard KB ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli 1xx/xx/54215/13 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mübahisə. Maddə 2. Sazişin şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 28 dekabr 2013-cü il tarixli 1xx/xx/54215/13 saylı kredit müqaviləsi üzrə 2709,89 manat məbləğində əsas borcu, 2085,98 manat məbləğində faiz borcu, 880,84 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 7504,72 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşır ki, cavabdeh tərəfindən ümumilikdə 2800 manat ödənildiyi təqdirdə iddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. 2.3. Bu sazişin 2.2-ci bəndində göstərilən 2800 manat məbləğində olan borcdan 200 manat hissəsini ilkin ödəniş kimi ödənilməsini, qalan 2600 manat hissəsini 23 ay müddətinə, yəni bu saziş təsdiq edildiyi tarixdən hər ay 113,04 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.4. İddiaçı bu sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.6.Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və LPO QSC Bank Standard KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. 3.Sazişin qüvvədə olma müddəti 3.1.Bu sazişin məhkəmə qərardadı ilə təsduiq olunduğu andan qüvvəyə minir. 3.2. Bu saziş tərəflərin öz öhdəliklərini tam icra etməsi anınadək qüvvədədir. 3.3.Tərəflər öhdələrinə götürürlər ki, bu saziş üzrə öhdəliklərini tam vaxtında icra etdikdən sonra bir-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacadır. 4.Sazişə dəyişikliklər və əlavələr edilməsi qaydası 4.1.Bu sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 4.2. Bu sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrılmaz tərkib hissəsi hesab edilir. 5.Yekun müddəalar 5.1.Tərəflər bu saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməsinə görə Azərbaycan Republikası qanunvericiliyinə müfaiq olaraq məsuliyyət daşıyırlar. 5.2.Bu sazişin hər hansı müddəasının o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur. 5.3. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri sazişi təsdiq edən məhkəməyə digər nüsxələri isə tərəflərə təqdim edilir. Tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinin tələbləri, yəni işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunur. İddiaçı LPO QSC Bank Standard KB-nin Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli 1xx/xx/54215/13 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2709,89 manat, faiz borcuna görə 2085,98 manat, cəriməyə görə 1828,01 manat, gecikdirilən faizə görə 880,84 manat olmaqla cəmi 7504,72 manat borc tələbinə dair iddia ərizəsi üzrə 2(001)-603/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar