Məhkəmə qərarları › İş №e-2(001)-6051/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6051/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6051/2022 06.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh Əlı̇ zadə Coşqun Nı̇ zami oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçı arasında torpağa görə tanışlıq olmuşdur. Təxminən 2022-ci ilin fevral ayında Cavabdeh1 iddiaçıya torpaq sahəsi göstərdi. Bundan sonra razılaşdılar. Cavabdeh1 iddiaçını Cavabdeh3 ilə tanış etdi. Cavabdeh3 Mehdi oğlu da Cavabdeh2 ilə raılaşdıqdan sonra torpağa görə onun adından iddiaçının həyat yoldaşı X1 etibarnamə verdi. İddiaçı həmin torpaqla maraqlananda gördü ki, torpaq sahəsinin sənədləri qaydasında deyildir. Olan sənədlər saxtadır. İddiaçını ümumiyyətlə torpaq sahəsinə buraxmadılar. Bundan sonra iddiaçı onlardan pulunu geri tələb etdi. İddiaçıya pulu tezliklə verəcəklərini bildirdilər. Bundan sonra cavabdehlərdən Cavabdeh1 mənz yazılı qəbz verərək əvvəlcə iyun ayının 5-nə kimi ödəyəcəyini bildirmişdir. Bundan sonra o, ikinci dəfə qəbz yazaraq iyun ayının 12-nə kimi pulu geri qaytaracağına söz vermişlər. Hər üç Cavabdehlik daşıyırlar. Belə ki, onların hər üçü saxta torpağın verilməsində və pulun alınmasında cavabdehdirlər. Hər üç cavabdehdən müştərək qaydada 2600 manat tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əlı̇ zadə Coşqun Nı̇ zami oğlunun nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, qardaşı olan Əlı̇ zadə Coşqun Nı̇ zami oğlunun hazırkı işə ümumiyyətlə heç bir aidiyyəti yoxdur və onun cavabdeh qismində cəlb edilməsi düzgün deyil. O, özü digər cavabdeh olan Cavabdeh3 hərəkətlərindən zərər çəkmişdir. Belə ki, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin istintaqı zamanı X2 Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş X3 etibarından sui-istifadə edərək ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda 2 sot torpaq sahəsi satmaqla bağlı yalan vəd verib aldadaraq 3000 manata pulunu ələ keçirdikləri müəyyən edilmişdir. İstintaq zamanı Cavabdeh3 zərərçəkmiş şəxs X4 verdiyi etibarnamədə A.M.Əİiyevin Cavabdeh2 adlı şəxsin verdiyi səlahiyyəti əsasında çıxış etdiyi qeyd edilmişdir. Bu səbəbdən Cavabdeh2 ölkədən giriş-çıxışına məhdudiyyət qoyulmaqla barəsində axtarış elan edilmişdir. 01 iyul 2021-ci il tarixdə Cavabdeh2 atası X5 Türkiyə Respublikasının İstanbul şəhərində cərrahi əməliyyat etdirmək üçün ailə üzvləri ilə birlikdə ölkədən çıxdığı zaman saxlanılmış və Sabunçu RPİ-nin İŞ-nə təqdim edilmişdir. Bu səbəbdən həm Cavabdeh2, həm də ailə üzvləri 01 iyul 2021-ci il tarixində, saat 07:45-ə təyin edilmiş uçuşdan faktiki olaraq istifadə edə bilməmişlər. Bununla belə Sabunçu rayon Polis İdarəsi tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh2 Cavabdeh3 adlı şəxslə ümumiyyətlə heç bir tanışlığının və əlaqəsinin olmadığı, ona adından çıxış etmək üçün etibarnamə vermədiyi müəyyən edilmişdir. Bu səbəbdən Cavabdeh2 şübhəli şəxs qismindən azad edilməsi ilə bağlı qərar qəbul edilmiş, eyni zamanda ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülmüşdür. Bütün bu mübahisələr Cavabdeh2 X7 tam başqa torpaq sahəsinə dair verdiyi etibarnamələrdən sui-istifadə olunmasından qaynaqlanır və ona görə də, həmin etibarnamələrə Cavabdeh2 tərəfindən notariat ofisinə müvafiq ərizələr verilməklə xitam verilmişdir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia ərizəsinin Cavabdeh2 münasibətdə rədd edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən - Cavabdeh1 münasibətdə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, AR-İİ 609091 saylı etibarnamədən görünür ki, həmin etibarnamə Cavabdeh2 səlahiyyətlərinin ötürülməsi ilə Cavabdeh3 tərəfindən X1 “ ... Abşeron RİHB tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 1027 saylı Sərəncama əsasən mənim adına Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 1,0 ha torpağı özəlləşdirməyi 0,34 ha-dan 200 kv.m.-nə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, girov (ipoteka) qoymağı, pulunu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün hərəkətləri etməyi ... " barədə verilmişdir. Həmin etibarnamənin arxasında əlyazma ilə aşağıdakı qeydlər icra edilmişdir: “mən Cavabdeh1 İddiaçı iyunun uzağı 5 qədər torpağa verdiyi 2600 manatı verəcəyimə söz verirəm. Razılaşdıq ... imzam”. “mən Cavabdeh1 mayın axırı iyunun 5 qədər İddiaçı 2600 manat borcumu verməliydim. müəyyən səbəbə görə verə bilmədim. İyunun 12-sinə verəcəyimə söz verirəm. İmza ... Xaliq”. İddia üzrə sübutetmə vəzifəsi bölüşdürərkən qeyd olunmalıdır ki, iddiaçı ilk növbədə tələb etdiyi məbləğdə pulun cavabdeh(lər)ə verdiyini sübut etməlidir. İddiaçı həmin halın sübutu qismində yalnız Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli, AR-İİ 609091 saylı etibarnamənin arxasında icra edilən əlyazmanı təqdim etmişdir. Həmin əlyazmanı nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, əlyazma Cavabdeh1 adından imzalanmışdır. Digər iki cavabdehlərə münasibətdə iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdar edilməsinə (*cavabdehin qeydiyyatda olduğu ünvana, eyni zamanda cavabdehə çatdırılması üçün Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti başçısının Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müvafiq bildirişlər göndərilmiş; həmçinin onun adına qeydiyyatdan keçmiş bütün mobil nömrələrə sms bildirişlər göndərilmiş və həmin sms bildirişlər cavabdehə çatdırılmışdır) baxmayaraq, cavabdeh ümumiyyətlə heç bir məhkəmə iclasına gəlməmiş və iddia ərizəsinə hər hansı etirazının olmasını məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Göründüyü kimi, 2600 manat məbləğində pulun İddiaçı Şakı̇ r oğlundan cavabdeh Əlı̇ zadə Xalı̇ q Mehdı̇ oğlu tərəfindən alındığı iş materiallarında olan əlyazma ilə öz təsdiqini tapır, digər cavabdehlərə münasibətdə isə iddiaçı hazırkı mübahisə çərçivəsində üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 2600 manat məbləğində pul cavabdeh Əlı̇ zadə Xalı̇ q Mehdı̇ oğlundan tutularaq İddiaçı Şakı̇ r oğluna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 2600 (iki min altı yüz) manat məbləğində pul və 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumu cavabdeh Əlı̇ zadə Xalı̇ q Mehdı̇ oğlundan tutularaq İddiaçı Şakı̇ r oğluna ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar